Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-554/2020 07.09.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı ASC-nin CAVABDEH: Cavabdeh qarşı Kredit borcunun qaytarılması tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci ildə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı ASC məhkəmədə iddia qaldıraraq Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli 158GTKR8833566AA saylı kredit müqaviləsinə əsasən 2477.70 AZN əsas, 611.85 AZN faiz, cəmi 3089.55 AZN məbləğində borcun, xx.xx.2019-cu il tarixli **********01944158 saylı kredit xətti müqaviləsinə əsasən 248.22 AZN əsas, 84.82 AZN faiz, cəmi 333.04 AZN borcun və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-ti məhkəmədə iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC-ti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 158GTKR8833566AA saylı müqaviləsinə əsasən ona 36 ay müddətnə 26.9 faiz dərəcəsi ilə 2800 AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC-ti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********01944158 saylı kredit xətti müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 25% dərəcəsi ilə 300 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazimi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yetirən yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli 158GTKR8833566AA saylı kredit müqaviləsinə əsasən 2477.70 AZN əsas, 611.85 AZN faiz, cəmi 3089.55 AZN borcu, xx.xx.2019-cu il tarixli **********01944158 saylı kredit müqaviləsinə əsasən 248.22 AZN əsas, 84.82 AZN faiz, cəmi 333.04 AZN borcu yaranmışdır. Bank tərəfindən şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılmasını təmin edilməmişdir. Xahiş edir, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli 158GTKR8833566AA saylı kredit müqaviləsinə əsasən 2477.70 AZN əsas, 611.85 AZN faiz, cəmi 3089.55 AZN məbləğində borcun, xx.xx.2019-cu il tarixli **********01944158 saylı kredit xətti müqaviləsinə əsasən 248.22 AZN əsas, 84.82 AZN faiz, cəmi 333.04 AZN borcun və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, İddiaçı ASC-ti ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli 158GTKR8833566AA saylı müqaviləsinə əsasən ona 36 ay müddətnə 26.9 faiz dərəcəsi ilə 2800 AZN məbləğində, xx.xx.2019-cu il tarixli **********01944158 saylı kredit xətti müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 25% dərəcəsi ilə 300 AZN məbləğində kredit verilmişdir. Onun maddi imkanı olmadığı üçün krediti vaxtlıvaxtında ödəyə bilməmişdir. O, iddianı qəbul edir. Banka olan borcunu hissə-hissə ödəməyə etiraz etmir. Məhkəmə cavabdehi dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli 158GTKR8833566AA saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətnə 26.9 faiz dərəcəsi ilə 2800 AZN məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli **********01944158 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə illik 25% dərəcəsi ilə 300 AZN məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən isə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1. və 445.2.2. maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 425.1. maddəsinə göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığının tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli 158GTKR8833566AA saylı kredit müqaviləsinə əsasən 2477.70 AZN əsas, 611.85 AZN faiz, cəmi 3089.55 AZN məbləğində borc, xx.xx.2019-cu il tarixli **********01944158 saylı kredit xətti müqaviləsinə əsasən 248.22 AZN əsas, 84.82 AZN faiz, cəmi 333.04 AZN borc və ödənilmiş 30 AZN dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 158GTKR8833566AA saylı kredit müqaviləsinə əsasən 2477.70 AZN əsas, 611.85 AZN faiz, cəmi 3089.55 AZN məbləğində borc, xx.xx.2019-cu il tarixli **********01944158 saylı kredit xətti müqaviləsinə əsasən 248.22 AZN əsas, 84.82 AZN faiz, cəmi 333.04 AZN borc və ödənilmiş 30 AZN dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV
Məhkəmə qərarları › İş №2(031)-554/2020
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-554/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver