Məhkəmə qərarları › İş №2(031)-737/2020

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-737/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-737/2020 05.11.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı QSC-nin Cavabdehlər: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı Kredit müqaviləsi üzrə borc tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı QSC məhkəmədə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc barədə iddia qaldırmışdır. Mülki iş baxılması üçün təyin edilmiş, iş üzrə İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmədə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia qaldırılmışdır. Hal-hazırda iddia ərizəsini geri götürmək zərurəti yaranmışdır. Bu səbəbdən də, iddia ərizəsinin və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 259.0.11. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılmasını xahiş etdiyindən və cavabdehlər işin mahiyyəti üzrə həll edilməsini tələb etmədiylərindən iddia baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260 maddələrin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı QSC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə mülki iş üzrə iddiaçı iddia ərizəsinin qaytarılmasını xahiş etdiyindən və cavabdehlər işin mahiyyəti üzrə həll edilməsini tələb etmədiylərindən iddia baxılmamış saxlanılsın. Qərardaddan on gün müddətində Şabran rayon məhkəməsinə şikayət verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar