Məhkəmə qərarları › İş №2(031)-755/2024

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-755/2024

30.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-755/2024 30.09.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona vurduğu 1800 manat ziyanın (və ya iri buynuzlu inəyin) alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə barışıq sazişi təqdim edərək barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək Cavabdeh ilə aralarında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixdə barışıq sazişindən görünür ki, hazırki barışıq sazişi üzrə 1-ci tərəf Cavabdeh Şabran Rayon Məhkəməsinin 2(031)- 755/2024 nömrəli mülki işi üzrə iddia tələbini qismən qəbul edərək 400 (dörd) yüz manat məbləğində pul vəsaitini ayda 25 (iyirmi beş) manat olmaqla 16 (on altı) ay ərzində 2-ci tərəf İddiaçı ödəməyi öz öhdəsinə götürür, 2-ci tərəf İddiaçı isə bunun qarşılığında 400 (dörd) yüz manat məbləğində pul vəsaitinin ona ayda 25 (iyirmi beş) manat olmaqla 16 (on altı) ay ərzində ödənilməsinə razılı verərək, Şabran Rayon Məhkəməsinin 2(031 )-755/2024 nömrəli mülki işi üzrə iddia tələbinin qalan hissəsindən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-ci maddəsinə əsasən Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.3 - 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixdə barışıq sazişi təsdiq edilsin. Hazırki barışıq sazişi üzrə 1-ci tərəf Cavabdeh Şabran Rayon Məhkəməsinin 2(031)- 755/2024 nömrəli mülki işi üzrə iddia tələbini qismən qəbul edərək 400 (dörd) yüz manat məbləğində pul vəsaitini ayda 25 (iyirmi beş) manat olmaqla 16 (on altı) ay ərzində 2-ci tərəf İddiaçı ödəməyi öz öhdəsinə götürür, 2-ci tərəf İddiaçı isə bunun qarşılığında 400 (dörd) yüz manat məbləğində pul vəsaitinin ona ayda 25 (iyirmi beş) manat olmaqla 16 (on altı) ay ərzində ödənilməsinə razılı verərək, Şabran Rayon Məhkəməsinin 2(031)-755/2024 nömrəli mülki işi üzrə iddia tələbinin qalan hissəsindən imtina edir. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar