Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-68/2022 21.01.2022 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı Pul və dəymiş ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh onun səhlənkarlığı üzündən ona dəymiş qızıl klona görə 1425 (bir min dörd yüz iyirmi beş) manat, qovaq ağacına görə 500 manat məbləğində ziyan pulunun və ödənilən 40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, Cavabdeh ona məxsus torpaq sahəsində işləyən zaman diametri 30 sm olan qovaq ağacını çıxartdığına görə aralarında söz mübahisəsi olmuşdur, mübahisə zamanı əlbəyaxa olduqlarına görə, boynundakı boyunbağı qırıldığı üçün at nalı formasında olan klonu itmişdir. Qüdrətə itmiş qızıl klonun dəyərinin 1425 (bir min dörd yüz iyirmi beş) manat olduğunu və pulu tələb etdikdə o pulu verməyəcəyini bildirmişdir. Bu barədə polis şöbəsinə müraciət etmiş, orada nəticəsi olmamışdır, cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Polisdə araşdırma zamanı qovaq ağacının qiyməti 500 manat müəyyən edilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Xahiş edir, Cavabdeh onun səhlənkarlığı üzündən ona dəymiş qızıl klona görə 1425 (bir min dörd yüz iyirmi beş) manat, qovaq ağacına görə 500 manat məbləğində ziyan pulunun və ödənilən 40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, 15.09.2021-ci il tarixdə saat təxminən 13 radələrində Bəhlulun mağazasına daxil olduğu zaman, Bəhlul onunla kobud rəftar etdiyinə görə aralarında söz mübahisəsi olmuşdur. Bəhlul ondan mağazadan bayıra çıxmasını tələb etmiş, o bayıra çıxdıqdan sonra Bəhlul onun arxasınca gəlmiş, söhbət zamanı onlar bir-birlərinin yaxasından tutmuşlar. Bir az sonra Bəhlul onun yaxasını buraxmış, o, da ayrılaraq yoluna davam etmişdir. O, Bəhlulu nəlayiq ifadələr ilə təhqir edib döyməmişdir. O, Bəhluldan ayrıldıqdan bir saat sonra Bəhlul onun yanına gələrək bildirmişdir ki, boynunda olan boyunbağı qırılaraq yerə düşmüş, həmin boyunbağını tapsa da üzərindəki klonu tapa bilməmişdir. Bəhlul klonun itməyinə görə ondan 1000 manat pul tələb etmişdir. O, Bəhlula boyunbağını qırmadığını və klonunun itməyinə görə ona pul verməyəcəyini bildirmişdir. Bəhlul da ona bu barədə PŞ-nə müraciət edəcəyini demişdir. O, Bəhlula məxsus torpaq sahəsində qredirlə işləyən zaman, həmin torpaq sahəsində qovaq ağacı olmamış və qredirlə ağacı kötüyündən çıxarmamışdır. Bəhlulun torpaq sahəsində qovaq ağacı və ya başqa meyvə və meşə ağacları olmamışdır. Bu səbəbdən də o, iddianı əsassız hesab edir, xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Məhkəmə tərəfləri və şahidi dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirdi ki, İddiaçı tanıyır, Qüdrəti isə tanımır. O, mütəmadi olaraq Bəhlulun mağazasına gəlib-getmişdir. O, Bəhlulun mağazasına pradukt almağa gələrkən görmüşdür ki, Bəhlul oğlu ilə nəsə axtarır. O, Bəhluldan nə axtardığını soruşmuş, o, da seplə klon axtardığını ona demişdir. Həmçinin demişdir ki, kiminləsə əlbəyaxa olarkən seplə klon boynundan qırılaraq düşmüşdür. Onlar birlikdə axtarmağa başlamışlar. O, şebelin altından sepi çıxartıb Bəhlulun özünə vermişdir, klonu isə tapmamışlar. Onların dalaşmasını görməmişdir. Əvvəllər Bəhlulun boynunda sep və üzərində 10 qəpiyə oxşar klonu görmüşdür. Həmçinin barmağında bir ədəd üzük də görmüşdür. İşə əlavə edilmiş Şabran RPŞ-nin TQ-nun təhqiqatçısı, polis kapitanı X1 «cinayət təbinin başlanmasının rədd edilməsi haqqında» 14 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Bundan başqa Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iddiaçı tərəfdən öz iddiasının təmini üçün məhkəməyə təqdim etdiyi şahid F.Nəsirovun məhkəmə iclasında verdiyi ifadəsini güvənli nəticəyə gəlməyə əsas verən sübut kimi qəbul etmir. Eyni zamanda, iddiaçı öz ifadəsində PŞ-də araşdırma zamanı qovaq ağacının 500 manat müəyyən edildiyini göstərsə də, iş materialına əlavə edilmiş Şabran RPŞ-nin TQ-nun təhqiqatçısı, polis kapitanı X1 «cinayət təbinin başlanmasının rədd edilməsi haqqında» 14 oktyabr 2021-ci il tarixli qərarında isə müəyyən olunmuşdur ki, Cavabdeh idarə etdiyi qredil markalı nəqliyyat vasitəsi ilə İddiaçı məxsus torpaq sahəsində qovaq ağacının kötükdən çıxarılması faktı təsdiqini tapmamışdır. Beləliklə, Cavabdeh qarşı ziyan tələbi ilə çıxış edən, sübut etmə yükünü daşıyan İddiaçı məhkəmə iclasında öz hüququnun bərpası, güvənli nəticəyə gəlinməsi barədə sübutlar təqdim edə bilmədi. Məhkəmə təqdim olunan sübutları və işin hallarını araşdırıb belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı ziyan tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı ziyan tələbi barədə iddiası əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-68/2022
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-68/2022
21.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver