Məhkəmə qərarları › İş №2(031)-415/2022

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-415/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-415/2022 21.04.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; Cavabdeh X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı “Baş ofisi” ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2021-ci il 2014-Pk/AZN-2021 kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh İddiaçı xeyrinə 600.01 AZN məbləğində əsas, 151.51 AZN faiz və 75 AZN cərimə faizi olmaqla, ümumilikdə 826.52 AZN manat məbləğində pul vəsaitinin və 30 AZN məbləğində dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə Şabran Rayon Məhkəməsinin e-2(031)-396/2022 nömrəli mülki işi üzrə 12 aprel 2022-ci il tarixdə qəbul edilmiş qətnaməsini təqdim edərək, İddiaçı hazırki mülki iş üzrə ona qarşı qaldırdığı tələb ilə bağlı müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuş Şabran Rayon Məhkəməsinin e-2(031)-396/2022 nömrəli mülki işi üzrə 12 aprel 2022-ci il tarixdə qəbul edilmiş qətnaməyə əsasən İddiaçı “Baş ofisi” ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2021-ci il 2014-Pk/AZN-2021 kredit müqaviləsinin ləğv edilib və Cavabdeh İddiaçı xeyrinə 600.01 AZN məbləğində əsas, 151.51 AZN faiz və 75 AZN cərimə faizi olmaqla, ümumilikdə 826.52 AZN manat məbləğində pul vəsaitinin və 30 AZN məbləğində dövlət rüsumunun tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar