Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-339/2021 07.05.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı VƏKİLİ: Vəkil CAVABDEH: Cavabdeh qarşı Alimentin artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 02.05.2011-ci il təvəllüdlü X6 və 21.06.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 175 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, İddiaçı ilə Cavabdeh 22 iyul 2010-cu il tarixində rəsmi qeydiyyatdan keçərək ailə həyatı qurmuşlar. Ailə münasibətlərindən övladları 02.05.2011-ci il təvəllüdlü X10 və 21.06.2013-cü il təvəllüdlü X7 dünyaya gəlmişlər. Cavabdeh ailə başçısı olmasına baxmayaraq, ailə üzvlərinə laqeyd münasibət bəsləmiş, eyni zamanda onların zəruri maddi təminatı üçün hər hansı tədbir görməmişdir. Bu səbəbdən də iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Şabran rayon məhkəməsinin 15.091.2014-cü il tarixli qətnaməsi ilə əmək haqqının 1/3 hissəsi miqdarında aliment təyin edilmişdir. Lakin istər qanuni qüvvəyə minmiş məhkəmə qərarı, istərsə də öz uşaqlarının gələcək taleyi cavabdeh üçün qətiyyən maraqlı olmamışdır. Tərəflərin ailə münasibətlərində yaranmış kəskin fikir ayrılığlarına görə, məhkəməyə verilmiş iddia ərizəsi əsasında 22.07.2010-cu il tarixində 176 sayla qeydiyyata alınmış nikahları Şabran rayon məhkəməsinin 04.09.2014-cü il tarixli 2(031)-613/2014 saylı qətnaməsi ilə xitam verilmiş, eyni zamanda Cavabdeh hər uşaq üçün ayda 65 manat sabit pul məbləğində aliment tutularaq, 02.05.2011-ci il təvəllüdlü X10 və 21.06.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçı X5 verilməsi qət edilmişdir. Şabran rayon məhkəməsinin 04.09.2014-cü il tarixli 2(031)-613/2014 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın 03.11.2014-cü il tarixli 2(105)-1850/2014 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Cavabdeh hər uşaq üçün ayda 103 manat sabit pul məbləğində aliment tutulub 02.05.2011-ci il təvəllülü X6 və 21.06.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı X5 verilməsi, alimentin tutulması 07.07.2014-cü il tarixdən hesablanması qət edilmişdir. Hazırda cavabdehin aliment öhdəlikləri üzrə təxminən 2500 manat məbləğində borcu yaranmışdır. Buna baxmayaraq, Cavabdeh qanuni qüvvəyə minmin məhkəmə qərarını qismən icra etmir. İddiaçının maddi imkanları, həm də müalicəyə ehtiyacı olan uşaqların maddi təminatını təmin etməyə imkan vermir. Xahiş edir, Cavabdeh 02.05.2011-ci il təvəllüdlü X6 və 21.06.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 175 manat alimentin alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının vəkilini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərəkİddiaçı ona qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın 03.11.2014-cü il tarixli 2(105)-1850/2014 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 pelyasiya şikayəti təmin edilmiş, Şabran rayon məhkəməsinin bui ş üzrə 04 sentyabr 2014-cü il tarixli 2(031)- 613/2014 saylı qətnaməsi dəyişdirilmiş, Cavabdeh hər uşaq üçün ayda 103 manat sabit pul məbləğində aliment tutulub 02.05.2011-ci il təvəllülü X6 və 21.06.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı X5 verilməsi, alimentin tutulması 07.07.2014-cü il tarixdən hesablanması qət edilmişdir. İşə əlavə edilmiş AZE seriyalı 11172717 saylı və AZE seriyalı 11172718 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 02.05.2011-ci ildə Aylin və 21.06.2013-cü ildə Tamerlan adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Şabran rayon X9 Hüquqi Şəxs tərəfindən verilmiş 06 mart 2021-ci il tarixli 989 saylı arayışdan görünür ki, X2 RMX PHŞ ASM-də «Atopik dermatif. Tez-tez residivləşən forma» diaqnozu ilə dispanser qeydiyyatındadır. Uşaq mütəmadi olaraq ambulator şəraitdə mülicə qəbul edir və müalicəsi davam edir. İşə əlavə edilmiş Şabran rayon X9 Hüquqi Şəxs tərəfindən verilmiş 06 mart 2021-ci il tarixli 989 saylı arayışdan görünür ki, X1 RMX PHŞ ASM-də «Anemiya. Tez-tez residivləşən allergiya» diaqnozu ilə dispanser qeydiyyatındadır. Uşaq mütəmadi olaraq ambulator şəraitdə mülicə qəbul edir və müalicəsi davam edir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, tərəflər 22 iyul 2010-cu il tarixində rəsmi nikahla ailə həyatı qurmuşlar. Ailə münasibətlərindən 02.05.2011-ci ildə Aylin və 21.06.2013-cü ildə Tamerlan adlı uşaqları olmuşdur. Ailə münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar. Şabran rayon məhkəməsinin 04.09.2014-cü il tarixli 2(031)- 613/2014 saylı qətnaməsinə əsasən nikahları pozulmuş, uşaqların saxlanılması məqsədi ilə hər uşaq üçün ayda 65 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Şabran rayon məhkəməsinin 04.09.2014-cü il tarixli 2(031)-613/2014 saylı qətnaməsindən iddiaçı apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın 03.11.2014-cü il tarixli 2(105)-1850/2014 saylı qətnaməsinə əsasən apelyasiya şikayəti təmin edilmiş, Cavabdeh hər uşaq üçün ayda 103 manat sabit pul məbləğində aliment tutulub 02.05.2011-ci il təvəllülü X6 və 21.06.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı X5 verilməsi, alimentin tutulması 07.07.2014-cü il tarixdən hesablanması qət edilmişdir. Cavabdeh məhkəmənin müəyyən etdii alimenti vaxtlı-vaxtında ödəmir, cavabdehin iddiaçıya aliment borcları yaranmışdır. Müəyyən edilmiş alimentlə iddiaçı uşaqları saxlamaqda çətinlik çəkir. Bu səbəbdən də, iddiaçı alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99 maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16 fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlama qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1. maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun oalaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 101.2. maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 02.05.2011-ci il təvəllüdlü X6 və 21.06.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçı Məmmədova (Bağırova) Aysel Məzahir qızına verilməsi barədə Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın 03.11.2014-cü il tarixli 2(105)-1850/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh hər uşaq üçün ayda 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq 02.05.2011-ci il təvəllüdlü X6 və 21.06.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına catana kimi saxlanılmaları üçün İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 02.05.2011-ci il təvəllüdlü X6 və 21.06.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçı Məmmədova (Bağırova) Aysel Məzahir qızına verilməsi barədə Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın 03.11.2014-cü il tarixli 2(105)-1850/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh hər uşaq üçün ayda 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq 02.05.2011-ci il təvəllüdlü X6 və 21.06.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına catana kimi saxlanılmaları üçün İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuniyi qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-339/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-339/2021
07.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver