Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-759/2024 24.09.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment məbləğinin həcminin artırılması” tələbinə dair mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan aliment məbləği artırılaraq hər ay bir uşaq üçün 235 manat olmaqla ümumilikdə cəmi 470 manat sabit pul məbləğində alimentin və 50 manat mediasıya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 08 avqust 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2012- ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar. Şabran Rayon Məhkəməsinin 2(031)-614/2020 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsi ilə, 24 avqust 2012-ci il tarixdə iddiaçı X6 ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, xx.xx.2012-cı il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən hər ay bir uşaq üçün 125 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Övladlarının normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. Bütün bunları övladları üçün təşkil etmək, təkbaşına onun üçün olduqca çətindir, hətta qeyri-mümkündür deyərdi. Lakin, cavabdeh Şabran Rayon Məhkəməsinin 2(031)-614/2020 saylı, 30.112020-ci il tarixli qətnaməsinə qeyd olunmuş alimenti ödəməklə atalıq vəzifəsini və öhtəliyini icra etmiş hesab edir. Cavabdehin hazırda ödədiyi aliment məbləği ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumdan çox aşağı bir aliment məbləğidir. Qeyd etdiyi kimi, övladlarının normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bir köməklik göstərmir. Hal-hazırda övladlarının yetkinlik yaşına çatmamasını nəzərə alsaq hazırda ödənilən aliment məbləği uşağların heç bir tələbatının ödənilməsinə yetmir. Bu səbəbdən də, məcbur olaraq alimentin artırılması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X10 iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, İddiaçı qeyri-rəsmi işləyir, uşaq hazırlaşdırıb qazanc əldə edir. İddiaçı məhkəmənin müəyyən etdiyi aliment məbləği ilə uşaqları saxlamaqda çətinlik çəkir, bu səbəbdən də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, işləmir, başqa qazanc yeri də yoxdur. İddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə maddi imkanı çatmır, 4000 manat aliment borcu var, özünü güclə dolandırır. Uşağına aliment ödəməkdən imtina etmir, lakin imkanı çatdığı miqdarda, hər uşaq üçün 150 manat ödəyə bilər. Xahiş edir, iddia qismən təmin edilsin. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 81, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və “Uşaq hüquqları" haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, iş materiallarından görünür ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(031)-614/2020 saylı qətnaməsinə əsasən Cavabdeh 22 iyul 2020ci il tarixdən başlayaraq 19 sentyabr 2012-ci il təvəllüdlü X7 və 24 dekabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 125 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. İddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş aliment hazırda uşaqların saxlanılması üçün yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Ailə Qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə isə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı qeyri-rəsmi işləyir, uşaq hazırlaşdırmaqla qazanc əldə edir. Belə olan halda, uşaqları saxlamaq hər iki valideynin borcudur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 19 sentyabr 2012-ci il təvəllüdlü X7 və 24 dekabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün müəyyən olunmuş alimentin məbləği artırılaraq, hər uşaq üçün ayda 175 manat sabit pul məbləğində aliment iddiaçıya ödənilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(031)-614/2020 saylı qətnaməsinə əsasən Cavabdeh 19 sentyabr 2012-ci il təvəllüdlü X7 və 24 dekabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 19 sentyabr 2012-ci il təvəllüdlü X7 və 24 dekabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər uşaq üçün ayda 175 (yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. 50 manat mediasıya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(031)-759/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-759/2024
24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver