Məhkəmə qərarları › İş №2(031)-755/2023

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-755/2023

16.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-755/2023 16.11.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 10 avqust 2023-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki iş üzrə İddiaçı ərizə ilə müraciət edərək, bildirmişdir ki, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldırmışdır. Tərəflərlə razılığa gəlmişlər. Ona görə də onlara qarşı qaldırdığı 10131 manat dəyərində pulun alınmasına dair iddiadan imtina edir, xahiş edir, ərizəsi nəzərə alınsın. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda bildirdilər ki, İddiaçı verdiyi iddiadan imtina barədə ərizəsinin təmin edilməsinə etiraz etmir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının iddiadan imtina etməsi onun hüquqi mənafeyinə zidd olmadığından həmin imtina məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4. maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4.,262.1., 262.5. maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Şabran rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar