Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-395/2023 18.05.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı Pul tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 6300 (altı min üç yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh 2013-cü ildə ondan nisyə 215 qram müxtəlif çeşidli qızıl zinət əşyaları almışdır. Ondan aldığı qızıl-zinət əşyalarının pulunu istədikdə bildirilmişdir ki, «qızılları nisyə satmış, pulunu ala bilmir». Aycumul ona 6300 manat pul borcludur. Sonuncu dəfə 2019-cu ildə cavabdeh ona pulu bir neçə aya qaytarmağa söz vermişdir. Lakin hər dəfə onu aldadaraq pulu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən o, polisə müraciət etmiş, polis şöbəsi bildirmişdir ki, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək lazımdır. Ona görə də, məcbur olaraq məhkəməyə müraciət etmişdir. Xahiş edir, Cavabdeh 6300 (altı min üç yüz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılsın. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, məhkəməyə müraciət etdikdən sonra Aycamal 280 manat ödəniş etmiş, hazırda onun 6000 manat borcu qalmışdır. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, İddiaçı tanıyır. 2013cü il tarixdən Samir qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan zaman ondan qızılzinət əşyaları alaraq satmış, satdıqdan sonra Samirə pulunu ödəmişdir. 2013-cü ildə Samirdən yadında qalmadığı qızıl-əşyaları almışdır, həmin qızıl əşyalarını nisyə satmış, satdığı malın pulunu ala bilməmişdir. O, Samirə olan borcundan ödənişlər etmişdir, son zamanlar maddi imkanı olmadığı üçün ödənişlər edə bilməmişdir. Samirə borcu qalmışdır. Həmin pulu da hissə-hissə yəni, ayda 50 manat qaytarmağı öhdəsinə götürür. İddianın qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Şabran RPŞ-nin TQ-nun təhqiqatçısı, polis kapitanı X1 08 sentyabr 2020-ci il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, İddiaçı tələbinin mülki xarakterli olduğundan aidiyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə edilmiş ********** saylı fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** saylı şəhadətnaməsindən görünür ki, İddiaçı 2014-cü ildən 3 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1. maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1. maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhtəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.10. maddəsinə əsasən borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə iş materiallarını tərəflərin izahatları araşdırıb belə nəticəyə gəlir ki, Cavabdeh 6000 (altı min) manat pul alınıb İddiaçı verilməklə iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6000 (altı min) manat pul alınıb İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov.
Məhkəmə qərarları › İş №2(031)-395/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-395/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver