Məhkəmə qərarları › İş №2(031)-417/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-417/2024

02.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-417/2024 02.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızı, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X1 Mərkəzinin Cavabdeh İlham oğluna qarşı ziyan tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X1 Mərkəzi Cavabdeh İlham oğluna qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İlham oğlu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 1995-ci il tarixli 43 saylı qərarına əsasən “Azərmeşə” İstehsalat Birliyi şura iclasının 20 dekabr 1996-ci il tarixli 39 saylı qərarı ilə təsdiq edilmiş meşə qanunvericiliyinin pozulmasına görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında təlimatın a ) bəndini pozduğuna 31 yanvar 2024-ci il tarixdə 58464 №li akt tərtib edilmişdir. Bu akta əsasən ona 110 manat məbləğində ziyan hesablanmışdır.Yuxanda qeyd edilən müvafiq təlimatın 5.1.19-cu maddəsinə uyğun olaraq tələb olunan ziyanın könüllü ödənilməsinə görə vaxt verilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh tələb olunan ziyan ödəməmişdir. Göstərilənlərə əsasən Cavabdeh İlham oğlundan 110 manat meşə ziyan pulunun alınıb X2 fılialındakı AZ30CTRE******************** №-li büdcə səviyyəsi 1, iqtisadi təsnifat 142330 VÖEN ********** saylı hesaba ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X1 Mərkəzi tərəfindən 31 yanvar 2024 - ci il tarixdə tərtib edilmiş 58464 saylı aktdan görünür ki, Cavabdeh İlham oğlu tərəfindən meşə ərazisinə 110 manat məbləğində ziyan vurulmuşdur. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 4 saylı X1 Mərkəzinin Cavabdeh İlham oğluna ünvanladığı xx.xx.2024cü il tarixli bildirişin surətindən görünür ki, cavabdeh meşə ərazisinə 110 manat məbləğində ziyan vurulmuşdur. Həmin ziyanın ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Həmin Məcəllənin) 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İlham oğlundan 110 manat meşə ziyan pulunun alınıb X2 fılialındakı AZ30CTRE******************** №-li büdcə səviyyəsi 1, iqtisadi təsnifat 142330 VÖEN ********** saylı hesaba ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İlham oğlundan 110 (yüz on) manat məbləğində pul vəsaiti alınıb X2 fılialındakı AZ30CTRE******************** №-li büdcə səviyyəsi 1, iqtisadi təsnifat 142330 VÖEN ********** saylı hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar