Məhkəmə qərarları › İş №2(031)-60/2021

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-60/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-60/2021 21.04.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: «xxxx» MMM QBKT-nın Nümayəndə: X1 Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 qarşı Borc tələbi barədə mülki işə xx xxxxx 2021-ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : «FİNCA Azerbaijan» Məhdud Məsuliyyətli QBKT məhkəmədə iddia qaldıraraq Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 2344.00 AZN, faiz borcu üzrə 497.00 AZN, cərimə borcuna görə 9.90 AZN olmaqla, cəmi 2850.90 AZN məbləğində borcun və 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun «FİNCA Azerbaijan» Məhdud Məsuliyyətli QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «FİNCA Azerbaijan» X2 Bank Kredit Təşkilatının nümayəndəsi X1 məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, iddiaçı «Finca Azərbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********2008 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 29% dərəcəsi olmaqla 24 ay müddətinə 3300 AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 184 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, xx.xx.2015-ci il tarixli **********2008 saylı kredit müqaviləsi xx.xx.2015-ci il tarixli **********2008 saylı sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2396.00 AZN, faiz 0.00 AZN, cərimə 0.00 AZN müəyyən edilmişdir. Beləliklə, xx xxxx 2020-ci il tarixə olan Maliyyə arayışına əsasən xx.xx.2015-ci il tarixli **********2008 saylı kredit müqaviləsi üzrə borcun məbləği 2344.00 AZN əsas, faiz borcu üzrə 497.00 AZN, cərimə borcuna görə 9.90 AZN olmaqla, cəmi 2850.90 AZN təşkil edir. Xahiş edir, Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 2344.00 AZN, faiz borcu üzrə 497.00 AZN, cərimə borcuna görə 9.90 AZN olmaqla, cəmi 2850.90 AZN məbləğində borcun və 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun «FİNCA Azerbaijan» Məhdud Məsuliyyətli QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş xx.xx.2015-ci il tarixli **********2008 saylı kredit müqaviləsindən görünür ki, «FİNCA Azerbaijan» Məhdud Məsuliyyətli QBKT ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 29% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3.300 AZN məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2015-ci il tarixli **********625-526756 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. İş materiallarında olan xx xxxx 2020-ci il tarixinə olan Maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə borc məbləği 2344.00 AZN əsas, faiz borcu üzrə 497.00 AZN, cərimə borcuna görə 9.90 AZN olmaqla, cəmi 2850.90 AZN təşkil edir. İşə əlavə edilmiş X3 tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli 9/5878 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayış məlumatları, LN1020-Kredit hesabı haqda məlumatdan və xx.xx.2015-ci il tarixdə bağlanmış **********2008 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 iddiaçı «FİNCA Azerbaijan» Məhdud Məsuliyyətli QBKT-yə iddiia tələbinin xx.xx.2020-ci il tarixinə olan borcu aşağıdakı kimi müəyyən edilir6 xx.xx.2020-ci il tarixə borcu 2841.00 manat,-əsas borc üzrə – 2344.00 manat, faiz borcu üzrə – 497,00 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmununu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsində qeyd olunur ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmış, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 2344.00 AZN, faiz borcu üzrə 497.00 AZN, cərimə borcuna görə 9.90 AZN olmaqla, cəmi 2850.90 AZN məbləğində borc və 30 AZN məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı «Finca Azərbaijan» MM QBKT-nın xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 2344.00 AZN, faiz borcu üzrə 497.00 AZN, cərimə borcuna görə 9.90 AZN olmaqla, cəmi 2850.90 AZN məbləğində borc və 30 AZN məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı «Finca Azərbaijan» MM QBKT-nın xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 (bir yüz) manat ekspertiza xərci müştərək qaydada tutularaq kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar