Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-67/2021 01.03.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı QSC-nin Cavabdehlər: Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 oğluna qarşı «Kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə Şabran şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 oğlundan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 11R000006143 saylı kredit razılaşması üzrə 5173.53 ABŞ Dolları məbləğində kredit borcu, 4948.43 ABŞ dolları məbləğində faiz borcu və 2416.68 ABş Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12538.64 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Dəvəçi şəhəri, Sabir küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 75.0 kvm yaşayış, 125.4 kvm köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması, 12538.64 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğində Cavabdeh1, Cavabdeh4 ümumi qaydada tutulması, Dəvəçi şəhəri, Sabir küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 75.0 kvm yaşayış, 125.4 kvm köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsinə, onların həmin fərdi yaşayış evindən çıxarılmasına, həmin fərdi yaşayış evinin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2011 -ci il tarixli 11L000000829 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 11R000006143 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 11R000006143S saylı, xx.xx.2015-ci il tarixli 11R000006143SA saylı, xx.xx.2016-cı il tarixli 11R000006143SB saylı, xx.xx.2016-cı il tarixli 11R000006143SC saylı, xx.xx.2017-ci il tarixli 11R000006143SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 14826.47 ABŞ Dolları ödəmiş, onun 5173.53 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 833 gün üçün hesablanmış faiz borcu 4948.43 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 833 gün üçün hesablanmış cərimə 2416.68 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh4 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh ipoteka verən Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 11M000000302 saylıipoteka müqaviləsi (Şabran rayon dövlət notariat kontorunun dövlət notariusu S.Y.Həbibbəyli tərəfindən təsdiq edilib) əsasında Dəvəçi şəhəri, Sabir küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 75.0 kv.m yaşayış, 125.4 kv.m köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən 2 №-li reyestr kitabının 82 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla Dəvəçi şəhəri, Sabir küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 75.0 kv.m yaşayış, 125.4 kv.m köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evi Cavabdeh1nın kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh - ipoteka verən Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2018-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və xx.xx.2018-ci il tarixində ipoteka verən tərəfindən qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2018ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Xahiş edir, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 oğlundan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 11R000006143 saylı kredit razılaşması üzrə 5173.53 ABŞ Dolları məbləğində kredit borcu, 4948.43 ABŞ dolları məbləğində faiz borcu və 2416.68 ABş Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 12538.64 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Dəvəçi şəhəri, Sabir küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 75.0 kvm yaşayış, 125.4 kvm köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması, 12538.64 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğində Cavabdeh1, Cavabdeh4 ümumi qaydada tutulması, Dəvəçi şəhəri, Sabir küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 75.0 kvm yaşayış, 125.4 kvm köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsinə, onların həmin fərdi yaşayış evindən çıxarılmasına, həmin fərdi yaşayış evinin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh1 teleqramla müraciət edərək onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 oğlu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş xx.xx.2011-ci il tarixli 11L000000829 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşə əlavə edilmiş xx.xx.2013-cü il tarixli 11R000006143 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. İşə əlavə edilmiş xx xxxxxxxx 2013-cü il tarixli 11S000005442 saylı zaminlik müqaviləsindən görünür ki, «Borclu» Cavabdeh1 təşkilat qarşısında öz öhdəliklərini yerinə yetirənədək «Zamin» Cavabdeh4 birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2013-cü il tarixli 11M000000302 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətdə olan 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 75.0 kvm yaşayış, 125.4 kvm köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2021ci il tarixli 9/4667 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 10 sentyabr2013-cü il tarixli 11L000000829 nömrəli kredit razılaşmasının eləcə də əlavə sazişlərin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixədək (müqavilənin bitmə tarixi) banka olan borcu 7844,60 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2020-ci il tarixə: əsas borc üzrə-3290,00 USD, faiz borcu üzrə 4554,60 USD. İş materiallarından göründüyü kimi Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli 11L000000829 №-li kredit razılaşması üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablanmamışdır. Buna görə də hazırki tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən «Öhdəliyin icra edilməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2. maddəsinə əsasən borclu öz öhdəliklərini hər bir təqsirli pozuntusu hərəkət və hərəkətsizlik üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 279-cu maddəsinə əsasən müvafiq olaraq girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi və s. Xərcləri daxildir. «İpoteka haqqında» Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 88 maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 472.2-ci maddəsində isə qeyd edilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsində zaminin məsuliyyəti, kreditorun tələblərinə qarşı zaminin etiraz hüququ və zaminliyə xitam verilməsinin əsasları göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: -477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; -477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; -477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; -477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı QSC ipoteka pretmetinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması barədə qətnamə çıxarılmasını da xahiş etmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. Bu Qanunun 59.4-cü maddəsinə görə isə bu Qanununun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipotekaya qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. Hüquqi müəyyənlik prinsipinə xüsusi əhəmiyyət verən X3 Məhkəməsi «Brimeresku Rumıniyaya» qarşı işdə qeyd etmişdir ki, hüququn aliliyinin fundamental aspektlərindən biri hüququn müəyyənliyi prinsispidir, hansıki digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən iş üzrə yekun qərar qəbul olunarkən bu qərar şübhə altına qoyulmasın. Bu prinsipdən uzaqlaşma yalnız o halda mümkündür ki, ədalət mühakiməsinin səhvlərinin və boşluqlarının aradan qaldırılması üçün mühüm və qeyri-müəyyən halların mövcudluğu olsun. (Avropa Məhkəməsinin «X2» qarşı, «X1» qarşı işlər üzrə qərarları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.3. maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edir. Həmin Məcəllənin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən təqdim edilmiş sübutlar araşdırılmış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilmiş, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmış və qiymətləndirilmişdir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 oğlundan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 11R000006143 saylı kredit razılaşması üzrə 3290,00 ABŞ Dolları məbləğində əsas kredit borcu, 4554,60 ABŞ dolları məbləğində faiz borcu və 56,68 ABş Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7901,28 ABŞ dolları məbləğində borc (milli manat ekvivalentində), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, , ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulmalı, Dəvəçi şəhəri, Sabir küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 75.0 kvm yaşayış, 125.4 kvm köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evi açıq hərracdan satılmalı, 7901,28 ABŞ dolları məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh4 ümumi qaydada tutulmalı, Dəvəçi şəhəri, Sabir küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 75.0 kvm yaşayış, 125.4 kvm köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilməli, onlar həmin fərdi yaşayış evindən çıxarılmalı, həmin fərdi yaşayış evi boşaldılmalı və alıcıya təhvil verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 oğlundan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 11R000006143 saylı kredit razılaşması üzrə 3290,00 ABŞ Dolları məbləğində əsas kredit borcu, 4554,60 ABŞ dolları məbləğində faiz borcu və 56,68 ABş Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7901,28 ABŞ dolları məbləğində borc (milli manat ekvivalentində), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulsun. Dəvəçi şəhəri, Sabir küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 75.0 kvm yaşayış, 125.4 kvm köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evi açıq hərracdan satılsın, 7901,28 ABŞ dolları məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilsin, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh4 ümumi qaydada tutulsun. Dəvəçi şəhəri, Sabir küçəsində mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 75.0 kvm yaşayış, 125.4 kvm köməkçi sahədən ibarət 29 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 həmin fərdi yaşayış evinə istifadə hüquqları itirilsin, onlar həmin fərdi yaşayış evindən çıxarılsın, həmin fərdi yaşayış evi boşaldılsın və alıcıya təhvil verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3və Cavabdeh2 oğlundan 100 (bir yüz) manat ekspertiza xərci müştərək qaydada tutularaq kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK STREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İəgəndərov.
Məhkəmə qərarları › İş №2(031)-67/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-67/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver