Məhkəmə qərarları › İş №2(031)-68/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-68/2024

15.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-68/2024 15.02.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ X12 Hidayət oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi; İddiaçı və Cavabdeh iştirakları ilə, Cavabdeh İddiaçı qarşı “ziyan” tələbinə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Cavabdeh məhkəmədə İddiaçı qarşı iddia qaldıraraq cavabdeh İddiaçı ona dəymiş 3000 (üç min) manat məbləğində ziyan pulunun və 50 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 01 (bir) baş boğaz camışının ölməsi nəticəsində ona vurduğu zərərə görə 3000 (üç min) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 50 (əlli) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)-963/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərardadına əsasən Cavabdeh İddiaçı qarşı “ziyan” tələbinə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işlər bir icraatda birləşdirilmişdir. Əhmədov X4 Gülnarə Alxan qızına qarşı “ziyan” tələbinə dair iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şabran rayon, Maytablı kənd sakini İddiaçı məxsus 13-14 baş iri buynuzlu camışları ona məxsus olan, Şabran rayon Rəhimli kəndi ərazisində yerləşən 3.60 ha torpaq sahəsində əkdiyi yonca, bostan və tərəvəz sahələrinə dəfələrlə girərək yararsız hala salmış və ona 3000 manat məbləğində maddi ziyan vurmuşdur. Hətta o, onun camışlarından ikisini sahəsinə girdiyi üçün tövləyə salıb saxlamışdır, camışlardan biri öldüyü üçün ona cərimə də kəsilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Xahiş edir, cavabdeh İddiaçı ona dəymiş 3000 (üç min) manat məbləğində ziyan pulunun və 50 (əlli) manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ona məxsus 02 (iki) baş camışı Şabran Rayonunun Rəhimli kəndi ərazisində yerləşən qardaşına məxsus tövləsinə salaraq 06 avqust 2023-cü il tarixə kimi 5 gün müddətində ac və susuz saxladığı üçün 01 (bir) baş boğaz camışının ölməsi nəticəsində ona 3000 (üç min) manat məbləğində maddi ziyan vurmuşdur. Etdiyi müraciət əsasında aparılmış araşdırılma nəticəsində Şabran Rayon Polis X5 təhqiqatçısı X6 17 avqust 2023-cü il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərarı ilə Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin inzibati xəta tərkibi olması müəyyən edilmişdir. Şabran Rayon Polis X1 Bölməsinin sahə rəisi X8 tərəfindən tərtib olunmuş 04 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh zərər çəkmiş şəxs İddiaçı məxsus 02 (iki) baş camışı Şabran rayonunun Rəhimli kəndi ərazisində yerləşən və özünə məxsus tövləsinə salaraq 06 avqust 2023-cü il tarixə kimi olan müddət ərzində as və susuz saxlaması səbəbi ilə 01 (bir) baş camışın ölməsi nəticəsində zərər çəkmiş şəxs İddiaçı ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan dəydiyi üçün Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Nəticədə Şabran Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 3(031)-344/2023 saylı qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 2500 (iki min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(031)-344/2023 saylı qərarında göstərilir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, proses iştirakçılarının izahatları, inzibati xəta haqqında protokol və digər iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh özgənin əmlakını qəsdən məhv etməsi sübuta yetirildi. Bu səbəbdən onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göründüyü kimi aparılan araşdırmaların nəticəsi olaraq Cavabdeh tərəfindən ona maddi zərər vurulduğu öz təsdiqini tapmışdır. Lakin, cavabdeh ona vurduğu zərərin əvəzini bu günə kimi ödəməmişdir. Ona görə də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Xahiş edir, Cavabdeh 01 (bir) baş boğaz camışının ölməsi nəticəsində ona vurduğu zərərə görə 3000 (üç min) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 50 (əlli) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında İddiaçı qarşı “ziyan” tələbinə dair iddiasını müdafiə edərək iddiasının təmin edilməsini xahiş etmiş və İddiaçı ona qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddianı qəbul etməyərək, İddiaçı ona qarşı olan iddiasının əsassız olduğunu bildirərək, həmin iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasını müdafiə edərək iddiasının təmin edilməsini xahiş etmiş və Cavabdeh ona qarşı “ziyan” tələbinə dair iddiasını qəbul etməyərək, Cavabdeh ona qarşı olan iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, Cavabdeh İddiaçı qarşı “ziyan” tələbinə dair iddiası rədd edilməli, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şabran Rayon İcra Hakimiyyəti Başçısının Rəhimli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən tərtib edilmiş 06 sentyabr 2023-cü il tarixli aktda əsasən həqiqətən Şabran rayonunun Maytablı kənd sakini İddiaçı Əlixan qızına məxsus 13-14 baş iribuynuzlu mal olan camışlar Şabran rayon Rəhimli kənd sakini Cavabdeh məxsus 3.60 ha olan pay torpağında əkdiyi yonca, bostan və tərəvəz sahələrinə dəfələrlə girərək ciddi ziyan vurmuşdur. Əkilmiş tərəvəz və bostan yararsız hala düşmüş və Cavabdeh ciddi şəkildə maddi ziyan dəymişdir. Aktın doğruluğunu M. Zeynalov, R. İsgəndərov, D. Həşimov, Ə. Əhmədov və E. Əliyev öz imzaları ilə təsdiq etmişlər. - Şabran Rayon İcra Hakimiyyəti Başçısının Rəhimli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 04 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Şabran rayonunun Maytablı kənd sakini Cavabdeh 04 avqust 2023-cü il tarixində nümayəndəliyə ərizə ilə müraciət edərək pay torpağında əkdiyi yonca və tərəvəz sahəsinə 3 baş camışın dəfələrlə ziyan vurduğunu və sahibi məlum olmadığı həmin camışları qardaşı X3 məxsus tövlədə saxladığını yazılı müraciətində bildirmişdir. - Şabran rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsi tərəfindən verilmiş 10 avqust 2023-cü il tarixli rəydən görünür ki, həmin idarənin əməkdaşları Şabran rayon Rəhimli kənd Maytablı Sovxozunda yaşayan İddiaçı məxsus olan 01 (bir) baş iri buynuzlu camış heyvanının öldüyü həyətdə olublar və ölmüş camışın cəsədinə kliniki baytar baxışı keçiriblər. Baxış nəticəsində cəsədin dərisinin tamlığının pozulmadığı və heç bir zədə əlaməti olmağı müəyyən edilmiş, camışın ölüm səbəbini müəyyən etmək üçün və laborator müayinə aparmaq istənilsə də, heyvan sahibi cəsəd üzərində yarma aparılmasına icazə verməyib. Bu barədə ilkin olaraq ərazi baytar həkimləri tərəfindən akt tərtib edilmişdir. Akt cavab məktubuna əlavə edilir. Bu səbəbdən də 01 (bir) baş camışın ölüm səbəbin müəyyən etmək mümkün olmamışdır. - Torpağa Mülkiyyət Hüququna Dair JN-198 KOD 30408018 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli 04 saylı qərarına əsasən X2 və ailə üzvlərinin birgə mülkiyyətlərinə Dəvəçi (Şabran) rayonu Rəhimli kəndi ərazisindən 3.61 ha pay torpaq sahəsi verilmişdir. - Şabran Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 3(031)-344/2023 saylı qərarından görünür ki, Cavabdeh 04 avqust 2023-cü il tarixdə, səhər saatlarından etibarən İddiaçı məxsus 02 (iki) baş camışı Şabran rayonunun Rəhimli kəndi ərazisində yerləşən və özünə məxsus tövləsinə salaraq 06 avqust 2023-cü il tarixə kimi olan müddət ərzində aç və susuz saxlaması səbəbi ilə 01 (bir) baş camışın ölməsi nəticəsində İddiaçı ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan dəydiyi üçün Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 2500 (iki min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - 6965 nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsinə ilə 50 (əlli) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair" 25 mart 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmənin qərarı ilə vurulmuş ziyana görə yüksək təhlükə mənbəyi sahibinin məsuliyyəti müəyyən edilmişdirsə, onda belə mənbənin sahibi tərəfindən bilavasitə ziyan vuran şəxsə reqress iddia verildiyi halda, birinci prosesdə məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar preyudisial əhəmiyyət kəsb edir və qəbul edilməyə bilməz. Şəxsin əmlak oğurluğuna görə məhkum olunmasına səbəb olan faktlar, həmin oğurluq nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair iddia üzrə məhkəmə qərarının çıxarılması üçün də əsas ola bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar, habelə hüquqi münasibətlər digər prosesdə mübahisə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" 18 mart 2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: İ. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; İİ. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; İİİ. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəlindiyi təqdirdə təmin edə bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh İddiaçı qarşı “ziyan” tələbinə dair iddiasına əlavə etdiyi Şabran Rayon İcra Hakimiyyəti Başçısının Rəhimli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən təsdiq edilmiş 06 sentyabr 2023-cü il tarixli aktda İddiaçı Əlixan qızına məxsus 13-14 baş iribuynuzlu mal olan camışların Şabran rayon Rəhimli kənd sakini Cavabdeh məxsus 3.60 ha olan pay torpağında əkdiyi yonca, bostan və tərəvəz sahələrinə dəfələrlə girərək ciddi ziyan vurduğu qeyd edilsə də, Şabran Rayon İcra Hakimiyyəti Başçısının Rəhimli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 04 sentyabr 2023-cü il tarixli arayışda artıq Şabran rayonunun Maytablı kənd sakini Cavabdeh 04 avqust 2023-cü il tarixində nümayəndəliyə ərizə ilə müraciət edərək pay torpağında əkdiyi yonca və tərəvəz sahəsinə 03 baş camışın dəfələrlə ziyan vurduğunu və sahibi məlum olmadığı həmin camışları qardaşı X3 məxsus tövlədə saxladığını bildirdiyi qeyd edilmişdir. Məhkəmə Cavabdeh məhkəməyə təqdim etdiyi sübutlara tənqidi yanaşaraq hesab edir ki, Şabran Rayon İcra Hakimiyyəti Başçısının Rəhimli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən təsdiq edilmiş 06 sentyabr 2023-cü il tarixli aktda imza çəkmiş şəxslər Şabran rayon Rəhimli kənd sakini Cavabdeh məxsus 3.60 ha olan pay torpağında əkdiyi yonca, bostan və tərəvəz sahələrinə malqaranın dəfələrlə daxil olmasının birbaşa şahidi olmadıqlarından, həmin aktda malqaranın hansı tarixlərdə Cavabdeh məxsus 3.60 ha olan pay torpağına daxil olduqları qeyd edilmədiyindən, həmçinin akta imza çəkmiş şəxslərin həmin torpaq sahəsinə daxil olmuş mal-qaranın kimə məxsus olduğunu müəyyən etmək və malqaranın torpaq sahəsinə daxil olmaları nəticəsində Cavabdeh dəymiş ziyanın dərəcəsini qiymətləndirmək iqtidarında olan şəxslər olmadıqlarından Cavabdeh tərəfindən mülkiyyətində olan 3.60 ha olan pay torpağında əkdiyi yonca, bostan və tərəvəz sahələrinə İddiaçı məxsus mal-qaranın daxil olması nəticəsində ona ziyan dəyməsini təsdiq edən hər-hansı bir mötəbər sübutun məhkəməyə təqdim edilmədiyi nətiçəsinə gəlir. Bununla yanaşı Şabran Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 3(031)- 344/2023 saylı qərarına əsasən Cavabdeh 04 avqust 2023-cü il tarixdə, səhər saatlarından etibarən İddiaçı məxsus 02 (iki) baş camışı Şabran rayonunun Rəhimli kəndi ərazisində yerləşən və özünə məxsus tövləsinə salaraq 06 avqust 2023-cü il tarixə kimi olan müddət ərzində aç və susuz saxlaması səbəbi ilə 01 (bir) baş camışın ölməsi nəticəsində İddiaçı ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan dəydiyi üçün Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 2500 (iki min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edildiyindən, həmin inzibati xətanın törədilməsi nəticəsində İddiaçı Cavabdeh tərəfindən vurulmuş zərər sonuncudan alınaraq İddiaçı ödənilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən mülkiyyətində olan 3.60 ha olan pay torpağında əkdiyi yonca, bostan və tərəvəz sahələrinə İddiaçı məxsus mal-qaranın daxil olması nəticəsində ona ziyan dəyməsini təsdiq edən hər-hansı bir mötəbər sübutun məhkəməyə təqdim edilmədiyindən, onun İddiaçı qarşı “ziyan” tələbinə dair iddiası rədd edilməlidir. Lakin Cavabdeh 04 avqust 2023-cü il tarixdə, səhər saatlarından etibarən İddiaçı məxsus 02 (iki) baş camışı Şabran rayonunun Rəhimli kəndi ərazisində yerləşən və özünə məxsus tövləsinə salaraq 06 avqust 2023-cü il tarixə kimi olan müddət ərzində aç və susuz saxlaması səbəbi ilə 01 (bir) baş camışın ölməsi nəticəsində İddiaçı ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan dəyməsi öz təsdiqidi tapmışdır. Göründüyü kimi Cavabdeh törətmiş olduğu hüquqa zidd əməl nəticəsində İddiaçı zərər dəymiş və Cavabdeh hüquqa zidd əməli ilə İddiaçı dəymiş maddi zərər ilə arasında səbəbli əlaqə mövcuddur. Bu səbəbdən də İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh törətdiyi inzibati xəta nəticəsində zərər çəkmiş şəxsə dəymiş ziya olaraq 2500 (iki min beş yüz) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360 maddələrini rəhbər tutaraq, qət etdi: Cavabdeh İddiaçı qarşı iddiası rədd edilsin. İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilsin. Cavabdeh 2500 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 50 manat alınaraq İddiaçı ödənilsin. İddiaçı Cavabdeh qarşı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən onun iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, iş üzrə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar