Məhkəmə qərarları › İş №2(031)-688/2020

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-688/2020

26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-688/2020 26.08.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: X3 Təşkilatı "Azkredit" X1 Cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 qarşı Kreditin ödənilməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : X3 Təşkilatı "Azkredit" X2 məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin ödənilməsi barədə iddia qaldırmışdır. Mülki iş baxılması üçün təyin edilmiş, iş üzrə iddiaçı X3 Təşkilatı "Azkredit" X1 nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin ödənilməsi tələbi barədə iddia qaldırılmışdır. Borclu tərəfindən həmin iddia tələbi üzrə borc tam ödənildiyindən iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 259.0.11. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılmasını xahiş etdiyindən və cavabdehlər işin mahiyyəti üzrə həll edilməsini tələb etmədiylərindən iddia baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260 maddələrin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : X3 Təşkilatı "Azkredit" X1 Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin ödənilməsi tələbi barədə mülki iş üzrə iddiaçı iddia ərizəsinin qaytarılmasını xahiş etdiyindən və cavabdehlər işin mahiyyəti üzrə həll edilməsini tələb etmədiylərindən iddia baxılmamış saxlanılsın. Qərardaddan on gün müddətində Şabran rayon məhkəməsinə şikayət verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar