Məhkəmə qərarları › İş №2(031)-459/2022

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-459/2022

02.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-459/2022 02.06.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı Alimentin miqdarının artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh Şabran Rayon Məhkəməsinin 2(031)-287/2020 saylı, 16 mart 2020-ci il tarixli, qətnaməsinə əsasən 27-iyul 2010-cu il tarixdə doğulmuş X5, 19-yanvar 2012-ci ildə doğulmuş X1 üçün İddiaçı ödənilməsi qət edilib müəyyən edilmiş 180 (bir yüz səksən) manat alimentin miqdarının artırılması barədə, Cavabdeh hər uşaq üçün ayda 190 (bir yüz doxsan) cəmi 380 manat məbləğində aliment müəyyən edilməsi, alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 06-iyun 2009-cu ildə nigahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Ər arvad münasibətlərindən 27-iyun 2010-cu ildə Ağasəlim və 19-yanvar 2012-ci ildə Qıztamam adlı uşaqları olmuşdur. Ailə münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar, onun iddiasına əsasən Şabran Rayon Məhkəməsinin 16 noyabr 2012-ci il tarixli, 2(031)-634/2012-saylı qətnaməsinə əsasən onunla cavabdeh arasında Şabran rayon Qeydiyyat Şöbəsində 06 iyun 2009-cu il tarixli, 136 saylı nigah pozulmuşdur uşaqlar onun himayəsinə verilmişdir. Şabran Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(031)-975/2018-saylı qətnaməsinə əsasən Cavabdeh iki uşaq üçün hər uşağa görə ayda 75-manat olmaqla cəmi 150-manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh alimenti tam və vaxtında ödəmədiyi üçün aliment borcu yarandığına görə və ödədiyi alimentin miqdarı az olduquna görə onun iddia ərizəsinə əsasən Şabran Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(031)-287/2020 saylı qətnaməsinə əsasən Şabran Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(031 )-975/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş 150-manat məbləğində alimentin miqdarı hər uşağa görə 15 manat artırılaraq 180-manat müəyyən edilmişdir. Lakin cavabdeh həmişə olduqu kimi alimenti tam və xatında ödəmir, hazırda 1420 (min dörd yüz iyirmi) manat məbləğində aliment borcu vardır. Ödədiyi aliment hazırki vəziyyətdə uşaqları saxlamaq, hərtərəfli təmin etmək üçün yetərli deyil. Bu səbəbdən müəyyən edilmiş alimentin miqdarının artırılması məqsədi ilə məhkəməyə müraciət etmişdir. Xahiş edir, Cavabdeh Şabran Rayon Məhkəməsinin 2(031)-287/2020 saylı, 16 mart 2020-ci il tarixli, qətnaməsinə əsasən 27 iyul 2010-cu il tarixdə doğulmuş X5, 19-yanvar 2012-ci ildə doğulmuş X1 üçün İddiaçı ödənilməsi qət edilib müəyyən edilmiş 180 (bir yüz səksən) manat alimentin miqdarının artırılması barədə, Cavabdeh hər uşaq üçün ayda 190 (bir yüz doxsan) cəmi 380 manat məbləğində aliment müəyyən edilməsi, alınıb ona verilməsi barədə qətnamə çıxarılsın. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İİ seriyalı 905536 saylı və AZ-İİ seriyalı 500102 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 27 iyul 2010-cu ildə Ağasəlim və 19 yanvar 2012-ci ildə Qıztamam adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş AZ-İ seriyalı 288724 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı arasında bağlanmış rəsmi nikahları 27 dekabr 2012-ci ildə ləğv edilmişdir. İşə əlavə edilmiş Şabran rayon Məhkəməsinin 16 noyabr 2012 il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə cavabdeh X7 arasında Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmış 06 iyun 2009-cu il tarixli 136 saylı nikahın pozulması, cavabdeh X3 27 iyul 2010-cu ildə doğulmuş X8 alınıb İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İşə əlavə edilmiş Şabran rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2(031)- 287/2020 saylı qətnaməsinin surətindən görünür ki, X3 27 iyul 2010-cu il təvəllüdlü X6 və 19 yanvar 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşaq üçün ayda 90 (doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, iddiaçı X7 ilə cavabdeh İddiaçı arasında bağlanmış rəsmi nikah Şabran rayon məhkəməsinin 16 noyabr 2012-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmişdir. Şabran rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2(031)-287/2020 saylı Qətnaməsinə əsasən X3 27 iyul 2010-cu il təvəllüdlü X6 və 19 yanvar 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşaq üçün ayda 90 (doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmənin müəyyən etdiyi alimentlə iddiaçı uşağları saxlamaqda çətinlik çəkdiyini əsas gətirərək, alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə alimentin miqdarını artırarkən cavabdehin gəlirləri, ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə iddiaçı tərəfindən məhkəməyə sübutların təqdim edilməməsini nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99 maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16 fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlama qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1. maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun oalaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 101.2. maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh hər uşaq üçün ayda 90 (doxsan) manat sabit pul məbləğində alimentin tutulub 27 iyul 2010-cu ildə doğulmuş X5, 19 yanvar 2012-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün iddaçı İddiaçı verilməsi barədə Şabran rayon məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(031)- 287/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh hər uşaq üçün ayda 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq 27 iyul 2010-cu il təvəllüdlü X5, 19 yanvar 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına catana kimi saxlanılmaları üçün İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh hər uşaq üçün ayda 90 (doxsan) manat sabit pul məbləğində alimentin tutulub 27 iyul 2010-cu ildə doğulmuş X5, 19 yanvar 2012-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün iddaçı İddiaçı verilməsi barədə Şabran rayon məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(031)-287/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh hər uşaq üçün ayda 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq 27 iyul 2010-cu il təvəllüdlü X5, 19 yanvar 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına catana kimi saxlanılmaları üçün İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar