Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-446/2024 14.05.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması” tələbinə dair mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran rayon məhkəməsinin 02 iyun 2022-ci il tarixli 2(031)- 459/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh hər uşağa görə ayda 235 manat məbləğində alimentin alınıb 27 iyul 2010-cu il təvəllüdlü X3, 19 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 06 iyun 2009-cu ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Ər arvad münasibətlərindən 27 iyun 2010-cu ildə Ağasəlim və 19 yanvar 2012-ci ildə Qıztamam adlı uşaqları olmuşdur. Ailə münasibətləri uyğun gəlmədiyindən Şabran Rayon Məhkəməsinin 16 noyabr 2012-ci il tarixli, 2(031)-634/2012-saylı qətnaməsinə əsasən Şabran rayon Qeydiyyat Şöbəsində qeyd edilmiş 06 iyun 2009-cu il tarixli, 136 saylı nigah pozulmuş, uşaqlar onun himayəsinə verilmişdir. Şabran Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(031 )-975/2018saylı qətnaməsinə əsasən cavabdeh X2 iki uşaq üçün hər uşağa görə ayda 75 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Məhkəmə qətnamələri ilə alimentin miqdarı bir neçə dəfə artırılmışdır. Sonuncu dəfə məhkəmənin 02 iyun 2022-ci il tarixli 2(031)-459/2022 saylı qətnaməsi ilə cavabdeh X2 hər uşaq üçün ayda 120 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin alınaraq 27 iyul 2010-cu il təvəllüdlü X3, 19 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün ona verilməsi qət edilmişdir. Hazırda uşağın minimum dolanacaq xərcləri artmışdır. Bu səbəbdən də, alimentin artırılması barədə Mediasiya şurasına müraciət etmiş, cavabdeh mediasiya prosesinə gəlmədiyi üçün mediasiya prosesi baş tutmamışdır. Ona görə də, alimentin artırılması barədə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında bildirmişdir ki, məhkəmə tərəfindən müəyyən edilən aliment uşaqların xərclərini ödəməyə yetərli deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etdi və izahatında bildirmişdir ki, alimentin ödənilməsində çətinlik çəkir, ikinci dəfə ailə həyatı qurmuşdur, həmin nikahdan bir uşağı var, özü fəhləlik edərək qazanc əldə edir və alimentin artırılması üçün imkanı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 81, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, iş materiallarından görünür ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(031)-459/2022 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək Şabran rayon məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(031)-287/2020 saylı qətnaməsi ilə təyin edilmiş hər uşaq üçün ayda 90 (doxsan) manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsi, 27 iyul 2010-cu il təvəllüdlü X4, 19 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər uşaq üçün ayda 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. İddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş aliment hazırda uşaqların saxlanılması üçün yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Ailə Qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə isə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 27 iyul 2010-cu il təvəllüdlü X4, 19 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş alimentin məbləği artırılaraq, hər uşaq üçün ayda 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliment iddiaçıya ödənilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(031)-459/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılsın. Cavabdeh 27 iyul 2010-cu il təvəllüdlü X4, 19 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 27 iyul 2010-cu il təvəllüdlü X4, 19 yanvar 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmalarına görə hər uşaq üçün ayda 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-446/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-446/2024
14.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver