Məhkəmə qərarları › İş №2(031)-420/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-420/2024

30.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-420/2024 30.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin 2(031)-577/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə Cavabdeh yetkinlik yaşına çatana kimi xx.xx.2007-cu il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin miqdarı artırılaraq, hər ay bir uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran rayon Məhkəməsinin 2(031)- 577/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla cəmi 200 məbləğində aliment pulunun Cavabdeh alınaraq ona verilməsi göstərilmişdir. Hal-hazırda övladlarının birinin 17-16 yaşı var. Hal-hazırda Şabran rayon Məhkəməsinin 2(031)- 577/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsində qeyd olunmuş bir uşaq üçün 100 manat aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar böyüdückə məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmişdir. Onu da qeyd etmək istəyir ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Böyüdükcə uşaqların ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq mənə çox çətindir. Uşaqlar xəstədir. Daimi müalicədədir, iynə dərmanlarını çatdıra bilmir. Ona görə də alimentin artırılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, oğlu ikinci dəfə ailə qurmuşdur. "xxxx" MMC-də qəlibçi vəzifəsində çalışır, əldə etdiyi gəlirlə ailəsini güclə dolandırır. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X4 anası İddiaçı, atası isə Cavabdehdur. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 2(031)-577/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh hər uşaq üçün ayda 80 manat məbləğində aliment alınıb xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı verilməsi barədə Şabran rayon məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(031)-732/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, Cavabdeh hər uşaq üçün ayda 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 093009 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 08 aprel 2016-cı ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Cavabdeh ilə X3 birgə nikahlarından xx.xx.2013-cü ildə Pünhan və xx.xx.2018-ci ildə Əsnat adlı uşaqları olmuşdur. İş materiallarında olan "xxxx"MMC tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli 001/24 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən indiyə kimi "xxxx" MMC-də qəlibçi vəzifəsində çalışır və onun əmək haqqısı 450 manat təşkil edir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh adında reyestr nömrələri **********89, **********90, **********85, **********88, **********84, **********86, **********87 olan torpaq sahələri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı hər uşaq üçün ayda 100 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Elektron sistemdən əldə edilən məlumatdan göründüyü kimi cavabdehin adında 7 ədəd **********89, **********90, **********85, **********88, **********84, **********86, **********87 reyestr nömrəli torpaq sahələri mövcuddur və bu da onu təsdiq edir ki, alimentin ödənilməsi üçün cavabdehin kifayət gədər maddi imkanı mövcuddur. Beləliklə də, məhkəmə hesab edir ki, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində hər uşaq üçün 100 manat miqdarında alimentin tutulmasına dair xx.xx.2023-cü il tarixli 2(031)-577/2023 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağların saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağların saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, iddia tələbi və 2024-cü il üçün uşaqların saxlanmasına görə qanunla müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşaqların normal şəraitdə yaşamalarının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər uşaq üçün ayda sabit pul məbləğində 180 manat miqdarında aliment tutulmalıdır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, iddia qismən təmin edilməli və Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)- 577/2023 nömrəli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər uşaq üçün tutulan 100 manat miqdarda alimentin məbləği artırılmalı, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər uşaq üçün ayda sabit pul məbləğində 180 manat miqdarda aliment tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)-577/2023 nömrəli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər uşaq üçün tutulan 100 manat miqdarda alimentin məbləği artırılsın. xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər uşaq üçün ayda sabit pul məbləğində 180 manat olmaqla, cəmi 360 manat miqdarda aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Könül Mirzəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar