Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-374/2023 22.09.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "31" mart 2023-cü il tarixdə Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1301 (bir min üç yüz bir) manat məbləğində pulun və ödədiyi 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun tutulması və ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 18 mart 2014-cü il tarixində "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən ona 36 (otuz altı) ay müddətinə 20000 (iyirmi min) manat məbləğində pul kredit verilmişdir. Həmin müqavilə üzrə o, cavabdehə zamin olmuşdur. Sonradan "03" noyabr 2014-cü il tarixində cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə bağladığı 2640micQUBA/14 saylı müqaviləyə əsasən ona 24 (iyirmi dörd) ay müddətinə 4200 (dörd min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə o hər hansı tərəf (zamin və s) kimi iştirak etməmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərman imzalanmışdır. Həmin fərmana əsasən İddiaçı 1301 9bir min üç yüz bir) manat 49 (qırx doqquz) qəpik məbləğində vəsait ödənilməli idi. Lakin həmin pul 2640micQUBA/14 saylı müqavilə üzrə Cavabdeh gecikən kredit müqaviləsinə yönəlmişdir. İddiaçı dəfələrlə Cavabdeh həmin pulu ona qaytarmasını xahiş və tələb etsə də, Cavabdeh onun pulunu qaytarmamışdır. Bu səbəbdən də İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1301 (bir min üç yüz bir) manat məbləğində pulun və ödədiyi 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun tutulması və ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddiasının təmin edilməsi və Cavabdeh ona dəymiş 2000 (iki min) manat məbləğində zərərin və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 40 (qırx) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134, 135, 138 və 139-cu maddələrində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Buna baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Lakin Cavabdeh 23 avqust 2023-cü il tarixli, reyestrdə 7E- 41598 nömrəsi ilə qeyd edilmiş etibarnamə əsasında nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirakını təmin etmişdir. Bu səbəbdən də məhkəmə işə Cavabdeh iştirakı olmadan və onun nümayəndəsi Nümayəndə iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 23 avqust 2023-cü il tarixli, reyestrdə 7E-41598 nömrəsi ilə qeyd edilmiş etibarnamədən görünür ki, iş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulmuş nümayəndənin səlahiyyətlərini həyata keçirməsini etibar etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında Cavabdeh Şabran Rayon Məhkəməsinə ünvanlandığı “22” sentyabr 2023-cü il tarixli ərizəni məhkəməyə təqdim edərək göstərmişdir ki, Cavabdeh İddiaçı zamin olduğu kredit müqaviləsi üzrə tutulmuş 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini İddiaçı qaytarmışdır. Bu səbəbdən də Cavabdeh iddianı qəbul etmir. Hazır ki iş üzrə iddia müddətlərinin tətbiq edilməsini və İddiaçı iddiasının rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bir tərəfdən "xxxx" X1 Səhmdar Cəmiyyəti (borcverən) ilə ikinci tərəfdən Cavabdeh (borcalan) və üçüncü tərəfdən İddiaçı (zamin) arasında bağlanmış 731micQUBA/14-EM nömrəli, "18" mart 2014-cü il tarixli “əsas kredit və bank hesabı” müqaviləsinə əsasən borcverən borcalana 20000 (iyirmi min) manat məbləğində 36 (otuz altı) müddətinə, yəni "18" mart 2017-ci il tarixədək olan müddət ərzində, həmin müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlamaqla kredit verməlidir və ona bank hesabı açmalıdır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür (müqavilənin 1.1-ci bəndi). Həmçinin zamin borcalanın həmin müqavilə və onun çərçivəsində bağlanmış bütün əlavə kredit müqavilələri üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmə yerinə yetirilməsinə görə borcverən qarşısında borcalan ilə birgə məsuliyyət daşıyır (müqavilənin 1.7-ci bəndi). - Bir tərəfdən "xxxx" X1 Səhmdar Cəmiyyəti (borcverən) ilə ikinci tərəfdən Cavabdeh (borcalan) arasında bağlanmış 2640micQUBA/14 saylı, "03" noyabr 2014-cü il tarixli “əlavə kredit” müqaviləsinə əsasən borcverən 24 (iyirmi dörd) ay müddətinə, “03” noyabr 2016-cı il tarixədək illik 31 (otuz bir) faiz ödəmək şərti ilə 4200 (dörd min iki yüz) ABŞ dolları (USD) məbləğində krediti borcalanın mülkiyyətinə verməldir, borcalan isə həmin krediti müəyyən edilmiş müddətə faizi ilə birlikdə borcverənə qaytarmağı öz öhdəsinə götürmüşdür (müqavilənin 1.1-ci bəndi). Bununla yanaşı həmin müqavilədə qeyd edilmişdir ki, 2640micQUBA/14 saylı, "03" noyabr 2014-cü il tarixli “əlavə kredit” müqaviləsi 731micQUBA/14-EM nömrəli, "18" mart 2014-cü il tarixli “əsas kredit və bank hesabı” müqaviləsinin ayrılmaz tərkib hissəsidir (müqavilənin 5.3-cü bəndi). - 187610 saylı “kasa məxaric orderi” – nə əsasən Cavabdeh “03” noyabr 2014-cü il tarixdə 2640micQUBA/14 saylı, "03" noyabr 2014-cü il tarixli “əlavə kredit” müqaviləsi üzrə 4200 (dörd min iki yüz) ABŞ dolları (USD) məbləğində pul vəsaitini almışdır. - Bir tərəfdən "xxxx" X1 Səhmdar Cəmiyyəti (bank) ilə ikinci tərəfdən Cavabdeh (müştəri) arasında bağlanmış 3863tkQUBA/14 saylı, "03" noyabr 2014-cü il tarixli “kredit xətti və bank hesabı” müqaviləsindən görünür ki, bank müştəriyə 84 (səksən dörd) ay müddətinə, “03” noyabr 2021-ci il tarixədək 300 (üç yüz) manat məbləğində kredit limiti ayırmalı, ona bank hesabı (cari, ssuda) açmalıdır və plastik kart təqdim etməlidir, müştəri isə həmin krediti təyinatına uyğun istifadə etməyi və müəyyən edilmiş müddətə faizi ilə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür (müqavilənin 1.1-ci bəndi). - Şaban Rayon Məhkəməsinin 2(031)-807/2015 nömrəli mülki iş üzrə 15 iyul 2015-ci il tarixdə qəbul edilmiş əmrə əsasən İddiaçı və Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə 3632 (üç min altı yüz otuz iki) manat 44 (qırx dörd) qəpik əsas, 112 (bir yüz on iki) manat 54 (əlli dörd) qəpik faiz, 13 (on üç) manat 08 (səkkiz) qəpik cərimə olmaqla, ümumilikdə 3758 (üç min yeddi yüz əlli səkkiz) manat 06 (altı) qəpik borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. - 06 avqust 2015-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən Şaban Rayon Məhkəməsinin 2(031)-807/2015 nömrəli mülki iş üzrə 15 iyul 2015-ci il tarixdə qəbul edilmiş əmri üzrə verilmiş icra vərəqəsinə əsasən Şabran rayon icra və Probasiya şöbəsində icraata başlanılmışdır. - "xxxx" X1 Səhmdar Cəmiyyəti (bank) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 208nkSTB2/21 nömrəli, “25” yanvar 2021-ci il tarixli “kredit və bank hesabı” müqaviləsinə əsasən, bank 35 (otuz beş) ay müddətinə, yəni 25 dekabr 2023-cü il tarixədək illik 07 (yeddi) faiz ödəmək şərti ilə 1548 (bir min beş yüz qırx səkkiz) manat məbləğində krediti borcalanın mülkiyyətinə vermiş və ona bank hesabı (cari, kredit) açmış, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür (müqavilənin 1.1-ci bəndi). Həmçinin həmin müqavilədə qeyd edilmişdir ki, borcalan müqaviləyə imza etməklə hesabına köçürülmüş kredit vəsaitinin 731micQUBA/14-EM nömrəli, "18" mart 2014-cü il tarixli “əsas kredit və bank hesabı” və 2640micQUBA/14 saylı, "03" noyabr 2014-cü il tarixli “əlavə kredit” müqavilələri üzrə qalıq borclarının bank tərəfindən akseptsiz qaydada tam silinməsinə razılıq vermiş hesab olunur (müqavilənin 4.2.15-ci bəndi). - "xxxx" X1 Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlandığı 22 aprel 2020-ci il tarixli, SKİED/2370 nömrəli məktubdan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən İddiaçı hesablanmış kompensasiya məbləği Cavabdeh məxsus 2640micQUBA/14 saylı, "03" noyabr 2014-cü il tarixli gecikən “əlavə kredit” müqaviləsinə yönəldilmişdir. - "xxxx" X1 Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlandığı 08 may 2020-ci il tarixli, SKİED/3003 nömrəli məktubdan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən İddiaçı hesablanmış kompensasiya məbləği Cavabdeh məxsus 2640micQUBA/14 saylı, "03" noyabr 2014-cü il tarixli gecikən “əlavə kredit” müqaviləsinə yönəldilmişdir. - "xxxx" X1 Səhmdar Cəmiyyətinin İddiaçı ünvanlandığı 03 mart 2023-cü il tarixli məktuba əsasən "xxxx" X1 Səhmdar Cəmiyyəti İddiaçı Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən ona hesablanmış 1301 (bir min üç yüz bir) manat 49 (qırx doqquz) qəpik məbləğində kompensasiya məbləğinin Cavabdeh məxsus 2640micQUBA/14 saylı, "03" noyabr 2014cü il tarixli gecikən “əlavə kredit” müqaviləsinə yönəldilməsi barədə məlumatlandırmışdır. - Şabran Rayon Məhkəməsinin hazır ki 2(031)-374/2023 nömrəli mülki işi üzrə “08” iyun 2023-cü il tarixdə qəbul edilmiş qiyabi qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası təmin edilmiş və Cavabdeh 1301 (bir min üç yüz bir) manat məbləğində pulun və 33 (otuz üç) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - Şabran Rayon Məhkəməsinin hazır ki 2(031)-374/2023 nömrəli mülki işi üzrə “04” iyul 2023-cü il tarixdə qəbul edilmiş qərardadına əsasən 2(031)-374/2023 nömrəli mülki iş üzrə “08” iyun 2023-cü il tarixdə qəbul edilmiş qiyabi qətnamə ləğv edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və Azərbaycan Respublikasının Mülki Məcəlləsində və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475-ci maddəsində müəyyənləşdirilmiş qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsində və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsində ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 509.2-ci maddəsinə əsasən əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. 551.1-ci maddəsinə əsasən əgər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında qeyd edilir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsməsi qərara alınmışdır: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Beləliklə məhkəmə "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən iş üzrə İddiaçı Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən hesablanmış 1301 (bir min üç yüz bir) manat 49 (qırx doqquz) qəpik məbləğində kompensasiya məbləğinin İddiaçı zamin kimi çıxış etdiyi 731micQUBA/14-EM nömrəli, "18" mart 2014-cü il tarixli “əsas kredit və bank hesabı” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 2640micQUBA/14 saylı, "03" noyabr 2014-cü il tarixli “əlavə kredit” müqaviləsi üzrə Cavabdeh gecikmiş kreditinə yönəldiyini, İddiaçı reqres qaydasında həmin pul vəsaitini Cavabdeh tələb etdiyinin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanıldığını nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası təmin edilməli, Cavabdeh mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi rədd edilməli və Cavabdeh 1301 (bir min üç yüz bir) manat məbləğində pul vəsaiti və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 (otuz üç) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360 maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1301 (bir min üç yüz bir) manat məbləğində pul vəsaiti və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 (otuz üç) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1334 (bir min üç yüz otuz dörd) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdeh mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(031)-374/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-374/2023
22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver