Məhkəmə qərarları › İş №2(031)-550/2020

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-550/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-550/2020 05.08.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: X5 Təşkilatı «xxxxxxxx» MMC-nin CAVABDEH: Cavabdeh1 və Cavabdeh2 qarşı Kreditin ödənilməsi tələbi barədə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 Təşkilatı «xxxxxxxx» MMC məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1979.21 (bir min doqquz yüz yetmiş doqquz manat 21 qəpik) manat, xx xxxxxxx 2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 (sıfır) manat, cərimə üzrə 197.92 (yüz doxsan yeddi manat 92 qəpik) manat olmaqla ümumilikdə 2177.13 (iki min yüz yetmiş yeddi manat 13 qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin X5 Təşkilatı «xxxxxxxx» MMC –nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2 Kredit Təşkilatı «xxxxxxxx» MMC -nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək onların iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə X5 Təşkilatı «xxxxxxxx» MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. X2 Kredit Təşkilatı «xxxxxxxx» MMC-ti iddiasını onunla əsaslandırmışdır ki, X5 Təşkilatı «X3» MMC-nin Şabran filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə xx xxxxxxx 2019-cu il tarixə qədər aylıq borcun 0% dərəcəsini tətbiq etməklə 2739.21 manat məbləğində kredit verilmişdir. X5 Təşkilatı «X4» MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri X5 Təşkilatı «xxxxxxxx» MMC-yə satılmışdır. Kredit müqaviləsinin 4.3-cü maddəsinə görə kredit faktiki içtifadə edilmiş məbləğində hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu süqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin borclu Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişlərini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinn ödnilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənuənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor BOKT «X1» MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkiatla borclu Cavabdeh2 arasında xx xxxxxxx 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsin görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 və Cavabdeh2 xx xxxx 2020-ci il tarixli arayışa əsasən BOKT «xxxxxxxx» MMC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 1979.21 manat, faiz üzrə 0.00 manat, cərimə üzrə 197.92 manat olmaqla ümumilikdə 2177.13 manat təşkil edir. Xahiş edir, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1979.21 (bir min doqquz yüz yetmiş doqquz manat 21 qəpik) manat, xx xxxxxxx 2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 (sıfır) manat, cərimə üzrə 197.92 (yüz doxsan yeddi manat 92 qəpik) manat olmaqla ümumilikdə 2177.13 (iki min yüz yetmiş yeddi manat 13 qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin X5 Təşkilatı «xxxxxxxx» MMC –nin xeyrinə tutulması barədə qətnamə çıxarasınız. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, X5 Təşkilatı «X3» MMC-nin Şabran filialı ilə onun arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə xx xxxxxxx 2019-cu il tarixə qədər aylıq borcun 0% dərəcəsini tətbiq etməklə 2739.21 manat məbləğində kredit verilmişdir. Onun maddi imkanı olmadığı üçün banka olan borcunu vaxtlı-vaxtında ödəyə bilməmişdir. X5 Təşkilatı « xxxxxxxx» MMC-nin ona qarşı qaldırdığı iddianı qəbul edir, iş üzrə ekspertiza təyin edilməsinə ehtiyac yoxdur. Ancaq, qətnamə çıxarılarkən pulun ondan tutulmasını və maddi imkanı nəzərə alınaraq ona hesablanmış cərimənin borcundan silinməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdeh M.Hüseynovanı dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş xx xxxxxxx 2016-cı il tarixli, LD********** saylı Kredit Müqaviləsindən görünür ki, Cavabdeh1 36 ay müddətinə xx xxxxxxx 2019-cu il tarixə qədər aylıq borcun 0% dərəcəsini tətbiq etməklə 2739.21 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş xx xxxxxxx 2016-cı il tarixli LD/16298/00079 zaminlik müqaviləsindən görünür ki, «Borclu» Cavabdeh1 təşkilat qarşısında öz öhdəliklərini yerinə yetirənədək «Zamin» Cavabdeh2 birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmununu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsində qeyd olunur ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Ona görə də məhkəmə təqdim olunan sübutları və işin hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1979.21 (bir min doqquz yüz yetmiş doqquz manat 21 qəpik) manat, xx xxxxxxx 2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 (sıfır) manat, cərimə üzrə 7.92 (yeddi manat 92 qəpik) manat olmaqla ümumilikdə 1987.13 (bir min doqquz yüz səksən yeddi manat 13 qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaiti X5 Təşkilatı «xxxxxxxx» MMC –nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1979.21 (bir min doqquz yüz yetmiş doqquz manat 21 qəpik) manat, xx xxxxxxx 2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 (sıfır) manat, cərimə üzrə 7.92 (yeddi manat 92 qəpik) manat olmaqla ümumilikdə 1987.13 (bir min doqquz yüz səksən yeddi manat 13 qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaiti X5 Təşkilatı «xxxxxxxx» MMC –nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar