Məhkəmə qərarları › İş №2(031)-662/2020

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-662/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-662/2020 14.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: X3 Təşkilatı «xxxxxxxx» MMC-nin CAVABDEHLƏR: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı Kreditin ödənilməsi tələbi barədə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Təşkilatı «xxxxxxxx» MMC məhkəmədə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borcu üzrə 2620.62 manat, faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 0.00 manat olmaqla ümumilikdə 2620.62 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin X3 Təşkilatı «xxxxxxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X3 Təşkilatı «xxxxxxxx» MMC-nin nümayəndəsi ərizə ilə müraciət edərək onların iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. X1 Kredit Təşkilatı «xxxxxxxx» MMC iddiasını onunla əsaslandırmışdır ki, X3 Təşkilatı «X2» MMC-nin Şabran filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə xx xxxxxx 2020ci il tarixə qədər illik 0% dərəcəsini tətbiq etməklə 5934.72 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.3-cü maddəsinə görə kredit faktiki içtifadə edilmiş məbləğində hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu süqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə dg Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kreditin faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənuənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor BOKT «xxxxxxxx» MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclular Cavabdeh2 və Cavabdeh3 arasında xx xxxxxx 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 və Cavabdeh3 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdürlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx xxxx 2020-ci il tarixli arayışa əsasən BOKT «xxxxxxxx» MMC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 2620.62 manat, faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 0.00 manat olmaqla ümumilikdə 2620.62 manat təşkil edir. Xahiş edir, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borcu üzrə 2620.62 manat, faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 0.00 manat olmaqla ümumilikdə 2620.62 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin X3 Təşkilatı «xxxxxxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarasınız. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş X3 Təşkilatı «xxxxxxxx» MMC-nin Şabran filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı Kredit Müqaviləsindən görünür ki, Cavabdeh1 48 ay müddətinə xx xxxxxx 2020-ci il tarixə qədər illik 0% dərəcəsini tətbiq etməklə 5934.72 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş xx xxxxxxx 2016-cı il tarixli LD/16306/00106 sylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2, Cavabdeh3 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdürlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmununu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsində qeyd olunur ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Ona görə də məhkəmə təqdim olunan sübutları və işin hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2620.62 manat, faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 0.00 manat olmaqla ümumilikdə 2620.62 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaiti X3 Təşkilatı «xxxxxxxx» MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2620.62 manat, faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 0.00 manat olmaqla ümumilikdə 2620.62 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaiti X3 Təşkilatı «xxxxxxxx» MMC-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar