Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-468/2025 17.04.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızı, İddiaçı cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı nisyə alğı-satqı müqaviləsinin ləğvi və ödənilmiş pulların geri qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı nisyə alğı-satqı müqaviləsinin ləğvi və ödənilmiş pulların geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan iddia ərizəsindən görünür ki, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin ünvanı Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, ev 181A və Cavabdeh2 ünvanı Xaçmaz rayonu, ünvan 2hkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin qeydiyyat ünvanı AZ1025, Bakı şəhəri, Xətai rayonu, Xocalı, 37 və Cavabdeh2 qeydiyyat ünvanı Xaçmaz rayonu, ünvan 4 Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Bununla yanaşı məhkəmə həmçinin hesab edir ki, iddiaçı Şahbazova Gülnarə Babaşah qızı tərəfindən ödənilmiş dövlət rüsumu da Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı nisyə alğı-satqı müqaviləsinin ləğvi və ödənilmiş pulların geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) ona geri qaytrılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyatı məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şabran Rayon Məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə şikayət vermək olar. Hakim: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-468/2025
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-468/2025
17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver