Məhkəmə qərarları › İş №2(031)-67/2023

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-67/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-67/2023 16.01.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı Pul tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 3400 ABŞ dollarının ödəniş günü manat məzənnəsi ilə, 4000 manat əsas borcun və ödənilmiş 120 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı teleqramla məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ilə yaxın münasibətləri olub. Belə ki, cavabdeh bacısının qonşuluğunda yaşayır. Cavabdeh müxtəlif vaxtlarda maddi vəziyyətinin pis olması səbəbindən ondan borc pul alıb. Belə ki, Cavabdeh 11 mart 2020-ci il tarixdə ondan 1200 ABŞ dolları, 16 may 2020-ci il tarixdə 1200 ABŞ dolları. 13 aprel 2021-ci il tarixdə 1000 ABŞ dolları, 09 oktyabr 2021-ci il tarixdə 4000 manat olmaqla, cəmi 3400 ABŞ dolları və 4000 manat borc pul alıb. Lakin, aldığı pulu qaytarmaqdan imtina edib. Bu barədə dəfələrlə ona müraciət edərək aldığı pulları qaytarmasını xahiş etmişdir. Lakin Cavabdeh hər dəfə maddi imkanının zəif olmasını ona bildirərək ondan vaxt istəmişdir. Sonuncu dəfə iddiaçıya hüquqi xidmət göstərən "xxxx" MMC tərəfindən cavabdehə yazılı xəbərdarlıq (pretenziya) edilib. Lakin, cavabdeh borcunu ödəməkdən yenə də imtina edib. Cavabdeh 3400 ABŞ dollarının ödəniş günü manat məzənnəsi ilə, 4000 manat əsas borcun, ödənilmiş 120 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İşin faktiki hallarından və iş üzrə toplanmış sübutlardan göründüyü kimi Cavabdeh ondan 3400 ABŞ dolları və 4000 manat borc pul alıb. Sonuncu dəfə pul alarkən həmin pulu hər ayın 20-i 300 manat olmaqla qaytarmağı öhdəsinə götürsə də, yenə də aldığı pulu qaytarmaqdan imtina etmişdir. Pretenziya ərizəsi ilə müraciət edərək həmin pulun 5 gün müddətində ödənilməsini, əks halda məhkəməyə müraciət ediləcəyini və məhkəmə xərclərinin də, cavabdehdən tutulacağını nəzərinə çatdırsa da bir nəticə əldə edilməmişdir. Xahiş edir, Cavabdeh 3400 ABŞ dollarının ödəniş günü manat məzənnəsi ilə, 4000 manat əsas borcun və ödənilmiş 120 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək göstərmişdir ki, İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xahişi əsasında əlaqə ünvanına göndərilən və xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə əldə etdiyi iddia ərizəsindən və ona əlavə olunmuş 4 ədəd əlyazma qəbzindən ona məlum olmuşdur ki, İddiaçı 3400 ABŞ dolları və 4000 manat məbləğində pulun ondan tutulub ona verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, güya ki, ondan xx.xx.2020-cil il tarixdə 1200 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 1200 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 1000 ABŞ dolları və xx.xx.2021-ci il tarixdə 4000 manat olmaqla cəmi 3400 ABŞ dolları və 4000 manat pul borc almışdır. İddiaçı diqqətə çatdırır ki, pulun qaytarılmasına dair dəfələrlə ona müraciət etməsinə baxmayaraq, güya ki, maddi imkanının zəif olması səbəbindən ona borcu qaytarmamış və ondan vaxt istəmişdir. Odur ki, məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia tələbi tam əsassız olduğundan rədd edilməlidir. İddiaçı məhkəməyə yalan məlumat təqdim etməklə xeyrinə qətnamə qəbul olunmasına cəhd etmişdir. Belə ki, o, 7-8 ildir ki, Bakı şəhərində yaşayır və iddiaçıdan heç vaxt borc pul almamışdır. Bununla belə məhkəmə sənədlərinə əlavə edilmiş 4 ədəd əlyazma qəbzlərindən məlum olur ki, güya ki, o, iddiaçıdan ayrı-ayrı vaxtlarda iddia ərizəsində qeyd olunan məbləğdə borc pul almışdır. Lakin adıçəkilən qəbzlərə diqqət yetirildikdə məlum olur ki, həmin qəbzlər İddiaçı yox, onun bacısı Səkinə adlı şəxsə verilmişdir. İddiaçı hər 4 qəbzdə "k" hərfini “d" hərfi ilə, "n" hərfini isə “q" hərfi ilə, son nəticədə isə "Səkinə" adını "Sədiqə" adı ilə əvəz etməklə hüquq verən sənədləri saxtalaşdırmaqla ondan pul qoparmaq niyyətində olmuşdur. Həmin qəbzlərin iddiaçının bacısına verilməsini həm də o səbəbdən ona məlumdur ki, 2021-ci ilin noyabr ayında onun şikayəti əsasında Bakı şəhəri Səbail RPİ-nin 39-cu Polis Bölməsində iddiaçının bacısı Səkinə barəsində araşdırma aparılmışdır. Həmin vaxt Səkinə sözügedən qəbzləri təqdim etməklə onun ondan aldığı və tam olaraq qaytardığı pulu yenidən ondan tələb etmək istəyirdi. Səkinənin onu təhdid etməsi və ondan zorla artıq məbləğdə pul tələb etməsi səbəbindən o kirayədə yaşadığı evin yerləşdiyi ərazi üzrə Səbail RPİ-nin 39-cu PB-nə müraciət etmişdir və Səkinənin ona qarşı olan qanunsuz tələbi barədə məlumat vermişdir. Onda olan məlumata əsasən, təhqiqat aparan şəxs Şabranda yaşayan Səkinəni çağırıb dindirmiş və onun ondan artıq pul tələb etməsi məlum olmuşdur. Odur ki, Səkinədən tələb olunmuşdur ki, bir daha onu narahat etməsin. Və o vaxtdan Səkinə onu narahat etmir. Şabranda yaşayan hər kəsə məlumdur ki, Səkinə və İddiaçı qanunsuz sələmçiliklə, yəni faizə pul verib qazanc əldə etməklə və böyük məbləğdə vergilərdən yayınmaqla məşğul olurlar. Görünür Səkinənin ondan ala bilmədiyi əsassız və şişirdilmiş faiz pulları əlbir olan bacılar bu formada - hüquq verən sənədləri saxtalaşdırmaqla əldə etmək niyyətində olmuşlar. Bu niyyətlərini həyata keçrimək üçün İddiaçı adına saxtalaşdırılmış qəbzlərdən hazırkı mülki işdə istifadə olunmasına iddiaçı tərəfindən cəhd edilmişdir. Saxtalaşdırılmış, iddia ərizəsinə əlavə edilmiş və iddia tələbinin əsası kimi təqdim olunmuş qəbzləri qəti sürətdə rədd edir! O, İddiaçı heç vaxt borc pul almamışdır. Məhkəmənin diqqətinə onu da çatdırmaq istəyir ki, o, Bakı şəhərində kirayədə yaşayır, şəhərin mənzil istismar sahələrinin birində fəhlə işləyir. Çətin və əziyyətli əməyi hesabına ailəsini bir təhər dolandırır. Saxtakarlıq və sələmçiliklə məşğul olan şəxsə ödəyəcək artıq pulu yoxdur. Qeyd olunanlar ona o nəticəyə gəlməvə əsas verir ki, İddiaçı iddia tələbi tam olaraq əsasızdır, çünki o, ondan heç vaxt borc pul almamışdır. İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini və eyni zamanda, iddiaçının və digər şəxslərin əməllərində cinayətin əlamətləri olduğundan prokurora xəbər verilməsi üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş Azərbycan Respublikası Din-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı Zəngilan rayonu Tiri kəndində, Cavabdeh Şabran rayonu, Çolquşçu kəndində qeydiyyatdadılar. İşə əlavə edilmiş Femida Hüquq və Konsaltinq Şirkəti MMC tərəfindən verilmiş 01 sentyabr 2022-ci il tarixli pretenziyadan görünür ki, Səlimova X2 Sədiqa Abbas qızına olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş üzrə Cavabdeh tərəfindən təqdim olunmuş və işə əlavə edilən Səbail RPİ-nin 39cu PB-nin təhqiqatçısı, polis kapitanı Bəxtiyar Məmmədlinin 23 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, vət. Cavabdeh intihara cəhd etməsi barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda Alidə X1 bir neçə dəfə borca pul alıb sonra geri qaytardığı, Alidənin lotereya oyununa qatıldığı, Alidənin Səkinədən faizə pul götürdüyü, sonda Səkinədən aldığı pulu ödəyə bilmədiyi üçün əsəbləşib özünü dənizə atmaq qərarına gəldiyi qeyd edilmişdir. İddiaçı tərəfdən sübut kimi məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş əlyazma qəbzlərinə baxış keçirilərkən müəyyən olundu ki, həmin qəbzlər İddiaçı yox, onun bacısı Səkinə adlı şəxsə verilmişdir. İddiaçı hər 4 qəbzdə «k» hərfini «d» hərfi ilə, «n» hərfini isə «q» hərfi ilə, son nəticədə isə «Səkinə» adı «Sədiqə» adı ilə əvəz etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1. maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Bundan başqa Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Cavabdeh qarşı pul tələbi ilə çıxış edən, sübut etmə yükünü daşıyan İddiaçı öz hüququnun bərpası, güvənli nəticəyə gəlinməsi barədə məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Məhkəmə təqdim olunan sübutları və işin hallarını araşdırıb belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Çingiz İsgəndərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar