Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-529/2024 08.08.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Mirzəfərova Könül Murtuz qızı sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı İSMAYİLLİ RUSLAN NİZAMİ OĞLU Cavabdeh TALİBOV COŞQUN ZƏFƏR OĞLU iştirakı ilə İddiaçıİSMAYİLLİ RUSLAN NİZAMİ OĞLU cavabdehTALİBOV COŞQUN ZƏFƏR OĞLU qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıİSMAYİLLİ RUSLAN NİZAMİ OĞLU cavabdehTALİBOV COŞQUN ZƏFƏR OĞLU qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında iddiaçı izahat verərək bildirdi ki, iddia ərizəsində tələb doğru göstərilməmiş və eyni zamanda qeyd olunan ərizə onun tərəfindən imzalanmamışdır. Məhkəmə baxış iclasında cavabdeh qeyd olunan məsələnin həlli qaydasını məhkəmənin mülahizəsinə təqdim etdi. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçıİSMAYİLLİ RUSLAN NİZAMİ OĞLU cavabdehTALİBOV COŞQUN ZƏFƏR OĞLU qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İzah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ərizəçi ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Şabran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-529/2024
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-529/2024
08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver