Məhkəmə qərarları › İş №2(031)-747/2020

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-747/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-747/2020 13.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İddiaçı: İddiaçı ASC-nin Cavabdeh: Cavabdeh qarşı Borcun tutulması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : «xxxxxxxxxx» ASC məhkəmədə X1 qarşı borcun tutulması tələbi barədə iddia qaldırmışdır. Mülki iş baxılması üçün təyin edilmiş, iş üzrə İddiaçı ASC-nin Məhkəmə Orqanları ilə İş Şöbəsinin müdiri İsa Hacıyev məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmədə Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia qaldırılmışdır. İddia ərizəsində müəyyən dəqiqləşmənin aparılması zərurəti yaranmışdır. Bu səbəbdən həmin mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 259.0.11. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılmasını xahiş etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etmədiyindən iddia baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260 maddələrin rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : «xxxxxxxxxx» ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə mülki iş üzrə iddiaçı iddia ərizəsinin qaytarılmasını xahiş etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etmədiyindən iddia baxılmamış saxlanılsın. Qərardaddan on gün müddətində Şabran rayon məhkəməsinə şikayət verilə bilər. H A K İ M ÇİNGİZ İSGƏNDƏROV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar