Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-604/2020 17.08.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Çingiz Əmir oğlu İsgəndərov, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə, Şabran şəhərində, məhkəmənin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X5 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 49 manat 93 qəpik ziyan pulunun alınıb X5 X2 Bank Şabran filialındakı AZ95İBAZ******************** №-li hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, cavabdeh Məmmədov X1 qanunsuz olaraq quru odun kəsdiyinə görə müəssisənin əməkdaşları tərəfindən saxlanılmışdır. Bununla da Cavabdeh tərəfindən Azərbaycan Respublikası Meşə Məcəlləsinin 63-cü maddəsinin tələblərini pozmuşdur. Bu məcəllənin 78-ci maddəsinə uyğun olaraq meşələrin istifadəsi, qorunması və bərpası barədə mübahisələr məhkəmə qaydasında həll edilir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1995-ci il tarixli 43 saylı qərarına əsasən «Azərbmeşə» X4 iclasının xx xxxxxx 1996-cı il tarixli 39 saylı qərarı ilə təsdiq edilmiş meşə qanunvericiliyinin pozulmasına görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında təlimatın a) bəndini pozduğuna görə xx xxxxxx 2019-cu il tarixdə akt tərtib edilmişdir. Bu akta əsasən ona=49.93=manat məbləğində ziyan hesablanmışdır. Yuxarıda qeyd edilən müvafiq təlimatın 5.1.19-cu maddəsinə uyğun olaraq tələb olunan ziyanın könüllü ödənilməsinə görə vaxt verilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh bu günə kimi tələb olunan ziyanı ödəməmişdir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci və 284-5.2ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə, habelə cavabdehin həmin bildirişi xx xxxx 2020-ci il tarixdə poçt xəbərnaməsinə şəxsən imza etməklə qəbul etməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi cavabdeh Məmmədov X1 qanunsuz olaraq quru odun kəsdiyinə görə müəssisənin əməkdaşları tərəfindən saxlanılmışdır. Bununla da Cavabdeh tərəfindən Azərbaycan Respublikası Meşə Məcəlləsinin 63-cü maddəsinin tələblərini pozmuşdur. Bu məcəllənin 78-ci maddəsinə uyğun olaraq meşələrin istifadəsi, qorunması və bərpası barədə mübahisələr məhkəmə qaydasında həll edilir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1995-ci il tarixli 43 saylı qərarına əsasən «Azərbmeşə» X4 iclasının xx xxxxxx 1996-cı il tarixli 39 saylı qərarı ilə təsdiq edilmiş meşə qanunvericiliyinin pozulmasına görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında təlimatın a) bəndini pozduğuna görə xx xxxxxx 2019-cu il tarixdə akt tərtib edilmişdir. Bu akta əsasən ona=49.93=manat məbləğində ziyan hesablanmışdır. Yuxarıda qeyd edilən müvafiq təlimatın 5.1.19-cu maddəsinə uyğun olaraq tələb olunan ziyanın könüllü ödənilməsinə görə vaxt verilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh bu günə kimi tələb olunan ziyanı ödəməmişdir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 78-ci maddəsinə əsasən meşələrin istifadəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmununu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə il əvə müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Bu Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 49 manat 93 qəpik ziyan pul alınıb X5 X2 Bankın Şabran filialındakı AZ95İBAZ******************** №-li hesabına ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 49 manat 93 qəpik ziyan pul alınıb X5 X2 Bankın Şabran filialındakı AZ95İBAZ******************** №-li hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-604/2020
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-604/2020
17.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver