Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-76/2021 16.06.2021 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: X22, X12, X23, X5 və X18 qarşı Zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X22, X12, X23, X5 və X18 qarşı iddia qaldıraraq cavabdehlərdən ona vurduqları zərərə görə Şabran rayonu, Pirəmsən kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsində əkilən ağacların dəyəri olaraq 34030 (otuz dörd min otuz) manat pulun və torpaq üçün əvvəlki pulla ödədiyi 600000 (altı yüz min) manat məbləğində pulun (manatın hazırki məzənnəsi ilə hesablanmaqla) alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, Dəvəçi rayonu, Aqrar İslahat Komissiyasımn 19 noyabr 1998-ci il tarixli, 08 №-li qərarı ilə X10, X19, X14, X20 ümumi birgə mülkiyyətinə Şabran rayonu, Pirəmsən kəndi ərzisində 0.25 ha torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN 202A saylı, kod 30404038 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuşdur. 2000-ci ildə X21 qeyd olunan 0.25 ha torpaq sahəsini digər mülkiyyətçilərlə birlikdə və həyat yoldaşı X3 razılığı ilə ona satmışdır. O, həmin vaxt X12 və onun həyat yoldaşı X5 torpağın dəyəri olaraq əvvəlki pulla 600000 (altı yüz min) manat pul ödəmişdir. O, əqdi icra etsə də, yəni torpağın pulunu ödəsə də onlar əqdin notariat qaydasında təsdiqlənməsi üçün notariat kontoruna getməmişlər. Belə olan halda əqd rəsmiləşdirilə bilməmişdir. Bu barədə sübutlarından biri budur ki, JN 202A saylı, kod 30404038 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsli cavabdehlər tərəfindən ona təqdim edilmişdir. X21 və ailə üzvləri həmin şəhadətnaməni ona verməsəydilər o, həmin şəhadətnaməni başqa necə əldə edə bilərdi? O, həmin şəhadətnaməni onlardan qeyri qanuni yolla əldə etsəydi onlar bu 20 il ərzində onu çoxdan məhkəməyə verərdilər. Növbəti sübutu budur ki, o, torpaq sahəsini aldığı andan həmin torpaq sahəsində meyvə bağı salmışdır. Artıq 20 ildir ki, həmin meyvə bağı mövcuddur. X21 və onun ailə üzvlərindən hər hansı biri bu 20 il ərzində ona qarşı hər hansı bir tələb irəli sürməmişlər. Hansı ki, həmin bağ hamının gözü qarşısında tərəfindən salınmışdır. Bu 20 il ərzində cavabdehlər onun 0.25 ha torpaq sahəsini mülkiyyətçi hüquqları ilə istifadə etdiyini və orada bağ saldığını görmürdülərmi? Bu günki gündə də cavabdehlər əqdin notariat qaydasında təsdiqlənməsi üçün notariat ofisinə getmirlər, üstəlik cavabdehlər ona satdıqları torpağın onunla mübahisəsini aparmağa başlamışlar. X4 və ailə üzvləri qeyri qanuni yola əl atmış, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni ona könüllü surətdə təqdim etmələrinə baxmayaraq sonradan həmin şəhadətnamənin guya itirildiyini bəhanə gətirərək adlarına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə etmişlər. Bunlardan əlavə X1 rayon məhkəməsində ona qarşı “zəbt torpaq sahəsindən çıxarma” tələbinə dair iddia qaldıraraq onun 0.25 ha torpaq sahəsindən çıxarılmağı barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə də onun iddiasını təmin etmişdir. O, hələ 2000-ci ildə 0.25 ha torpaq sahəsində 1 ədədi 7 manatdan 16 ədəd gilas ağacı şitili, 1 ədədi 2 manatdan 100 ədəd fındıq ağacı şitili, 1 ədədi 4 manatdan 6 ədəd armud ağacı şitili, 1 ədədi 5 manatdan 3 ədəd heyva ağacı şitili, 5 manata 1 ədəd xartut ağacı şitili, 1 ədədi 2 manatdan 26 ədəd əncil ağacı şitili, 1 ədədi 4 manatdan 10 ədəd nar ağacı şitili, 1 ədədi 4 manatdan 3 ədəd vişnə ağacı şitili, 1 ədədi 5 manatdan 2 ədəd meşmeşi ağacı şitili, 6 manata 1 ədəd zoğal ağacı şitili, 5 manata 1 ədəd alça ağacı şitili, 1 ədədi 6 manatdan 5 ədəd alma ağacı şitili, 1 ədədi 6 manatdan 10 ədəd şaftalı ağacı şitili əkmişdir. Həmin ağaclara xərc çəkərək lazımi diqqət göstərərək onlara qulluq göstərmişdir. Hal-hazırda həmin bağda 16 ədəd gilas ağacı vardır ki, bəhərlə birlikdə bir ədədinin qiyməti 150 manat təşkil edir. 16 ədəd gilas ağacının bəhərlə birlikdə bu günki dəyəri 2400 manat təşkil etməkdədir. Hal-hazırda həmin bağda 100 ədəd fındıq ağacı vardır ki, bəhərlə birlikdə bir ədədinin qiyməti 200 manat təşkil edir. 100 ədəd fındıq ağacının bəhərlə birlikdə bu günki dəyəri 20000 manat təşkil etməkdədir. Hal-hazırda həmin bağda 6 ədəd armud ağacı vardır ki, bəhərlə birlikdə bir ədədinin qiyməti 80 manat təşkil edir. 6 ədəd armud ağacının bəhərlə birlikdə bu günki dəyəri 480 manat təşkil etməkdədir. Hal-hazırda həmin bağda 3 ədəd heyva ağacı vardır ki, bəhərlə birlikdə bir ədədinin qiyməti 50 manat təşkil edir. 3 ədəd heyva ağacının bəhərlə birlikdə bu günki dəyəri 150 manat təşkil etməkdədir. Halhazırda həmin bağda 1 ədəd xartut ağacı vardır ki, bəhərlə birlikdə bu günki dəyəri 20 manat təşkil edir. Hal-hazırda həmin bağda 26 ədəd əncil ağacı vardır ki, bəhərlə birlikdə bir ədədinin qiyməti 30 manat təşkil edir. 26 ədəd əncil ağacının bəhərlə birlikdə bu günki dəyəri 780 manat təşkil etməkdədir. Hal-hazırda həmin bağda 10 ədəd nar ağacı vardır ki, bəhərlə birlikdə bir ədədinin qiyməti 50 manat təşkil edir. 10 ədəd nar ağacının bəhərlə birlikdə bu günki dəyəri 500 manat təşkil etməkdədir. Hal-hazırda həmin bağda 3 ədəd vişnə ağacı vardır ki, bəhərlə birlikdə bir ədədinin qiyməti 200 manat təşkil edir. 3 ədəd vişnə ağacının bəhərlə birlikdə bu günki dəyəri 600 manat təşkil etməkdədir. Hal-hazırda həmin bağda 2 ədəd meşmeşi ağacı vardır ki, bəhərlə birlikdə bir ədədinin qiyməti 400 manat təşkil edir. 2 ədəd meşmeşi ağacımn bəhərlə birlikdə bu günki dəyəri 800 manat təşkil etməkdədir. Hal-hazırda həmin bağda 1 ədəd zoğal ağacı vardır ki, bəhərlə birlikdə bu günki dəyəri 200 manat təşkil edir. Hal-hazırda həmin bağda 1 ədəd alça ağacı vardır ki, bəhərlə birlikdə bu günki dəyəri 100 manat təşkil edir. Hal-hazırda həmin bağda 5 ədəd alma ağacı vardır ki, bəhərlə birlikdə bir ədədinin qiyməti 400 manat təşkil edir. 5 ədəd alma ağacının bəhərlə birlikdə bu günki dəyəri 2000 manat təşkil etməkdədir. Hal-hazırda həmin bağda 10 ədəd şaftalı ağacı vardır ki, bəhərlə birlikdə bir ədədinin qiyməti 600 manat təşkil edir. 10 ədəd şaftalı ağacımn bəhərlə birlikdə bu günki dəyəri 6000 manat təşkil etməkdədir. Göründüyü kimi 0.25 ha torpaq sahəsində salınan bağdakı ağaclarının bəhərlə birlikdə bu günki dəyəri 34030 manat təşkil etməkdədir. Artıq bağdakı məhsulu cavabdehlər mənimsəmişlər. Məhkəmə qətnaməsinə əsasən həmin torpaq sahəsindən çıxarıldığından həmin bağa gedə bilmir. Cavabdehlər üzərlərinə düşən öhdəliyi yerinə yetirmədiklərindən onların qanuna zidd əməlləri nəticəsində əlavə çəkdiyi xərcləri, həmçinin həmin meyvə ağaclarının hər il verəcəyi bəhəri (əldən çıxmış faydanı) nəzərə almasa belə ona ağacların dəyəri olaraq 34030 manat və torpaq üçün əvvəlki pulla ödədiyi 600000 manat məbləğində maddi zərər dəymişdir. 600000 manat pulun (manatın) hazırki məzənnəsi üzrə yenidən hesablanaraq (manatın denominasiyası, itirdiyi dəyər və s. nəzərə alınmaqla) ona ödənilməlidir. Qüvvədə olan Mülki Məcəlləyə əsasən daşınmaz əmlaka dair əqdlərin yalnız notarial qaydada bağlanması nəzərdə tutulduğundan o, başqa formada əqdi rəsmiləşdirə bilmir. Ona görə də o, cavabdehlərə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edir. Xahiş edir, cavabdehlərdən ona vurduqları zərərə görə Şabran rayonu, Pirəmsən kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsində əkilən ağacların dəyəri olaraq 34030 (otuz dörd min otuz) manat pulun və torpaq üçün əvvəlki pulla ödədiyi 600000 (altı yüz min) manat məbləğində pulun (manatın hazırki məzənnəsi ilə hesablanmaqla) alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh X6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı onlarla həmkəndlidir. 19 noyabr 1998-ci ildə Dəvəçi (Şabran) rayon Aqrar İslaha Komissiyasının 08 saylı qərarı ilə ailəmizin mülkiyyətinə ailə başçısı həyat yoldaşı X21 olmaqla ailə üzvlərinə JN-202A Kod 30403038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhahətnaməyə əsasən 0.25 ha torpaq sahəsi verilmişdir. Həmin torpağa mülkiyyət hüququna dair şəhadətnamə ləğv edilmiş DT və XK tərəfindən 5 saylı Xamaz Ərazi İdarəsinə təhvil verilmiş, şəhadətnamə kitabda qeydiyyatdan keçmişdir. Şabran rayon məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı zəbt etdiyi həyat yoldaşı X10 və ailə üzvlərinin mülkiyyətində olan 0.25 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Onlara məlum idi ki, torpaqdan Seyidşah istifadə edir. 2-3 il bundan qabaq topağı geri istəmişlər. Seyidşah demişdirki, əlimdə dəlilik kağızı var. Sizi vurub öldürərəm, bu söhbət neçə dəfələrlə təkrar olunmuşdur. Seyidşahın onları ölümlə hədələməsi barədə heç bir yerə şikayət etməmişlər. Yadındadır ki, Seyidşah həmin vaxtlar torpağa görə qoyun keçi vermişdir. Lakin həyat yoldaşına pul verməsini görməmişdir. Əri həmişə sərxoş vəziyyətdə olur. Seyidşah bundan istifadə etmişdir. Seyidşah həmin torpaq sahəsini əkibbecərmiş, ağaclar əkmiş, qazanc götürmüşdür. İndi də razıdır ki, gəlib ağaclarını kəsib aparsın. Bu səbəbdən də o, iddianı əsasssız hesab edir. Xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Cavabdeh X25 məhkəmə iclasında cavabdeh B.Taibova ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər X26, X21 və X24 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri barədə məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işdə olan Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-202A KOD 30404038 saylı Şəhadətnamədən görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli 08 saylı qərarına əsasən Taibov Oruc Cəbrayıl oğlunun və ailə üzvlərinin mülkiyyətinə 0.25 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Şabran rayon məhkəməsinin 06 noyabr 2020-ci il tarixli 2(031)- 738/2020 saylı qətnamədən görünür ki, cavabdeh İddiaçı zəbt etdiyi X10 və ailə üzvlərinin mülkiyyətində olan 0,25 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X8 və Çayçılıq Elmi-Tədqiqat İnstututu tərəfindən verilmiş 12 aprel 2021-ci il tarixli 71 saylı rəydən görünür ki,Şabran rayonu, Pirəmsən kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsində əkilən (2004-cü ildə) 18 ədəd gilas, 94 ədəd fındıq (10 ədədi cavan) 9 ədədi alma 23 ədəd əncir 4 ədəd gavalı 10 ədəd nar 1 ədəd qaysı 5 ədəd armud (cavan) 1 ədəd heyva, 1 ədəd xar tut məhsuldar və qeyri məhsuldar mövcud olmuşdur. Pirəmsən kəndində mövcud olan 0.25 ha torpaq sahəsində müxtəlif meyvə ağaclarının məhsuldarlığını müəyyənləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Dövlət Tsasistika Komitəsinin 2003, 2013 və 2016-cı illərə aid statistik məlumatlarından istifadə etməklə ayrı-ayrı bitki növləri üzrə hektardan orta məhsuldarlıq müəyyənləşdirilmiiş və bunun əsasında əkilən il nəzərə alınıb, (2004) bir ağacdan orta məhsuldarlıq müəyyən edilmişdir. (beləliklə 0.25 bağ sahəsində müxtəlif əkin sxemində 169 ədəd ağac müəyyən olundu) Beləliklə qeyd olunan müxtəlif meyvə ağaclarının məhsuldarlığı ağacdakı kimi təyin olundu : 18 ədəd gilas ağacı hər ağacdan -3 kq, 97 ədəd fındıq ağacı hər ağacdan-3 kq, 9 ədəd alma ağacı hər ağacdan-10 kq, 23 ədəd əncil ağacı hər ağacdan-5 kq, 4 ədəd gavalı ağacı hər ağacdan-20 kq, 10 ədəd nar ağacı hər ağacdan -10 kq, 1 ədəd ərik ağacı hər ağacdan-15 kq, 5 ədəd armud ağacı hər ağacdan-3 kq, 1 ədəd heyva ağacı hər ağacdan- 5 kq, 1 ədəd xar tut ağacı hər ağacdan-40 kq. İstifadəyə verilmiş 0.25 ha torpaq sahəsində olan ağaclardan təxmini olaraq bir il ərzində aşağıdakı şəkildə məhsul əldə olunmuşdur: Gilas 18 ədəd x 3 kq=54 kq, fındıq 97 ədəd x 3 kq=29 kq, alma 9 ədəd x 10 kq = 90 kq, əncil 23 ədəd x 2 kq = 46 kq, gavalı 4 ədəd x 12 kq = 48 kq, nar 10 ədəd x 7 kq = 70 kq, ərik 1 ədəd x 20 kq = 70 kq, armud 5 ədəd x 3 kq =15 kq, heyva 1 ədəd x 10 kq = 10 kq, xar tut 1 ədəd x 40 kq = 40 kq. Kütləvi məhsul yığımı devrində istehsal edilmiş meyvə məhsullarının orta satış qiyməti meyvə cinslərindən və ildən aslı olaraq: gilas 1 kq-2 manat olmaqla 54 kq x 2 manat = 108 manat, alma 1 kq – 0.50 manat olmaqla 90 kq x 0.50 = 45 manat, əncir 1 kq – 1.50 manat olmaqla 46 kq x 1 manat = 46 manat, gavalı 1 kq – 0.30 manat olmaqla 48 kq x 0.30 manat = 14.40 manat, nar 1 kq – 1 manat olmaqla 70 kq x 1.0 manat=70 manat, ərik 1 kq – 1.50 manat olmaqla 20 kq x 1.50 manat = 30 manat, armud 1 kq -0.80 manat olmaqla 15 kq x 0.80 manat = 12 manaat, heyva 1 kq – 1.0 manat 10 kq x 1 .0 manat = 10 manat, xar tut 1 kq – 2.0 manat olmaqla 40 kq x 2 manat = 80 manat, cəmi – 854 manat. Beləliklə hər bir meyvə ağacının bəhərlə birlikdə dəyəri: gilas - 18 ədəd bəhərlə birlikdə- 648 manat, fındıq – 97 ədəd bəhərlə birlikdə - 1214 manat,alma – 9 ədəd bəhərlə birlikdə – 90 manat, əncir – 23 ədəd bəhərlə birlikdə – 115 manat, gaval – 4 ədəd bəhərlə birirlikdə – 26.50 manat, nar – 10 ədəd bəhərlə birlikdə – 120 manat, ərik – 1 ədəd bəhərlə birlikdə - 50 manat, armud – 5 ədəd bəhərlə birlikdə – 42 manat, heyva - 1 ədəd bəhərlə birlikdə – 30 manat, xar tut – 1 ədəd bəhərlə birlikdə – 120 manat, cəmi 2455 manat. Qeyd olunanları əsas götürməklə belə bir nəticəyə gəlmək olur ki, istifadə üçün götürülmüş torpaq sahəsində olan (0.25 ha) 169 ədəd müxtəlif meyvə cinslərinə aid meyvə ağaclarından orta bazar qiymətləri ilə il ərzində ***-**** manat arasında maliyyə vəsaiti əldə etmək olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 76-cı maddəsinə əsasən torpaq sahələri üzərində mülkiyyət, torpaqdan istifadə və ya icarə hüququna xitam verilməsi bu hüquqdan istifadə edən şəxsi məhsulu yığmaq hüququndan məhrum etmir, eləcə də vergiləri ödəmək və torpağın münbitliyinin qorunub saxlanılması məsuliyyətindən azad etmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırmasının nəticəsindən müəyyən olunur ki, İddiaçı cavabdeh tərəfin razılığı əsasında 2000-ci il tarixdən cavabdehlərə məxsus torpaq sahəsindən istifadə etmiş, həmin torpaq sahəsində çoxlu sayda meyvə ağacları əkib-becərmiş, torpağı münbitləşdirmiş, sonradan cavabdehlər məhkəmə qətnaməsinə əsasən torpağı ondan geri qaytarmış və onu becərdiyi, məhsul gətirmiş ağacların məhsulunu yığmaqdan məhrum etmişlər. Bunnula da, İddiaçı cavabdehlərin təqsiri ucbatından əmlakından məhrum olmaqla zərərə düşmüşdür. Bununla yanaşı, İddiaçı cavabdehlərə torpaq üçün əvvəlki pulla ödədiyi 600000 (altı yüz min) manat məbləğində pulun (manatın hazırki məzənnəsi ilə hesablanmaqla) alınaraq ona ödənilməsini tələb etsə də, bununla bağlı mötəbər sübutları təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış, tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X15, X9, X16, X2 və X13 vurduqları zərərə görə 2455 manat pul alınıb İddiaçı ödənilməli, iddianın qalan hissəsi isə əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər X15, X9, X16, X2 və X13 vurduqları zərərə görə 2455 manat pul alınıb İddiaçı ödənilsin. İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-76/2021
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-76/2021
16.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver