Məhkəmə qərarları › İş №2(031)-610/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-610/2023

22.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-610/2023 22.09.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X8 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı zəbt olunmuş yol, gediş-gəliş yolunun açılması, ümumi yoldan istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı zəbt olunmuş yol, gediş-gəliş yolunun açılması, ümumi yoldan istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə 19 iyun 2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə müraciət edərək, qonşusu Cavabdeh onun evinə gedən yolların zəbt etdiyi hissələrindən çıxarılaraq özbaşına, qanunsuz çəpərlədiyi hissələr öz hesabına sökdürərək ona məxsus JN-005F KOD 30405028 nömrəli Şəhadətnamə sənədi üzrə təsbit edilmiş sərhədləri çərçivəsinə qaytarılmasını və məhkəmədə işə baxması üçün ödədiyi rüsumun cavabdehdən alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilmiş iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şabran rayonunun Dağbilici kəndində İddiaçı ailəsinə məxsus Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz rayonu ərazi idarəsi tərəfindən ********** nömrəsi ilə qeydiyyata alınmış reyestr nömrəsi **********19 olan Çıxarış mərhum anası X2 adına 28 oktyabr 2008-ci ildə rəsmiləşdirilmişdir. İddiaçı hal-hazırda həmin evdə qeydiyyatdadır. Evinə getmək üçün, qonşu Cavabdeh məxsus JN-005F-nömrəli Şəhadətnamə üzrə qeydiyyata alınmış KOD 30405028 həyətyanı sahənin yanından keçməli olur. Gediş-gəliş üçün evinə bir yol var. Həmin yol Cavabdeh həyətyanı sahəsinə bitişikdir. Ailə üzvləri və o, evinə gedib-gələrkən çətinlik çəkirlər. Belə ki yolların bir hissəsinin qonşu Cavabdeh tərəfindən özbaşına olaraq zəbt etmiş, çəpərləmiş, müxtəlif kollar və ağaclar əkərək öz həyətyanı sahəsinə qataraq ərazisini genişləndirmişdir. Özbaşına zəbt prosesi uzun illərdi davam edir. İddiaçı Cavabdeh bu barədə iradını müxtəlif vaxtlarda bildirsə də Cavabdeh buna məhəl qoymayıb, əksinə qanunsuz olaraq ümumi istifadə yollarının bir hissəsi üzərində zəbt prosesini ört-basdır etmək üçün yaşıllıq zolağı yaradıb. Şabran Rayon Məhkəməsində aparılmış digər mülki iş üzrə Şabran Rayon Məhkəməsinin çıxardığı 2(031)-241/2020 nömrəli qərardadında mütəxəssis rəyi tələbi qoyulmuş və 18 noyabr 2020-ci il tarixində C-93 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindəndə tam şəkildə məlum olur ki Cavabdeh ona məxsus JN-005F saylı Şəhadətnaməyə uyğun olaraq mülkiyyətində olan torpaq sahəsi 26 (iyirmi altı) sot yox daha artıqdır. İddiaçı bu halları nəzərə alaraq xahiş edir ki, Cavabdeh onun evinə gedən yolların zəbt etdiyi hissələrindən çıxarılaraq özbaşına, qanunsuz çəpərlədiyi hissələr öz hesabına sökdürərək ona məxsus JN-005F KOD 30405028 nömrəli Şəhadətnamə sənədi üzrə təsbit edilmiş sərhədləri çərçivəsinə qaytarılması və məhkəməndə işə baxması üçün ödədiyi rüsumun cavabdehdən alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılsın. Cavabdeh 2(031)-610/2023 nömrəli mülki iş üzrə etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində göstərdikləri yalandır. Belə ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 27 fevral 1998ci il tarixli 02 saylı qərarı ilə onun və ailə üzlərinin ümumi birgə mülkiyyətinə qanuni istifadələrində olmuş Şabran rayonu Dağbilici kəndində yerləşən 0.26 hektar torpaq sahəsi verilmişdir. Onların adlarına JN-005F KOD 30405028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsində o, fərdi yaşayış evi də inşa etmişdir. Bundan əlavə onun istifadəsində uzun fillərdir ki, (60 (altmış) ildən çoxdur ki) faktiki mülkiyyətçi hüququ ilə istifadə etdiyi təxminən 04 (dörd) sot əlavə torpaq sahəsi vardır ki, həmin torpaq sahəsi onun qanuni istifadəsindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 (otuz) il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. İddiaçı iddia ərizəsində gediş-gəliş üçün evinə bir yol olduğunu göstərsə də, onun istifadəsində olan yaşayış evinə iki tərəfdən yol vardır. Hər iki yolun fotoşəkilləri etiraz ərizəsinə əlavə edir. Hər iki yol ona məxsus evin (həyətyanı torpaq sahəsinin) yanından keçir. İddiaçı dediyi formada o, heç bir yolu bağlamamış, zəbt etməmişdir. İddiaçı istifadəsində olan yaşayış evinə gediş-gəlişin çətin olduğuna gəldikdə isə göstərir ki, həmin yoldan hal-hazırda da müxtəlif texnikalar, həmçinin kənd təsərrüfatı texnikaları, ağırtonnajlı maşınlar hərəkət edir. Həmin yolun eni 6-7 metr təşkil etməkdədir ki, bu da həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkəti üçün kifayət etməkdədir. Hamı bilir ki, Şabran rayonunun Dağbilici kəndi qədim kənd olduğundan bu kənddə məhəllədaxili yollar müasir kənd yollarına nisbətən dardır. Şabran rayonunun Dağbilici kəndinin bütün küçələri demək olar ki, belədir. Bir sözlə o, gediş-gəliş yolunu tutmamış, zəbt etməmiş, ümumi istifadədə olan yola heç bir maneçilik yaratmamışdır. İş üzrə müvafiq ekspertiza təyin olunaraq bu məsələyə aydınlıq gətirilə bilər. Faktiki istifadəsində olan təxminən 04 (dörd) sot torpaq sahəsi isə 60 (altmış) ildən çoxdur ki, qanuni sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsinin gediş-gəliş yoluna heç bir maneçiliyi yoxdur. Əgər belə bir maneçilik olsa idi, çoxdan onu kənd bələdiyyəsi və s. orqanlar məhkəməyə verərdi. Həmin 04 (dörd) sot torpaq sahəsinin isə İddiaçı heç bir aidiyyəti yoxdur. Yəni, İddiaçı ona qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. İddiaçı iddia ərizəsində qeyd etdiyi ərazidə əkilmiş ağaclar isə bəlkə də yaşca onda böyükdür. Əksinə İddiaçı özü onun həyətyanı torpaq sahəsi ilə həmsərhəd olan torpaq sahəsini müəyyən vaxtlar ərzində genişləndirərək ona məxsus torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. Bunu görə də tərəfindən Şabran Rayon Məhkəməsinə “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətdə olan həyətyanı torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması” tələbi barədə iddia ərizəsi ilə müraciət olunmuş, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidməti tərəfindən verilmiş 20 noyabr 2020-ci il tarixli mütəxəssis rəyi ilə bu hal öz təsdiqini tapmışdır ki, Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-005F KOD 30405028 saylı Şəhadətnaməyə əsasən 0.26 ha torpaq sahəsinin 89 (səksən doqquz) kvadratmetr hissəsi İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini zəbt etməklə onun mülkiyyətlə qorunan hüquqlarını pozmuşdur. Nəticədə Şabran Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(031)-35/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, torpağın mülkiyyətə verilməsinə dair JN-005F KOD 30405028 saylı şəhadətnaməyə əsasən onun mülkiyyətində olan torpaq sahəsindən İddiaçı çıxarılması və torpaq sahəsinin boşaldılması qət edilmişdir. O, əmlakını dəfələrlə öz adına sənədləşdirmək istəsə də, İddiaçı saxta yolla anasının adına aldığı çıxarış bu işini ləngidir. Hal-hazırda İddiaçı saxta yolla aldığı çıxarışın ləğv olunmasına çalışır. Bu barədə məhkəmədə iddia qaldırmaq niyyətindədir. İddiaçı dərdi isə yol dərdi deyil. O, ona təsir göstərməklə onu həmin ərazidən köçməyə məcbur etmək və ona məxsus həyətyanı torpaq sahəsini mənimsəmək istəyir. Bu məqsədlə hasarını dağıdır və öz ərazisini onun ərazisi hesabına genişləndirir. Xahiş edir, İddiaçı “zəbt olunmuş yol, gediş-gəliş yolunun açılması, ümumi yoldan istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələblərinə dair iddiasının əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılsın. İddiaçı "22" avqust 2023-cü il tarixdə Cavabdeh iddia ərizəsinə münasibəti Şabran Rayon Məhkəməsinə təqdim etmişdir. İddiaçı həmin iddia ərizəsinə münasibətdə göstərmişdir ki, cavabdehin etirazını diqqətlə oxuyub və münasibət bildirmək istəyib. Beləliklə cavabdeh etirazında söz xatirənə bir sıra əsassız və sübutsuz günahlandırma kompaniyasına başlayaraq özünün də Şabran rayonunun Dağbilici kənd bələdiyyəsində işləyən oğlu X3 bir sıra qanunsuz əməllərinə don geyindirməyə cəhd edir. Yaxın vaxtlarda Şabran rayonunun Dağbilici kənd bələdiyyəsində prokurorluq orqanlarinın yoxlamaları başlayacaq və inanır ki, cavabdeh və onun oğlu barəsində layiqli ölçü götürüləcək. Cavabdeh etirazında bildirmişdir ki, Şabran rayonunun Dağbilici kəndi ərazisində ailələrinə məxsus Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayonu ərazi idarəsi tərəfindən ********** nömrəsi ilə qeydiyyata alınmış reyestr nömrəsi **********19 olan Çıxarış İddiaçı mərhum anası X2 adına "28" oktyabr 2008-ci ildə rəsmiləşdirilmiş evinə bir yox iki yol gedir. Bəli duz qeyd edilir ki bır yox, iki yol gedir. Lakin qonşusu Cavabdeh həmin yolun da bır hissəsini öz həyətyanı sahəsinə birləşdirmişdir və ərazisini genişləndirməyə davam etmişdir. İddia ərizəsində bır yol göstərməyinin əsas səbəbi odur ki, o, və ailəsi evilərinə gedib-gələrkən xüsusilə bir yoldan istifadə edirlər. Halhazırda o, hər iki yolun açılmasını cavabdehdən tələb edir. Şabran Rayon Məhkəməsinin çıxardığı digər ış üzrə 2(031)-241/2020 nömrəli qərardadında mütəxəssis rəyi tələbi qoyulmuş və 18 noyabr 2020-ci il tarixində C-93 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin ekspert rəyi qonşusu Cavabdeh ilə ortaq çəpərimiz olan hissəsində verdiyi rəy ilə razılaşmasa da, qalan digər sərhədləri tam reallığı əks etdirdiyi açıq aşkar özünü göstərməkdədir, Belə ki, Cavabdeh JN-005F KOD 30405028 üzrə verilmiş şəhadətnamədə ona aid 0,26 hektar göstərilsə də, o, hal-hazırda hər iki yol istiqamətində 3,5-4 metr çəpərini genişlədirmiş və nəhayətində yollan kifayət qədər dara İtmiş və həmin yollar ilə gediş gəlişə çətinlik yaratmışdır. Cavabdeh öz etirazında bunu faktiki boynuna alaraq 0.26 hektar ərazidən əlavə 04 (dörd) sot ərazini öz həyətyanı sahəsinə qatılmasını etiraf etmişdir. 04 (dörd) sot torpağı zəbt etməsini etməsini onunla əsaslandırmışdır kı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Cavabdeh iddia edir ki, o zəbt etdiyi torpaqlara artıq 60 (altmış) ildən artıqdır ki qanuni əsaslarla sahiblik edir və adı çəkilən məcəllədə göstərildiyi kimi artıq 30 (otuz) illik müddət ötürülmüş və Cavabdeh zəbt etdiyi 04 (dörd) sot torpaqların qanuni mülkiyyətçisinə çevrilmişdir. Yaxşı əgər o həqiqətəndə 60 (altmış) ildən yuxarı bu 04 (dörd) sot yol torpağına sahiblik edirsə onda niyə Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 27 fevral 1998-ci ıl tarixli, 02 saylı qərarı ilə JN-005F KOD 30405028 şəhadətnaməsində cəmi 0,26 hektar torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir? Əgər həqiqətən cavabdehin dediyi kımı 60 (altmış) ildən artıq istifadəsində olsaydı Dəvəçi rayon X5 Cavabdeh 0.26 hektar deyil, 0.30 hektar torpağı onun mülkiyyətinə verərdi. 1998-ci ildən cəmi 25 ıl ötüb və hal-hazırda 2023-cu ildir. Hətta 1998cı ildən hazırki günədək zəbt etmiş olsaydı da, o, yenə öz etirazını bildirir və bu hal ilə heç cür razılaşmır. Halbuki bu zəbt prosesi onun son illər ölkə xaricində olmağından istifadə edilməklə başlanılıb. Yolların bır qismini zəbt etdiyi halda hələ üstəlik həyətyanı sahədə dükan açaraq dükana mil gətirən avtomobillərdə onsuzda darlaşan yolu keçilməz vəziyyətə gətirib. Bununla yanaşı onun evimə gedən yolun üstündə bağ tərəfdən öz həyətyanı sahəsinə əlavə yol açaraq kənd təsərrüfatı texnikası üçün parklanma duzəldərək yenədə yolu bır daha keçilməz hala gətirib. Hər cür hədsiz təsir etməyə çalışaraq ümumi istifadə yollarını zəbt etməyə davam edir. Şabran Rayon Məhkəməsinin 2(031)-35/2021 saylı işlə hal-hazırkı işin predmeti tamamilə ayrıdır. Lakin adı çəkilən işin içində olan C-93 saylı mütəxəssis rəyi hazırki iş üzrə böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı yeni ekspertiza təyin dilə bilər. Yeni ekspertiza təyin ediləcəyi təqdirdə ekspert qarşısında aşağıdakı sualların qoyulması xahiş edilir: 1. Cavabdeh mülkiyyətində olan JN- 005F KOD 30405028 üzrə verilmiş şəhadətnamədə göstərilmiş 0.26 ha torpaq sahəsindən kənara çıxma mövcuddurmu? 2. Əgər kənara çıxma mövcuddursa JN-005F KOD 30405028 şəhadətnaməsi üzrə dövlət kadastrında göstərilmiş sərhədlərdən hansı istiqamətdə və konkret olaraq nə qədər sahə kənara çıxma olmuş və nəhayətində Cavabdeh nə qədər torpaq zəbt etmişdir? Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və cavabdehin iddia ərizəsinə etirazına münasibətin məzmununa uyğun izahat verərək iddia ərizəsini müdafiə etmiş və məhkəmədən iddia tələbin tam şəkildə təmin edilməsi, Cavabdeh onun evinə gedən yolların zəbt etdiyi hissələrindən çıxarılaraq özbaşına, qanunsuz çəpərlədiyi hissələr öz hesabına sökdürərək ona məxsus JN-005F KOD 30405028 nömrəli Şəhadətnamə sənədi üzrə təsbit edilmiş sərhədləri çərçivəsinə qaytarılması və məhkəmənin işə baxması üçün ödədiyi rüsumun cavabdehdən alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134, 135, 138 və 139-cu maddələrində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Buna baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Lakin Cavabdeh 23 avqust 2023-cü il tarixli, reyestrdə 7E-41598 nömrəsi ilə qeyd edilmiş etibarnamə əsasında nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirakını təmin etmişdir. Bu səbəbdən də məhkəmə işə Cavabdeh iştirakı olmadan və onun nümayəndəsi Nümayəndə iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş "12" fevral 2021-ci il tarixli, reyestrdə 7E-381 nömrəsi ilə qeyd edilmiş etibarnamədən görünür ki, iş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 74-cü maddəsində nəzərdə tutulmuş nümayəndənin səlahiyyətlərini həyata keçirməsini etibar etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Cavabdeh etibarnamə əsasında nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş etiraz ərizəsini müdafiə etdiyini göstərmiş və əlavə olaraq bildirmişdir ki, iddia tam əsassızdır, yalandır. İddiaçının ata evinə gedən yolun eni 05 (beş) metrdən artıqdır, bu barədə şəkillər də çəkib məhkəməyə təqdim edir. Ona görə də, iddianın əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyərək və 2(031)-610/2023 nömrəli mülki işdə olan sənədləri araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş yol, gedişgəliş yolunun açılması, ümumi yoldan istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilməlidir. Belə ki, iş materiallarına olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MN seriyalı ******* saylı Çıxarışdan görünür ki, Dəvəçi rayonu, Dağ Bilici kəndində mülkiyyətində olan 0.20 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 27.8 kvm yaşayış, 50.4 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Xaçmaz Rayon Ərazi İdarəsi tərəfindən verilmiş 6457 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, Dəvəçi rayonu, Dağ Bilici kəndində yerləşən fərdi yaşayış evi X2 adına qeydə alınmışdır. - İİ-ЖГ seriyalı, 389453 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxx 1959-cu ildə anadan olmuşdur və X4 onun anasıdır. - Şabran Rayon Məhkəməsinin 2(031)-35/2021 nömrəli mülki işi üzrə 17 fevral 2021-ci il tarixdə qəbul edilmiş qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən mülkiyyətdə olan həyətyanı torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması” tələbi barədə iddiası təmin edilmişdir və torpağın mülkiyyətə verilməsinə dair JN-005F KOD 30405028 saylı Şəhadətnaməyə əsasən Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılmalı və torpaq sahəsi boşaldılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ bəndində əsasən hər kəsin mülkiyyət hüququ vardır. 29-cu maddəsinin İİİ bəndində əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 256.1-ci maddəsinə əsasən servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinin 5-ci hissəsinə əsasən rayon (şəhər) daxilində yaşayış məntəqələrinin hüdudlarının müəyyən edilməsinə dair mübahisələrə müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə tərəfindən baxılır. Tərəflər onların qərarı ilə razı olmadıqda, yuxarı dövlət orqanlarına və ya məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarından da göründüyü kimi, hazırkı iş üzrə ilk növbədə iddiaçının iddia ilə çıxış etmək üçün subyektiv hüquqa malik olub-olmamasının müəyyən edilməsi vacib əhəmiyyətə malikdir. Belə ki, Azərbaycana Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsindən irəli gələrək məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Hazırki mülki işin hallarında isə görünür ki, İddiaçı mərhum anası X2 mülkiyyətində olan torpaq sahəsinə gedən yolların müəyyən hissəsinin iş üzrə Cavabdeh tərəfindən zəbt edildiyini iddia edir və mərhum X1 miras qalmış torpaq sahəsi hal-hazırda onun mülkiyyətində deyil və o, sözü gedən torpaq sahəsini miras olaraq qəbul etməmiş, torpağı öz adına rəsmiləşdirməmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə İddiaçı mərhum anası X2 mülkiyyətində olan torpaq sahəsinə gedən yolların müəyyən hissəsinin iş üzrə Cavabdeh tərəfindən zəbt edildiyini iddia etdiyindən, mərhum X1 miras qalmış torpaq sahəsinin halhazırda onun mülkiyyətində olmadığından, İddiaçı sözü gedən torpaq sahəsini miras olaraq qəbul etmədiyindən və həmin torpaq sahəsini öz adına rəsmiləşdirmədiyindən, hazırki mülki iş üzrə İddiaçı müvafiq subyektiv hüquqa malik deyildir və bu səbəbdən də onun Cavabdeh qarşı zəbt olunmuş yol, gediş-gəliş yolunun açılması, ümumi yoldan istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360 maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş yol, gediş-gəliş yolunun açılması, ümumi yoldan istifadəyə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar