Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-761/2020 21.10.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi və Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı NÜMAYƏNDƏ: X2 Aliment tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh birgə nikahlarından anadan olmuş övladları, xx xxx 2010-cu il təvəllüdlü qızları X3 və xx xxxxxx 2012-ci il təvəllüdlü oğlanları X5 yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanılması üçün aybaay qazancının və (əlavə gəlirlərinin) 1/3 hissəsi məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi və alimentin miqdarının dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Şabran rayon məhkəməsinin 2(031)-597/2020 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi hər uşaq üçün ayda 150 manat məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək cavabdehdən yəni Cavabdeh birgə nikahlarından anadan olmuş övladları xx xxx 2010-cu il təvəllüdlü qızları X3 və xx xxxxxx 2012-ci il təvəllüdlü oğlanları X5 yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanılması üçün hər ay qazancının və (əlavə gəlirlərinin) 1/3 hissəsi məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2009-cu il tarixində nikah qeydiyyatından keçib ailə qurmuşdur. Birgə nikahlarından xx xxx 2010-cu il tarixində qızları X7 və xx xxxxxx 2012-ci il tarixində oğlanları X10 anadan olmuşdur. Ailə qurduqdan bir müddət sonra münasibətləri pisləşmiş, cavabdeh uşaqlara baxmamış və onlara maddi yardım göstərməmişdir. Cavabdeh iş yerini və gəlirini ondan gizlətmişdir. Ona görə də o, məhkəməyə müraciət etmiş və sabit pul məbləğində aliment tələb etmişdir. Şabran rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(031)-597/2019 saylı qətnaməsi ilə Cavabdeh xx xxxx 2019-cu il tarixdən başlayaraq hər uşaq üçün ayda 150 manat sabit pul məbləğində aliment tutulub xx xxx 2010-cu il təvəllüdlü X3 və xx xxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün ona verilməsi qət edilmişdir. Hal-hazırda o, cavabdehin iş yerini müəyyənləşdirmiş və gəliri barədə arayış əldə etmişdir. Bu səbəbdən hesab edir ki, azyaşlı övladlarını maddi cəhətdən saxlamaq üçün cavabdehin qazancından, gəlirindən aliment tutulub ona verilməlidir. O, heç yerdə işləmir, başqa qazanc yeri də yoxdur. Xahiş edir, Şabran rayon məhkəməsinin 2(031)-597/2020 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi hər uşaq üçün ayda 150 manat məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək cavabdehdən yəni Cavabdeh birgə nikahlarından anadan olmuş övladları xx xxx 2010-cu il təvəllüdlü qızları X3 və xx xxxxxx 2012-ci il təvəllüdlü oğlanları X5 yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanılması üçün hər ay qazancının və (əlavə gəlirlərinin) 1/3 hissəsi məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh ilə İddiaçı xx xxxxxx 2009-cu ildə nikahlarını rəsmi qeyd etdirmişlər. Ərarvad münasibətlərindən xx xxx 2010-cu ildə Aydan və xx xxxxxx 2012-ci ildə Emil adlı uşaqları olmuşdur. Tərəflər birgə yaşadıqları müddətdə xasiyyətləri uyğun gəlməmiş, bu səbəbdən də ayrılmışlar. Şabran rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(031)- 597/2019 saylı qətnaməsinə əsasən nikahları pozulmuş, uşaqlar Ramilənin himayəsinə verilmiş və uşaqların saxlanılması hər uşaq üçün ayda 150 manat aliment müəyyən edilmişdir. Oğlu Taleh hər ay uşaqlar üçün 300 manat aliment ödəyir, həmçinin iddiaçı qızı Aydan üçün xəstəliyə görə 200 manat pensiya alır. Eyni zamanda, Taleh banka kredit də ödəyir. Talehin əmək müqaviləsinin müddəti bitməkdədir, bilmir ki, yenidən onunla müqavilə bağlanacaq ya yox. Bu səbəbdən də xahiş edir, iddia əsassız olduğundan təmin edilməsin. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli aaryışdan görünür ki, Eminov X8 rayonu Sarvan kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli aaryışdan görünür ki, İddiaçı Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 9, mənzil 5-də qeydiyyatdadır. İşə əlavə edilmiş AZ-İ seriyalı 529060 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx xxxxxx 2009-cu ildə nikahlarını rəsmi qeyd etdirmişlər. İşə əlavə edilmiş AZ-İİ seriyalı 939194 saylı və AZ-İİ seriyalı 481246 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahlarından xx xxx 2010-cu ildə Aydan və xx xxxxxx 2012-ci ildə Emil adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş «X9 Company Limited» Şirkətin Azərbaycan Respublikasında Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 1 saylı arayışdan görünür ki, Cavabdeh həqiqətən «X9 Company Limited» Şirkətin Azərbaycan Respublikasında X1 Hasilat şöbəsinin Qum-Dəniz sahəsi, Neft və qaz hasilatı üzrə operator vəzifəsində (peşə) xx.xx.2015 tarixindən indiyədək çalışır və onun orta aylıq əmək haqqı 1,560.00 manat təşkil edir. Məhkəmədə tədqiq olunan sübutlarla müəyyən olundu ki, Şabran rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(031)-597/2019 saylı qətnaməsinə əsasən Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanması məqsədi ilə hər uşaq üçün ayda 150 manat məbləğində aliment müəyyən edilmişdir. Məhkəmənin müəyyən etdiyi alimentlə iddiaçı uşağları saxlamaqda çətinlik çəkir. İddiaçı heç yerdə işləmir, başqa qazanc yeri də yoxdur. Bu səbəbdən də, iddiaçı aliment məbləğinin dəyişdirilməsi barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99 maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16 fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqların saxlama qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı Maddəsinə əsasən 2 (iki) uşağa görə valideynin qazancının 1/3 hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1. maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancı (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun oalaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 101.2. maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Şabran rayon məhkəməsinin 2(031)-597/2020 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən hər uşaq üçün ayda 150 manat məbləğində müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh aylıq qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulub xx xxx 2010-cu il təvəllüdlü X3 və xx xxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şabran rayon məhkəməsinin 2(031)-597/2020 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən hər uşaq üçün ayda 150 manat məbləğində müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh aylıq qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulub xx xxx 2010-cu il təvəllüdlü X3 və xx xxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün İddiaçı verilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuniyi qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-761/2020
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-761/2020
21.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver