Məhkəmə qərarları › İş №2(031)-541/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-541/2024

16.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-541/2024 16.09.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X7, X2, X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "müəyyən edilmiş alimentin miqdarının artırılması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı "uşaq tələbinə" dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin İddiaçı Cavabdeh qarşı "müəyyən edilmiş alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)-82/2014 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin artırılması, Cavabdeh hər ayda 235 manat sabit pul məbləğində alimentin tutulub 09-mart 2011-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 21 dekabr 2009-cu ildə rəsmi nikahla ailə qurmuşdur. Ər- arvad münasibətlərindən 09 mart 2011-ci ildə X9 doğulmuşdur. Birgə yaşadıqları müddətdə xasiyyətləri uyğun gəlməmiş, aralarında mütəmadi olaraq mübahisə və münaqişələr olmuşdur. Bu səbəbdən də ayrılmışlar. Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)-82/2014 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında 21dekabr 2009-cu ildə Quba rayon Qeydiyyat Şöbəsində bağlanmış 447 saylı nigah pozulmuşdur, cavabdeh X10 hər ayda 75 manat sabit pul məbləğində alimentin 01 noyabr 2013-cü ildən hesablanaraq tutulub 09 mart 2011-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. Uşağın dolanacaq xərcləri artdığına görə onun iddiasına əsasən Şabran Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli 2(031)-177/ 2017 saylı qiyabi qətnaməsi ilə Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)-82/2014 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılmışdır. Cavabdeh X10 hər ayda 120 manat sabit pul məbləğində alimentin 23 yanvar 2017-ci ildən hesablanaraq tutulub 09-mart 2011-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. Lakin cavabdeh alimenti tam ödəməmişdir. Aliment borcu olduğuna görə məhkəmənin 25 oktyabr 2017-ci il tarixli hökmünə əsasən CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi 29 dekabr 2017-ci ildə Cavabdeh Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şabran Rayon Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli hökmünün təqsirləndirilən şəxsin müdafiəçisi Vəkil verdiyi apelyasiya şikayətinə əsasən dəyişdirilməsi, X14 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilməsi, Cavabdeh 20 oktyabr 2017-ci il tarixdən 29 dekabr 2017-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 9 (doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın üç günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə 6 (altı) ay 27 (iyirmi yeddi) gün hazırki qərarla ona təyin olunmuş cəzadan çıxılmaqla Binyət İbrahimovun üzərində qəti olaraq aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 5 (beş) ay 3 (üç) gün müddətə islah işləri cəzasının saxlanılması, cəzasının iş yeri üzrə çəkməsi, cəzasının əvvəli qazancından tutulmaların aparıldığı gündən hesablanması, qərarın icrası Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun, dərhal məhkəmə zalında həbsdən azad edilməsi, hökmün qalan hissəsinin dəyişdirilməməsi, müdafiəçi Vəkil apelyasiya şikayətinin təmin edilməməsi barədə 1(105)-560/2017 saylı qərar vermişdir. Xüsusilə qeyd etmək istəyir ki, cavabdeh onun qarşısında şərt qoydu və dedi ki, ”Əyər o, aliment borcundan imtina etsə o da uşağın onunla Türkiyə Respublikasına getməsi üçün etibarnamə verəcək”. O, məcburiyyət qarşısında qalıb 02 oktyabr 2018-ci ildə Şabran rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsində o, Şabran Rayon Məhkəməsi tərəfindən 2(031)-177/2017 saylı iş üzrə 09 mart 2017-ci il tarixdə verilmiş, icra vərəqəsinə əsasən 23 yanvar 2017-ci il tarixədək əmələ gəlmiş aliment pulunu (1.560) manatı tələb etməmiş və bundan sonra Şabran Rayon Məhkəməsinin 2(031)- 177/2017 saylı, 09 mart 2017-ci il tarixli qətmanəsi ilə müəyyən edilmiş 120 manat məbləğində aliment tələb etməyəcəyini yazıb bildirmişdir. Cavabdehin atası Asif İbrahimov ona iki dəfəyə 700 manat birinci dəfə, ikinci dəfə isə 1000 manat pul ödəyəndən sonra ərizəsini yazmışdır. Lakin Türkiyədən qayıdanda sərhəddə ona məlum oldu ki, cavabdeh notariata ərizə ilə müraciət edib etibarnaməni ləğv etdirib. Bu vaxta kimi Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)- 82/2014 saylı qətnaməsinə əsasən verilmiş 23 aprel 2014-cü il tarixli icra vərəqəsinə əsasən cavabdehin ona 2700 manat aliment borcu əmələ gəlmişdir. Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)-82/2014 saylı qətnaməsindən əmələ gəlmiş aliment borcundan imtina etməyi barədə ərizə yazmamış və 23 aprel 2014-cü il tarixli icra vərəqəsinin və qətnaməmənin icraatına xitam verilməmişdir. Bu günə kimi cavabdehin Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)-82/2014 saylı qətnaməsinə əsasən 9.000 manat aliment borcu yaranmışdır. Cavabdehin başqa nigahda olduqu qadından evladı var. Onu hərtərəfli təmin edə bilir. Hesab edir ki, uşağlarının hərtərəfli inkişafı üçün də cavabdeh aliment ödəməlidir. Telefonla onunla danışanda o, aliment borclarını ödəməyi cavabdehə təklif etmişdir. Həmişə olduqu kimi qərəzli olaraq heç bir ödəniş etmir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Özü “Bolluq” şirkətində reklamçı işləyir, ayda 360 manat əmək haqqı alır, ünvan 1 ünvanında kirayədə yaşayır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "uşaq tələbinə" dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı 09 mart 2011-cü il təvəllüdlü X4 cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilməsi barədə qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması, İddiaçı ona qarşı Şabran rayon məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)-82/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması, Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutulub 09 mart 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi barədə ilkin iddia tələbi üzrə işin icraatına xitam verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə 21 dekabr 2009-cu il tarixində rəsmi nigaha girərək ailə qurmuşlar. Birgə nikahdan 09 mart 2011-ci il təvəllüdlü X11 adlı bir uşağı vardır. 2014-cü ildə ailə münasibətləri pozulmasına görə İddiaçı nikahın pozulaması və uşağın saxlanması üçün aliment tutulmasına dair Şabran rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Şabran rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli qətnaməsi ilə aralarında olan 21 dekabr 2009-cu il tarixli nikahın pozulmuş qızı 09 mart 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 75 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bundan sonra İddiaçı alimentin məbləğinin artırılması barədə məhkəmədə iddia qaldırmışdır. Şabran rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli qiyabi qətnaməsi ilə Şabran rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq sabit pul məbləği ilə 120 manat müəyyən edilmişdir. Hazırda İddiaçı ona qarşı alimentin miqdarının artırılmasına dair iddia qaldıraraq Şabran rayon məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)-82/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması, Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutulub 09 mart 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Alimentin artırılması tələbinə qarşı uşağının cavabdeh anası İddiaçı alınaraq ona verilməsi barədə qarşılıqlı iddia irəli sürür. Belə ki, hal-hazırda qızı Gülmirənin 14 yaşı vardır. Lakin iddiaçı necə illərdir ki, bu günədək qızı ilə onun görüşünə imkan yaratmamışdır. Hətta əvvəllər uşağı ilə məktəbdə belə görüşmək istəsə də, qızı deyirdi ki, “anam bilsə görüşməyə qoymaz”. Uşağı anasından qorxduğuna görə həmişə ondan qaçmışdır. Bu da istər-istəməz bir ata kimi ona olduqca pis təsir edirdi. O, həmişə uşağı ilə könüllü olaraq normal şəkildə görüşmək və onun tərbiyyəsində iştirak etmək istəmişdir. Lakin anası İddiaçı heç vaxt buna şərait yaratmamış və imkan verməmişdir. Bundan başqa o, həmişə qızının onda qalmasını istəmişdir. Lakin qızı burada, yəni Azərbaycanda daimi yaşamadığı üçün bu istəyini həyata keçirə bilməmişdir. Artıq qızının sağlamlığı tərbiyəsi ilə özü məşqul olmaq istəyir. Çünki iddiaçı uşağının sağlamlığı, təlim və tərbiyəsi ilə məşğul ola bilmir və ya məşğul olmaq istəmir. Qızı Gülmirənin daimi yaşayış yeri də yoxdur. O, anası ilə gah Türkiyəyə gedir, gah da burda nənə-babasının yanında qalmağa məcbur olur. Halbu ki, uşaq valideynləri ilə yaşamalıdır. Qızının daimi yaşayış yeri olmadığına görə təhsilini də normal qaydada davam etdirə bilmir. Bu barədə məktəbin arayışını təqdim edir. Şabran rayonu Gəndov kənd tam orta məktəbin direktoru S.Baladadaşova tərəfindən imzalanmış məlumat xarakterli arayışdan görünür ki, X9 2018-ci ildə Türkiyədən gəlmiş və 2024-cü ilədək dəfələrlə məktəbdən çıxmış, yenə Türkiyəyə getmiş və bir necə dəfə məktəbini dəyişmişdir. Bundan başqa məhkəmənin diqqətinə aşağıda qeyd etdiyi məhkəmə qərarlarını və digər sənədləri təqdim edir. Sumqayit Apellyasiya Məhkəməsinin 29-dekabr 2017-ci il tarixli qərarı ilə X27 oglunun Azərbaycan Respublikasi CM-nm 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şabran Rayon Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli hokmu təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinə əsasən dəyişdirilmiş, Cavabdeh Azərbaycan Respublikası CM-nm 306.1-ci maddəsi ilə ayliq qazancinin 20%-i dövlət nəfinə tutulmaqla 1 (bir) ii müddətinə islah cəzası təyin edilmişdir. Həmin qərarla Cavabdeh oglunun 20 oktyabr 2017-ci il tarixdan 29 dekabr 2017-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 9 (doqquz) gun müddət Azarbaycan Respublikasi CM-nm 69.3-cu maddasina əsasən islah işləri növündə cəzanın üç günü azadliqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə 6 ay 27 gün hazırkı qərarla ona təyin olunmuş cəzadan çıxılmaqla Cavabdeh üzərində qəti olaraq aylıq qazancının 20%- i dövlət nəfinə tutulmaqla 5 ay 3 gün müddətə islah işləri cəzası saxlanılmışdır. Həmin qərarda deyilir: “Həmin cinayət işinin materiallarında olan iş üzrə zərərçəkmiş şəxs İddiaçı 03 may 2017-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh borcunun müəyyən hissəsini ödəmiş, təxminən 1400-1600 manat borcu qalmışdır, həmin borcun ödənilməsini tələb edir. Məhkəmyə təqdim edilmiş Azərbaycan Beynəlxalq Bank ASC-nin Şabran Filialının 25 dekabr 2017-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına 1600 manat məbləğində aliment pulu köçürülmüşdür “. Sonra yenə həmin qərarda deyilir: “məhkumun müdafiəçisinin məhkəməyə təqdim etdiyi Şabran rayon İcra və Propasiya Şöbəsi tərəfindən verilmiş 28 dekabr 2017-ci il tarixli 151/17 saylı arayışdan müəyyən olunur ki, Şabran rayon Məhkəməsinin 2(031)-82/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə borclu Cavabdeh tərəfindən təqdimat üzrə yaranmış 2400 manat aliment pulu tələbkar İddiaçı xeyrinə tam ödənilmişdir.” İddiaçı hazırkı iddia ərizəsində göstərmişdir ki, “Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)-82/2014 saylı qətnaməsindən əmələ gəlmiş aliment borcundan imtina etməyi barədə ərizə yazmamış va 23 aprel 2014-cu il tarixli icra vərəqəsinin və qətnamənin icraatına xitam verilməməişdir.” Lakin tələbkar İddiaçı Zəbişat qızı xx.xx.2018-ci il tarixdə ərizə ilə Şabran rayon İcra və propasiya şöbəsinə müraciət edərək alimentdən imtina etdiyini və Şabran rayon mhkəməsinin 2(031)-82/2014 saylı, 18 mart 2014-cü il tarxli icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmişdir. (ərizəsi əlavə olunur) Şabran rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli, 2(031)-357/2018 saylı Qərardadı ilə tələbkar İddiaçı Zəbişat qızının tələbdən imtinası qəbul edilmiş və Şabran rayon məhkəməsinin 2(031)-82/2014-cü il tarixli icra sənədinə əsasən Şabran Rayon İcra və Propasiya şöbəsinin icra məmuru Vidadi Dadaşovun icra sənədinin icraatına xitam verilməsinə dair təqdimatı təmin edilmişdir. Həmçinin tələbkar İddiaçı Zəbişat qızı xx.xx.2018-ci il tarixdə ərizə ilə Şabran rayon İcra və propasiya şöbəsinə müraciət edərək alimentdən imtina etdiyini və Şabran rayon mhkəməsinin 2(031)-177/2017 saylı, 09 mart 2017-ci il tarxli icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(031)-293/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı Zəbişat qızı ilə birgə nikahlarından olan 09 mart 2011-ci il təvəllüdlü X1 üçün Şabran rayon məhəməsinin 09 marat 2017-ci il tarixli, 2(031)-177/2017 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentə görə 2017-ci ilin sentyabr ayından yaranmış borcun ödənilməsindən azad edilmiş və həmin alimentin ödənilməsinə xitam verilmişdir. Şabran Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli, 2(031)-293/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh iddiasını müdafiə etmiş və bildirmişdir ki, “..Sumqayıt Apellyasiya məhkəməsinin qərarına əsasən qohumları aliment borcunu toplayıb ödədiklərinə görə azadlıqdan məhrum etmə cəzası başqa cəza növü ilə əvəz edilmişdir. İşə məhkəmədə baxılarkən cavabdeh ona bildirmişdir ki, uşağın Türkiyə Respublikasına getməsi üçün etibarnamə versə o, aliment borcundan imtina edəcəkdir. O da inanaraq etibarnamə vermiş, lakin cavabdeh gəlib məhkəmədə ərizə yazıb qoymuşdur ki, “aliment borcun tam ödəməsə həbs edilsin. Özü də uşağı götürüb 2017-cüi ilin sentyabr ayında Türkiyə Respublikasına getmişdir. O, uzun müddətdir ki, uşağı ilə ünsiyyət yarada bilmir, onun sağlamlığından məlumatı yoxdur. Uşağın varlığından məlumatı olmadığı halda, o, alimenti kimə görə ödəyəcəyini də bilmir.” Göründüyü kimi, hər iki qətnaməyə əsasən, həm 2(031)- 177/2017 saylı, 09 mart 2017-ci il tarxli qətnaməyə əsasən borcun ödənilməsindən azad edillərək, həmin alimentin ödənilməsinə xitam verilmişdir. Həmçinin, Şabran rayon məhkəməsinin 2(031)-82/2014-cü il tarixli icra sənədinə əsasən Şabran Rayon İcra və Propasiya şöbəsinin icra məmuru Vidadi Dadaşovun icra sənədinin icraatına xitam verilməsinə dair təqdimatı təmin edilmişdir. Göründüyü kimi cavabdeh İddiaçı həmişə aralarında olan razılaşmanı pozmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğu izahat verərək, onun təmin olunmasını, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X12 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını, ilkin iddia ərizəsinin isə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 və X3 iştirakı ilə maraqlı şəxs qismində dindirilən 09 mart 2011-ci il təvəllüdlü X11 bildirdi ki, o, 8-ci sinifdə oxuyur, atasını uşaq vaxtı görmüşdür. Atası onunla maraqlanmayıb. Atası ilə görüşmək istəmir, onu bu barədə heç kim öyrətməmişdir. Məhkəmə iclasında psixoloq X23 09 mart 2011-ci il təvəllüdlü X5 məhkəmə iclasında verdiyi ifadəsinə öz fikirini bildirərək göstərdi ki, uşaq atası ilə görüşməyib deyə onda ata sevgisi yoxdur. Ona görə də atası ilə görüşmək istəmir. Uşağın başqaları tərəfindən öyrədilməsini hiss etmir. Ata uşağı ilə görüşməyə cəhd etməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 81, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, iş materiallarından görünür ki, Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli, 2(031)-82/2014 saylı qətnaməsinə əsasən tərəflər arasında rəsmi nikah pozulmuş, Cavabdeh hər ayda 75 manat sabit pul məbləğində aliment tutulub 09 mart 2011-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. İddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş aliment hazırda uşaqların saxlanılması üçün yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Ailə Qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə isə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh 09 mart 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş alimentin məbləği artırılaraq, hər ay 200 manat sabit pul məbləğində aliment iddiaçıya ödənilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən uşaq valideyinləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən valideyinlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın bu hüquqlarına təsir etmir. Həmin Məcəlləsinin 50.3-cü maddəsinə əsasən valdeyinlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Mülki işə əlavə edilmiş Şabran Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 31 iyul 2024-cü il tarixli rəydən görünür ki, işin araşdırılması üçün Qəyyumluq və Himayəçilik Komissiyası X13 Şabran rayonu Gəndov kəndində yerləşən evinə baxış keçirmək üçün onunla mobil telefon vasitəsilə əlaqə saxlamış və məlum olmuşdur ki, iddiaçı Bakı şəhərində yaşayır. 31 iyul 2024-cü il tarixə təyin olunan komissiya iclasına dəvət olunan iddiaçı iclasa gələcəyini bildirsə də heç bir üzürlü səbəb göstərmədən iclasa gəlməmiş və iclasda iştirak etməmişdir. Ona görə də, iddiaçı X13 həyat şəraitini müayinə etmək mümkün olmamışdır. İşin araşdırılması üçün Qəyyumluq və Himayəçilik Komissiyası İddiaçı Şabran şəhəri, Fizuli küçəsində kirayə yaşadığı evə baxış keçirmişdir. Evə baxış zamanı məlum olmuşdur ki, İddiaçı kirayə yaşadığı ev 1 (bir) mərtəbəli olmaqla 4 (dörd) otaqdan ibarətdir və bütün otaqlar təmirlidir. Cavabdeh otaqlardan üçünü istifadə edir. Yaşayış evi təmiz və səliqəli saxlanılır, mebellə təchiz olunmuşdur. Evin qaz, işıq və su təminatı vardır, sanitariya və gigiyena qaydalarına cavab verir. Bu evdə İddiaçı, atası X8 və xx.xx.2011-ci il təvəllüdlü övladı X9 yaşayır. Cavabdeh İddiaçı ilə söhbət zamanı o, iddiaçı brahimov Bünyət Asəf oğlu ilə xx.xx.2009cu il tarixdə rəsmi nikahla ailə qurduğunu, bu nikahdan xx.xx.2011-ci il tarixdə isə Gülmirə adlı övladlarının dünyaya gəldiyini bildirdi. Şabran rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(031)-82/2014 nömrəli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaq anasının himayəsində saxlanılmışdır. İddiaçı müəyyən edilmiş aliment miqdarının artırılması üçün Şabran rayon məhkəməsinə müraciət etmiş, Cavabdeh isə uşağın anadan alınıb onun himayəsinə verilməsi üçün iddia qaldırmışdır. Cavabdeh İddiaçı hal-hazırda “Bolluq” firmasında reklamçı işləyir, aylıq 360 manat maaş alır. Komissiya iclasına dəvət olunan xx.xx.2011-ci il təvəllüdlü X6 Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən izahatı alındı. Verdiyi yazılı izahatında o, atasının onunla demək olar ki, heç vaxt maraqlanmadığını qeyd edərək anasının yanında qalmaq istədiyini bildirmişdir. Komissiya mülki işdə olan materialları, İddiaçı həyat şəraitini, xx.xx.2011-ci il təvəllüdlü X4 yazılı izahatını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, uşağın anası İddiaçı yanında qalması barədə rəy verilməsi məqsədəmüvafiqdir. Eyni zamanda, məhkəmə qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflərin keçmiş nikahlarından 09 mart 2011-ci il təvəllüdlü X9 anadan olmuşdur. Cavabdeh qarşılıqlı iddia tələbi irəli sürərək 09 mart 2011-ci il təvəllüdlü X4 İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən hazırki mübahisənin həlli üçün azyaşlı uşağın hansı valideynin yanında qalmasının məqsədəuyğun olduğunu müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanın rəyi alınmışdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsi ilə maraqlarına toxunan istənilən məsələnin həlli zamanı 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınması, məhkəmə və ya qəyyumluq və himayə orqanının yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilməsi imperativ qaydada müəyyən edilmişdir. Belə olduğu halda, məhkəmə azyaşlı uşağın mənafelərini, eyni zamanda, 13 yaşına çatmış 09 mart 2011-ci il təvəllüdlü X4 fikirini nəzərə alaraq, hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 18 mart 2014-cü il tarixli 2(031)-82/2014 saylı qətnaməsinə əsasən Cavabdeh 09 mart 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 09 mart 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "uşaq tələbinə" dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar