Məhkəmə qərarları › İş №2(031)-341/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-341/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-341/2024 04.06.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 692 manat məbləğində pul vəsaitinin, vurulmuş zərərin əvəzi kimi 250 manat məbləğində zərərin əvəzinin və ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “NİKOYL” X3 Cavabdeh və ona qarşı borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işə Şabran Rayon Məhkəməsinin hakimi cənab Teymur Qurbanovun icraatında baxılaraq iddianın təmin edilməsi barədə əmr qəbul edilmişdir. Lakin həmin məhkəmə əmrinin qəbul edilməsindən bu günədək onun məlumatı olmamışdır. Təqribən 2023-cü ilin əvvəllərindən onun təqaüdündən tutulmalar edilmişdir. Belə ki, 2023-cü ilin fevral(132), iyun(80), iyul(80), avqust(80), sentyabr(80), oktyabr(80), noyabr(80), dekabr(80) aylarında ondan ümumilikdə 692 manat pul vəsaiti tutulmuşdur. Tutulan vəsaitlər cavabdehin borcuna görə olduğundan, həmin pulların cavabdehdən alınıb ona verilməsi zəruridir. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək etirazını onunla əsaslandırmışdır ki, onun iddiaçıya hər hansı bir borcu yoxdur. Ona görə ki, bankdan götürülən həmin məbləğ onun yaxın qohumu olan hal-hazırda cəza çəkmə müəssəsində olan, X5 və iddiaçı öz aralarında alaraq bölüşmüşlər. O, iddiaçını tanımır, iddiaçı yaxını olan Xanımın tanışıdır. Xanımla Zümrüd özləri ondan xahiş ediblər ki, səndə rəsmi iş yeri var sənin adına pul götürək bankdan onlar özləri ödəyəcəklər . O, da xanım olduqları üçün etiraz etməmişdir. Həmin gün bankdan pul götürən zaman şahidlər yəni taksi sürücüsü X7 və Şabran sakini X6 iştirakı ilə bankdan götürdüyü 5200 məbəğində pulu elə Zümrüdə vermiş və Zümrüddə Xanım arasında yarı-yarıya bölüşdülər. Hətta ona Zümrüd təxminən 1-2 ay olar zəng vuraraq ona bildirdi ki, Xanım sənin qohumundur özün bilirsən ki, yarı pulu xanıma yarsı pulu özünə götürmüşdür o da sənin qohumun olduğu üçün sən özün ödəginən. O, ona düşən hissəni artıqlaması ilə ödəmiş, həmin məbləğ onun əmək haqqından tutulmuşdur. Onu da qeyd etmək istəyir ki, o, Xanıma düşən hissədə artıqlaması ilə ödəniş eləmiş, əksinə o, artıq ödədiyi üçün Zümrüdün Xanıma borcu vardır. Ona görə də hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Şabran rayon İcra və Probasiya şöbəsi məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şabran Rayon Məhkəməsinin 2(031)-994/2015 saylı, xx.xx.2015-ci il tarixli əmrindən görünür ki, borclu Cavabdeh və İddiaçı kreditor "NİKOYL" X2 xeyrinə 4916 manat əsas və 984 manat faiz borcu, cəmi 5900 manat və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan xx.xx.2015-cü il tarixli, 11-Z-1-0-998-14 saylı zaminlik müqaviləsindən görünür ki, borclu X1 təşkilat qarşısında öz öhdəliklərini yerinə yetirənədək zamin İddiaçı birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankının Yasamal filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)- 994/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən İddiaçı pensiyasından 588,05 manat məbləğində pul tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yarancaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə "NİKOYL" X3 arasında kredit müqaviləsi, həmçinin kredit vəsaitinin banka qaytarılmasının təminatı kimi İddiaçı ilə bank arasında həmin tarixdə zaminlik müqaviləsi imzalanmışdır. Sonradan banka pul ödənilmədiyinə görə məhkəmə əmri çıxarılmış, icraya yönəldilmiş və icra mərhələsində iddiaçının pensiyasına yönəldilmişdir. Beləliklə, müqavilə üzrə zamin olan İddiaçı bank qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirsə də, əsas borclu Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə kreditorun əsas borcluya qarşı kredit müqaviləsi üzrə hüquqları təmin edilmiş pul öhdəliyinə münasibətdə zaminə keçmiş və əsas borclunun zamin qarşısında məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Qeyd olunan qanunvericilik normasından da göründüyü kimi bank qarşısında öhdəliyi icra etmiş zamin həmin öhdəlik çərçivəsində ona dəymiş olan ziyanı əsas borcludan tələb etməkdə haqlıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iş materiallarında olan Azərbaycan Beynəlxalq Bankının Yasamal filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən İddiaçı pensiyasından 588,05 manat məbləğində pul tutulduğundan Cavabdeh 588,05 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə həmin tələblərlə bağlı hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 588,05 (beş yüz səksən səkkiz manat 05 qəpik) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar