Məhkəmə qərarları › İş №2(031)-707/2020

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-707/2020

21.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-707/2020 21.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı Alimentin artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə iddia qaldıraraq Şabran rayon məhkəməsinin xx xxxxx 2019cu il tarixli, 2(031)-303/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə el adəti üzrə ailə qurmuşdur. Rəsmi nikahlarını xx xxxxx 2012-ci ildə qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Cəmilə, xx.xx.2014-cü ildə Elmir adlı uşaqları olmuşdur. Ailə münasibətləri uyğun gəlmədiyi üçün ayrılmışlar. Şabran rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(031)-303/2019 saylı qətnaməsi ilə aralarında bağlanmış xx xxxxx 2012-ci il tarixli 03 saylı nikah pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 onun yanında saxlamaqla xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 110 manat məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Hazırda qeyd olunan aliment məbləği ilə uşaqlara baxmaq olmur. Həmin pul uşaqların yemək xərclərini belə ödəmir. Cavabdeh əmək qabilliyətlidir, pul qazanmaq uşaqlarına baxmaq üçün maddi və fiziki imkanları vardır. Uşağına baxmaq onun kimi onun da vəzifəsidir. Hal-hazırda qanunla hər uşaq üçün minimum yaşayış tərzi 174 anat nəzərdə tutulmuşdur. Uşaqları məktəblidir. Onların ehtiyacları günü-gündən artır. O, uşaqlarının ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Uşaqlar böyüdükcə onların ehtiyacları da artır. Xahiş edir, Şabran rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(031)-303/2019 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AZ-İİ seriyalı 850927 saylı və İİİ-ET seriyalı 507194 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahlarından xx xxx 2011-ci ildə Cəmilə və xx xxxxxxxx 2014-cü ildə Elmir adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş M.Abdullayev adına Qam-qam kənd tam orta məktəb tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, X5 və X2 rayonu M.Abdullayev adına Qam-qam kənd tam orta məktəbində müvafiq olaraq İİİ və İ sinifində təhsil alır. İşə əlavə edilmiş Şabran rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(031)- 303/2019 saylı qətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxx 2012-ci ildə bağlanmış 03 saylı nikahları pozulmuş, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx xxx 2011-ci ildə doğulmuş X5 və xx xxxxxxxx 2014-cü ildə doğulmuş X6 boşanmadan sonra anaları İddiaçı yanında qalmış, Cavabdeh xx xxxxxx 2019-cu ildən başlayaraq hər uşaq üçün ayda 110 manat məbləğində aliment tutularaq xx xxx 2011-ci ildə doğulmuş X3 və xx xxxxxxxx 2014-cü ildə doğulmuş X1 üçün İddiaçı verilməsi qət edilmişdir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, Şabran rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(031)-303/2019 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh ilə aralarında bağlanmış rəsmi nikahları pozulmuş, birgə nikahlarından doğulmuş uşaq İddiaçı himayəsinə verilmiş, uşağların saxlanılması üçün yetkinlik yaşlarına çatanadək hər uşaq üçün ayda 110 manat məbləğində aliment müəyyən edilmişdir. Məhkəmənin müəyyən etdiyi alimentlə iddiaçı uşağları saxlamaqda çətinlik çəkir. Bu səbəbdən də, iddiaçı alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99 maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16 fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlama qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1. maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun oalaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 101.2. maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi barədə Şabran rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(031)- 303/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh hər uşaq üçün ayda 140 (bir yüz qırx) manat, ümumilikdə 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına catana kimi saxlanılmaları üçün İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi barədə Şabran rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(031)-303/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh hər uşaq üçün ayda 140 (bir yüz qırx) manat, ümumilikdə 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına catana kimi saxlanılmaları üçün İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuniyi qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar