Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-692/2023 26.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X23 Hidayət oğlunun sədrliyi; Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X10 nümayəndəsi Nümayəndə iştirakı ilə İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X11 qarşı "pulun alınması" tələbinə dair ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh X10 qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı "əqdin etibarsız hesab olunması və pul" tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə X11 qarşı "pulun alınması" tələbinə dair ilkin iddia ərizəsi ilə müraciət edərək, X9 10000 (on min) manat və ödədiyi 120 (bir yüz iyirmi) manat dövlət rüsumu olmaqla, ümumilikdə 10120 (on min yüz iyirmi) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilmiş ilkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X6 Fərhad Sahib oğluna adından onun mərhum həyat yoldaşı X22 üçün həmin pensiya və müavinət hesablandığı vaxtdan əvvəlki dövrlər üçün X11 ödənilməli olan pensiya və müavinətləri almaq məqsədi ilə müvafiq dövlət orqanlarına banklara müraciət etmək üçün xx.xx.2023-cü il tarixdə notariat kontorunda etibarnamə vermişdir. Bunun üçün xx.xx.2023-cü il tarixdə X12 ilə İddiaçı arasında tapşırıq müqaviləsi imzalanmışdır. xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsinə əsasən İddiaçı X10 mərhum həyat yoldaşı X22 üçün pensiya və müavinət hesablandığı vaxtdan əvvəlki dövrlər üçün X11 ödənilməli olan pensiya və müavinətləri verilməsi üçün sənədləri düzəldilməsini təmin edib müvafiq orqanlara təqdim etmişdir. Buna görə dəfələrlə müvafiq orqanlara, Şabran rayonunun Xırdaoymaq kəndinə gedib gəlmişdir. Bundan sonra Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən X10 hesabına 21106 (iyirmi bir min yüz altı) manat 47 (qırx yeddi) qəpik məbləğində pul köçürülmüşdür. X2 aldığı 311 (üç yüz on bir) manat məbləğində pensiyanın məbləği artırılaraq 711 (yeddi yüz on bir) manat 80 (səksən) qəpik edilmişdir. xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsinin 1.2-ci bəndinə əsasən İddiaçı həmin məbləğin, yəni 21106 (iyirmi bir min yüz altı) manat 47 (qırx yeddi) qəpik məbləğində pulun yarı hissəsini özümə götürməklə digər yarı hissəsini X11 verməli idi. Ancaq cavabdeh X12 oğlu ilə əlbir olaraq xx.xx.2023-cü il tarixli etibarnaməni ləğv etmişdir. Buna görədə xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsinin şərtləri pozulmuş və İddiaçı 10553 (on min beş yüz əlli üç) manat məbləğində pulu ala bilməmişdir. Həmin puldan İddiaçı ancaq 400 (dörd yüz) manat götürə bilib və qalan borc ona ödənilməmişdir. Buna görə Dadașova Minəxanım Əjdər qizının İddiaçı 10000 (on min) manat borcu qalmışdır. Bu səbəblərdən də İddiaçı Azərbaycana Respublikasının Mülki Məcəlləsinin 442, 443.1 və 445.1-ci maddələrinə istinad edərək X11 qarşı "pulun alınması" tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edib X9 10000 (on min) manat və ödədiyi 120 (bir yüz iyirmi) manat dövlət rüsumu olmaqla, ümumilikdə 10120 (on min yüz iyirmi) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. X10 nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsini Şabran Rayon Məhkəməsinə təqdim edərək, İddiaçı ilə X12 arşında bağlanmış xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsinin etibarsız hesab olunması, X4 hesabından İddiaçı öz kart hesabına köçürdüyü 400 (dörd yüz) manat pulun və ödədiyi 150 (bir yüz əlli) manat dövlət rüsumunun İddiaçı alınaraq X11 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilmiş qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin icraatında İddiaçı X11 qarşı pul tələbinə dair iddiası üzrə mülki iş vardır (iş № 2(031)-692/2023). X12 həmin iddia tələbini qəbul etmir və bildirmək istəyir ki, İddiaçı oğlu Nümayəndə tanışı Vidadi vasitəsilə tanımış, Vidadı oğlu Nümayəndə Fərhad adlı bir tanışının olduğunu və vəfat etmiş həyat yoldaşı X20 hesablanmış müavinətləri almaq üçün müraciət etməyə köməklik edə biləcəyini bildirmişdir. Oğlu Nümayəndə İddiaçı ilə razılaşmış, İddiaçı bu işin həllində ona köməklik göstərəcəyini vəd edərək ondan 1000 (min) manat istəmişdir. Oğlu Nümayəndə onunla razılaşaraq X10 adından İddiaçı xx.xx.2023-cü il tarixdə etibarnamə vermişdir. xx.xx.2023-cü il tarixində İddiaçı X11 lazımi sənədləri toplaması üçün bir neçə kağıza imza atmalı olduğunu bildirmiş, sonradan X11 məlum olmuşdur ki, İddiaçı onu aldadaraq aralarında tapşırıq müqaviləsi bağlamış, həmin müqavilədə də sözügedən işləri həll etməsi qarşılığında əldə ediləcək vəsaitin yarısının ona ödənilməli olduğu qeyd edilmişdir. X12 isə hüquqi savadının olmadığı və latın əlifbasını bilmədiyi üçün İddiaçı ona imzalatdığı kağızların məzmunumdan xəbərsiz olub. X12ma oda məlum olmuşdur ki, İddiaçı ona olan etibardan sui-istifadə edərək verdiyi etibarnamə əsasında X11 “Kapital Bank” – dan "birbank" kart hesabı açdırmış, mobil tətbiq vasitəsilə X10 pensiya kartında olan 711 (yeddi yüz on bir) manat pulun 400 (dörd yüz) manatını öz kart hesabına köçürmüşdür. Hətta cavabdeh “Kapital Bank” - ın Mərkəz filialına müraciət edərək kartı bloklamış, o isə bu səbəbdən bir neçə ay pensiya kartından pul çıxara bilməmişdir. X12 bildirmək istəyir ki, o, qoca, savadsız bir insandır, latınca oxuma-yazması yoxdur, psixoloji xəstəlikdən əziyyət çəkir. İddiaçı onun savadsızlığından istifadə edərək onu aldatmış, əvvəlcə ondan 1000 (bir min) manat tələb etsə də sonradan onu aldadaraq tapşırıq müqaviləsi imzalatmış, nəticədə hazırda ondan 10000 (on min) manat pul tələb edir. Halbuki o, ona görəcəyi işlər üçün istədiyi 1000 (min) manat pulu da ödəmişdir. Hələ bunlar azmış kimi İddiaçı ona pensiyanı 700 (yeddi yüz) manata qaldıra biləcəyini, bunun üçün isə ilk 06 (altı) ayın təqaüdünü ona verməli olduğumu demiş, lakin oğlum onun bu sözlərinə etibar etməmişdir. Bu səbəblərdən də X10 nümayəndəsi Nümayəndə Azərbaycana Respublikasının Mülki Məcəlləsinin 337 və 339-cu maddələrinə istinad edərək İddiaçı qarşı "əqdin etibarsız hesab olunması və pul" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, İddiaçı ilə X12 arşında bağlanmış xx.xx.2023cü il tarixli tapşırıq müqaviləsinin etibarsız hesab olunması, X4 hesabından İddiaçı öz kart hesabına köçürdüyü 400 (dörd yüz) manat pulun və ödədiyi 150 (bir yüz əlli) manat dövlət rüsumunun İddiaçı alınaraq X11 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə hazır ki mülki iş üzrə qarşılıqlı iddia ərizəsinə etirazı Şabran Rayon məhkəməsinə təqdim edərək, X10 xx.xx.2023-cü il tarixli etibarnamənin özünün ona notariat kontorunun məsul şəxsinin iştirakı ilə verdiyini, bundan sonra xx.xx.2023-cü il tarixdə X10 oğlu Nümayəndə iştirakı ilə Nümayəndə ucadan xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsinin məzmununu X12 üçün oxuduqdan sonra X12 ilə aralarında xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsinin bağlandığını və X11 məxsus bank kartından çıxardığı 400 (dörd yüz) manat məbləğində pulu da özü geri verdiyini bildirmiş və bu halları nəzərə alaraq qarşılıqlı iddianın rədd edilməsini və ilkin iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134, 135, 138 və 139-cu maddələrində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Buna baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Lakin Orucov X17 Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə ərizə vasitəsi ilə müraciət edərək, yol uzaqlığı görə Şabran Rayon Məhkəməsinə gəlib-getməyə maddi imkanının olmadığını bildirmiş və iş üzrə iddia ərizəsinə onun iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - CMS – "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən Şabran Rayon Məhkəməsinin 2(031)-692/2023 nömrəli mülki işi üzrə proses iştirakçılarına dair çıxarışdan görünür ki, İddiaçı Elektron Məhkəmə İnformasiya Sistemində xx.xx.2023-cü il tarixdən etibarən müvafiq elektron kabineti vardır. - Şabran Rayon Məhkəməsinin 2(031)-692/2023 nömrəli mülki işi üzrə xx.xx.2023cü il tarixli bildirişdən görünür ki, həmin iş üzrə xx.xx.2023-cü il tarixə, saat 12:00-a təyin edilmiş məhkəmə baxışı iclası barədə İddiaçı ünvanlanmış məhkəmə bildirişi CMS – "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində müvafiq qaydada hazırlanaraq imzalanmışdır. - İddiaçı Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə təqdim etdiyi ərizədən görünür ki, o, hazır ki işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş üzrə X11 məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134, 135, 138 və 139-cu maddələrində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Buna baxmayaraq X12 məhkəmə iclasına gəlməmiş, hansı səbəbdnə məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. X8 xx.xx.2023-cü il tarixli AR-İİİ № 001084 nömrəli etibarnamə əsasında nümayəndəsini Nümayəndə iştirakını təmin etmişdir. Bu səbəbdən də məhkəmə işə X10 iştirakı olmadan və onun nümayəndəsi Nümayəndə iştirakı ilə baxılmasının mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şabran Rayon Məhkəməsinin 2(031)-692/2023 nömrəli mülki işi üzrə xx.xx.2023cü il tarixli bildirişdən görünür ki, X11 həmin iş üzrə xx.xx.2023-cü il tarixə, saat 12:00-a təyin edilmiş məhkəmə baxışı iclası barədə məhkəmə bildirişi göndərilmişdir. - 351545 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 Elxan Musa oğlunun anasıdır. - xx.xx.2023-cü il tarixli AR-İİİ № 001084 nömrəli etibarnaməyə əsasən Nümayəndə X10 adından mülki məhkəmə icraatında iştirak etmək hüququ verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. X10 nümayəndəsi Nümayəndə məhkəmə iclasında İddiaçı X11 qarşı "pulun alınması" tələbinə dair ilkin iddianı qəbul etməmiş, X10 İddiaçı qarşı "əqdin etibarsız hesab olunması və pul" tələbinə dair qarşılıqlı iddia ərizəsini müdafiə etmiş və məhkəmədən ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsindən görünür ki, İddiaçı ilə X12 arasında tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin İ bəndinə (müqavilənin predmeti) əsasən İddiaçı müqavilədə göstərilən qaydada və şərtlərlə X10 adından və öz vəsaiti hesabına: 1.1. X10 adından onun mərhum həyat yoldaşı X22 üçün həmin pensiya və müavinət hesablandığı vaxtdan əvvəlki dövrlər üçün X11 ödənilməli olan pensiya və müavinətləri almaq məqsədi ilə müvafiq dövlət orqanlarına və banklara müraciət etməli və bankdan və ya bank kartından pulu almalı və götürməlidir; 1.2. Aldığı və götürdüyü həmin pulun yarısını özünə götürməklə, digər yarısını X11 verməlidir və 1.3. həmin müqavilənin 1.2-ci maddəsində göstərilən pulun yarısı tam götürdükdən sonra müvafiq bank kartını X11 qaytarmalıdır. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Quba Rayon X7 tərəfindən verilmiş 1256 nömrəli, xx.xx.2023-cü il tarixli stasionar xəstənin tibb kartasından (Forma №027/U) görünür ki, X12 xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixə kimi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Quba Rayon X3 "involyusion depressiv psixoz" diaqnozu ilə stasionar qaydada müalicə almışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı X11 qarşı "pulun alınması" tələbinə dair ilkin iddia ərizəsində xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsinin 1.2-ci bəndinə istinad edərək, X10 ona 10000 (on min) manat məbləğində pul ödəməli olduğunu qeyd etsə də, həmin müqavilənin 1.2-ci bəndinə X12 öz üzərinə belə bir öhdəlik götürməmiş, əksinə İddiaçı həmin bəndə əsasən X11 məxsus pul vəsaitini bankdan və ya bank kartından əldə etdikdən sonra yarısı özünə görülməli idi və X12 da həmin tapşırıq müqaviləsinin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağladığını bildirmişdir. Bununla yanaşı X6 Fərhad Sahib oğlu tərəfindən ona məxsus bank kartından onun etimadından sui-istifadə edərək 400 (dörd yüz) manat məbləğində pulu mənimsədiyini bildirsə də, bunu təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər Azərbaycan Respublikasının Mülki Məcəlləsində onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən əgər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Həmin Məcəllənin 339.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 346.4-cü maddəsinə əsasən ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Həmin Məcəllənin 347.3-cü maddəsinə əsasən əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. Həmin Məcəllənin 347.5-ci maddəsinə əsasən predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. Həmin Məcəllənin 347.6-cı maddəsinə əsasən yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. Həmin Məcəllənin 347.7-ci maddəsinə əsasən Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-cü maddəsinə əsasən əgər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Həmin Məcəllənin 786.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. Həmin Məcəllənin 786.6-cı maddəsinə əsasən əgər vəkalət alan tərəfindən müqavilə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verməyən və ya həmin hərəkətlə bağlı olmayan səbəbə görə ləğv edilirsə, vəkalət alan görülmüş işlərin haqqının ödənilməsini yalnız o halda tələb edə bilər ki, vəkalət verənin görülmüş işlərdə hansısa marağı olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" xx.xx.2019-cu il tarixli Qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Beləliklə məhkəmə İddiaçı X12 ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsi üzrə icra etdiyi işlər ilə bağlı X9 10000 (on min) manat və ödədiyi 120 (bir yüz iyirmi) manat dövlət rüsumu tələb etdiyini, lakin xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsi üzrə icra etdiyi işlər ilə bağlı məhkəməyə hər-hansı bir sənəd təqdim etmədiyini, X10 xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsində İddiaçı hər-hansı bir məbləğdə pul ödəməyi öz öhdəsinə götürmədiyini, əksinə İddiaçı həmin müqavilə ilə X11 məxsus pensiya və müavinət ödənişlərini bankdan və ya bank kartından əldə etdikdən sonra yarısını özünə götürüb yerdə qalan hissəsini isə X1 öz öhdəsinə götürdüyünü, X10 İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsinin bağlanması məqsədilə aldadıldığını və vacib əhəmiyyətli yanılma, yəni bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv edərək həmin müqaviləni imzaladığını, bu halı aşkar edən kimi İddiaçı verdiyi etibarnaməni ləğv etdiyini bildirməsini, o cümlədən X12 tərəfindən İddiaçı onun etimadından sui-istifadə edərək 400 (dörd yüz) manat məbləğində pulu onun bank kartından mənimsədiyini təsdiq edən hər-hansı bir mötəbər sübutun məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı X11 qarşı "pulun alınması" tələbinə dair ilkin iddiası təmin edilməməli, X10 İddiaçı qarşı "əqdin etibarsız hesab olunması və pul" tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməli, İddiaçı ilə X12 arasında bağlanmış xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsi etibarsız hesab edilməli və İddiaçı 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq X11 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360 maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı ilə X12 arasında bağlanmış xx.xx.2023-cü il tarixli tapşırıq müqaviləsi etibarsız hesab edilsin. İddiaçı 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq X11 ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(031)-692/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-692/2023
26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver