Məhkəmə qərarları › İş №2(031)-371/2021

Şabran Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(031)-371/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-371/2021 30.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı Pul tələbi barədə mülki işə 30 aprel 2021-ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 400 (dörd yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək bildirdi ki, cavabdeh Əliyev X1 rayon Fövqladə Hallar idarəsinin işçisi olmuşdur. Cavabdeh şəxs ondan 400 (dörd yüz) manat məbləğində pul alınıb 3-4 ildir ki, qaytarmır. Ona qarşı dələ-duzluq edir. Ona güc tətbiq edir. Onun 82 yaşı var, özü də şəkər xəstəsidir, gözləri görmür. Dəfələrlə müraciət etməyinə baxmayaraq, o pulunu yəni 400 manatınıdı geri qaytarmamışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. Xahiş edir, Cavabdeh 400 (dörd yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasına məlum olmayan səbəbdən gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmiş, iddiaçının etirazı olmadığından işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1939-cu ildə Dəvəçi rayonunda anadan olmuş, Şabran rayonu Təzəkənd kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx xxxx 1982-ci ildə Dəvəçi rayonunda anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatdadır. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh İddiaçı 400 manat borca pul almış, lakin cavabdeh 3-4 ildir ki, həmin pulu iddiaçıya qaytarmır. İddiaçı cavabdehdən pulunu tələb edir. Bu barədə dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1., 739.2. maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhtəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740. maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.10. maddəsinə əsasən borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də məhkəmə təqdim olunan sübutları və işin hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 400 (dörd yüz) manat pul alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244, 252,253cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Şabran rayon məhkəməsinə ərizə verə bilər. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar