Məhkəmə qərarları › İş №2(031)-52/2023

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-52/2023

02.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Maddi ziyanın ödənilməsi - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-52/2023 02.11.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən mülkiyyətdə olan torpaq sahəsindən çıxarma, torpaq sahəsinin boşaldılması və maddi ziyan tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Torpağa mülkiyyət hüququna dair JN 249 kod 30408038 saylı Dövlət aktına əsasən mərhum anası X1 mülkiyyətinə verilmiş torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 min manat maddi ziyanın alınıb ona verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən mülkiyyətdə olan torpaq sahəsindən çıxarma, torpaq sahəsinin boşaldılması və maddi ziyan tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Hazırda mübahisə ilə əlaqədar inzibati məhkəməyə müraciət edəcəkdir. Ona görə də ərizəsinin geri qaytarılması və iddianın baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirdilər ki, İddiaçı məhkəmədə onlara qarşı qaldırdığı iddia ərizəsinin geri qaytarılmasına və iddianın baxılmamaış saxlanılmasına etiraz etmirlər. Azərbaycan Respublikası MPM-nin 259.0.11. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılmasını xahiş etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etmədiyindən iddia baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260 maddələrin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən mülkiyyətdə olan torpaq sahəsindən çıxarma, torpaq sahəsinin boşaldılması və maddi ziyan tələbi barədə mülki iş üzrə iddiaçı iddia ərizəsinin qaytarılmasını xahiş etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etmədiyindən iddia baxılmamış saxlanılsın. Qərardaddan on gün müddətində Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar