Məhkəmə qərarları › İş №2(031)-553/2020

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-553/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-553/2020 11.11.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı ASC-nin CAVABDEH: Cavabdeh qarşı Kredit borcunun qaytarılması tələbinə dair mülki işə xx xxxxxx 2020-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı ASC məhkəmədə iddia qaldıraraq Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019cu il tarixli 8GTKR0183470A158 saylı kredit müqaviləsinə əsasən 9627.64 AZN əsas, 1911.84 AZN faiz, cəmi 11539.48 AZN məbləğində borcun, xx.xx.2018-ci il tarixli **********01944158 saylı kredit xətti müqaviləsinə əsasən 378.13 AZN əsas, 99.47 AZN faiz, cəmi 477.60 AZN borcun və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İddiaçı ASC-ti məhkəmədə iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC-ti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 8GTKR0183470A158 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətnə 27.84 faiz dərəcəsi ilə 10000 AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC-ti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli **********01944158 saylı kredit xətti müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 25% dərəcəsi ilə 1300 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazimi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yetirən yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli 8GTKR0183470A158 saylı kredit müqaviləsinə əsasən 9627.64 AZN əsas, 1911.84 AZN faiz, cəmi 11539.48 AZN məbləğində borcun, xx.xx.2018-ci il tarixli **********01944158 saylı kredit xətti müqaviləsinə əsasən 378.13 AZN əsas, 99.47 AZN faiz, cəmi 477.60 AZN borcu yaranmışdır. Bank tərəfindən şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılmasını təmin edilməmişdir. Xahiş edir, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli 8GTKR0183470A158 saylı kredit müqaviləsinə əsasən 9627.64 AZN əsas, 1911.84 AZN faiz, cəmi 11539.48 AZN məbləğində borcun, xx.xx.2018-ci il tarixli **********01944158 saylı kredit xətti müqaviləsinə əsasən 378.13 AZN əsas, 99.47 AZN faiz, cəmi 477.60 AZN borcun və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, İddiaçı ASC-ti ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli 8GTKR0183470A158 saylı saylı müqaviləsinə əsasən ona 48 ay müddətnə 27.84 faiz dərəcəsi ilə 10000 AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC-ti ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli **********01944158 saylı kredit xətti müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 25% dərəcəsi ilə 1300 AZN məbləğində kredit verilmişdir. Bankda olan borcundan 1000 manat ödəniş etmişdir, lakin sonradan işləmədiyi üçün banka olan kredit borcunu ödəyə bilməmişdir. Banka olan borcunu hissə-hissə ödəməyə etiraz etmir. Məhkəmə cavabdehi dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli 8GTKR0183470A158 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 48 ay müddətnə 27.84 faiz dərəcəsi ilə 10000 AZN məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş xx.xx.2018-ci il tarixli **********01944158 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə illik 25% dərəcəsi ilə 1300 AZN məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli 16/1653 saylı bildirişdən görünür ki, Cavabdeh banka olan borcunun ödəməsi barədə İddiaçı ASC-ti tərəfindən bildiriş məktubu göndərilmişdir. İşə əlavə edilmiş Məhkəmə-Ekspertiza mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 9/3198 saylı ekspert rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 8GTKR0183470A158 saylı və xx.xx.2018-ci il tarixli **********01944158 saylı kredit müqavilələri üzrə banka olan kredit borcu və kreditə hesablanmış faiz borcu aşağıdakı kimi hesablanır: xx.xx.2019-cu il tarixli 8GTKR0183470A158 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas borc üzrə – 9.628,10 manat, faiz borcu üzrə-1.803,34 manat, xx.xx.2018-ci il tarixli **********01944158 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas borc üzrə – 378.13 manat, faiz borcu üzrə – 99,47 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən isə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1. və 445.2.2. maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 425.1. maddəsinə göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığının tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli 8GTKR0183470A158 saylı kredit müqaviləsinə əsasən 9627.64 AZN əsas, 1911.84 AZN faiz, cəmi 11539.48 AZN məbləğində borcun, xx.xx.2018-ci il tarixli **********01944158 saylı kredit xətti müqaviləsinə əsasən 378.13 AZN əsas, 99.47 AZN faiz, cəmi 477.60 AZN borcun və ödənilmiş 30 AZN dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 8GTKR0183470A158 saylı kredit müqaviləsinə əsasən 9627.64 AZN əsas, 1911.84 AZN faiz, cəmi 11539.48 AZN məbləğində borcun, xx.xx.2018-ci il tarixli **********01944158 saylı kredit xətti müqaviləsinə əsasən 378.13 AZN əsas, 99.47 AZN faiz, cəmi 477.60 AZN borcun və ödənilmiş 30 AZN dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh 145 (bir yüz qırx beş) manat ekspertiza xərci tutularaq kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar