Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-667/2020 03.11.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: X5 Təşkilatı «xxxxxxxx» MMC-nin NÜMAYƏNDƏ: X1 CAVABDEHLƏR: Cavabdeh1 və Cavabdeh2 qarşı Kreditin ödənilməsi tələbi barədə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 Təşkilatı «xxxxxxxx» MMC məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borcu üzrə 2689.66 manat, faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 0.00 manat olmaqla ümumilikdə 2689.66 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin X5 Təşkilatı «xxxxxxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X3 Kredit Təşkilatı «xxxxxxxx» MMC-nin nümayəndəsi X1 məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, X5 Təşkilatı «X4» MMC-nin Şabran filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə xx xxxxxx 2021-ci il tarixə qədər aylıq qalıq borcun 0% dərəcəsini tətbiq etməklə 6255.65 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.3-cü maddəsinə görə kredit faktiki içtifadə edilmiş məbləğində hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu süqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kreditin faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənuənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor BOKT «xxxxxxxx» MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında xx xxxxxx 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 xx xxxx 2020-ci il tarixli arayışa əsasən BOKT «xxxxxxxx» MMC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 2689.66 manat, faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 0.00 manat olmaqla ümumilikdə 2689.66 manat təşkil edir. Xahiş edir, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borcu üzrə 2689.66 manat, faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 0.00 manat olmaqla ümumilikdə 2689.66 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin X5 Təşkilatı «xxxxxxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarasınız. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, X5 Təşkilatı «X4» MMC-nin Şabran filialı ilə onun arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə xx xxxxxx 2021-ci il tarixə qədər aylıq qalıq borcun 0% dərəcəsini tətbiq etməklə 6255.65 manat məbləğində kredit verilmişdir. Onun maddi imkanı zəif olduğuna görə banka olan borcunu ödəyə bilməmişdir. O, iddianı qəbul edir. Banka olan borcunu hissə-hissə ödəməyi öhdəsinə götürür. İş üzrə ekspertiza təyin edilməsinə ehtiyac yoxdur. Cavabdeh2 məhkəmə iclasında Cavabdeh1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş X5 Təşkilatı «X4» MMC-nin Şabran filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı Kredit Müqaviləsindən görünür ki, Cavabdeh1 48 ay müddətinə xx xxxxxx 2021-ci il tarixə qədər aylıq qalıq borcun 0% dərəcəsini tətbiq etməklə 6255.65 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli LD/1710/00010 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş xx xxxx 2020-ci il tarixli 1639 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 kredit borcunun ödənilməsi barədə X5 Təşkilatı «X4» MMC tərəfindən xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmununu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsində qeyd olunur ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Ona görə də məhkəmə təqdim olunan sübutları və işin hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borcu üzrə 2689.66 manat, faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 0.00 manat olmaqla ümumilikdə 2689.66 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaiti X5 Təşkilatı «xxxxxxxx» MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borcu üzrə 2689.66 manat, faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 0.00 manat olmaqla ümumilikdə 2689.66 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaiti X5 Təşkilatı «xxxxxxxx» MMC-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. H A K İ M: ÇİNGİZ İSGƏNDƏROV.
Məhkəmə qərarları › İş №2(031)-667/2020
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-667/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver