Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-777/2024 31.10.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı X4 Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabran Rayon Məhkəməsinin 2(031)-50/2023 saylı, 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə 06 iyul 2008-ci il təvəllüdlü X5, 05 fevral 2012-ci il təvəllüdlü X2, 09 fevral 2013-cü il təvəllüdlü X7 və 24 fevral 2015-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 940 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin 2(031)- 50/2022 saylı, 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı “nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı X10 ilə Cavabdeh arasında 25 sentyabr 2007-ci il tarixdə Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 265 nömrə ilə qeyd edilmiş nikah pozulması, Boşanmadan sonra 06 iyul 2008-ci il təvəllüdlü X11, 05 fevral 2012-ci il təvəllüdlü X9, 09 fevral 2013- cü il təvəllüdlü X12 və 24 fevral 2015-ci il təvəllüdlü X13 iddiaçı X4 yanında qalması, Cavabdeh 31 avqust 2021 -ci il tarixdən başlayaraq 11 oktyabr 2021 -ci il tarixli qərardad nəzərə alınmaqla 06 iyul 2008-ci il təvəllüdlü X5, 05 fevral 2012-ci il təvəllüdlü X3, 09 fevral 2013cü il təvəllüdlü X7 və 24 fevral 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 100 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qət edilmişdir. Hazırda qət edilən alimentlə uşaqların ehtiyaclarını ödəmək qeyri mümkündür, özü də heç bir yerdə işləmir. Cavabdehin isə qeyri-rəsmi kifayət qədər gəlir mənbəyi vardır. Hazırki şəraitdə himayəsində olan 4 uşağı saxlamağa ciddi çətinlik çəkir. Belə ki, kirayədə yaşayırlar, uşaqlar məktəblidirlər. Ona görə də, alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət etmişdir. İddiaçı X10 teleqramla məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbi ilə razılaşmadığını bildirmişdir. Məhkəmə cavabdehi dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci ildə Gözəl, xx.xx.2012ci ildə Kamalə, xx.xx.2013-cü ildə Vahid və xx.xx.2015-ci ildə Cahid adlı uşaqları olmuşdur. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2(031)- 50/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X10 ilə Cavabdeh arasında 25 sentyabr 2007-ci il tarixdə Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 265 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra 06 iyul 2008-ci il təvəllüdlü X5, 05 fevral 2012-ci il təvəllüdlü X2, 09 fevral 2013-cü il təvəllüdlü X7 və 24 fevral 2015-ci il təvəllüdlü X8 iddiaçı X4 yanında qalması, Cavabdeh 31 avqust 2021-ci il tarixdən başlayaraq 11 oktyabr 2021ci il tarixli qərardad nəzərə alınmaqla 06 iyul 2008-ci il təvəllüdlü X5, 05 fevral 2012-ci il təvəllüdlü X2, 09 fevral 2013-cü il təvəllüdlü X7 və 24 fevral 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 100 (yüz) manat olmaqla, ümumilikdı 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında X10 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödənilmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı hər uşaq üçün ayda 100 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşaqları saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Republikası Qanuna əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, 06 iyul 2008-ci il təvəllüdlü X5, 05 fevral 2012-ci il təvəllüdlü X2, 09 fevral 2013-cü il təvəllüdlü X7 və 24 fevral 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər uşaq üçün ayda sabit pul məbləğində 100 manat miqdarında alimentin tutulmasına dair Şabran Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(031)-50/2022 saylı qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilərək Şabran Rayon Məhkəməsinin 3(031)-159/2024, 3(031)-489/2023, 3(031)-17/2022, 3(031)- 626/2022 saylı qərarları ilə barəsində inzibati tənbeh tətbiq edilməsi, onun maddi və ailə vəziyyəti ilə eyni zamanda uşaqların normal şəraitdə yaşamasının təmin edilməsi nəzərə alınaraq hər uşaq üçün ayda sabit pul məbləğində 145 manat miqdarında aliment tutulmalıdır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, iddia qismən təmin edilməli və Şabran Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(031)- 50/2022 saylı qətnaməsi əsasında Cavabdeh iddiaçı X4 xeyrinə 06 iyul 2008-ci il təvəllüdlü X5, 05 fevral 2012-ci il təvəllüdlü X2, 09 fevral 2013-cü il təvəllüdlü X7 və 24 fevral 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün ayda sabit pul məbləğində tutulan 100 manat miqdarda alimentin məbləği artırılmalı, 06 iyul 2008-ci il təvəllüdlü X5, 05 fevral 2012-ci il təvəllüdlü X2, 09 fevral 2013-cü il təvəllüdlü X7 və 24 fevral 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər uşaq üçün ayda sabit pul məbləğində 145 manat miqdarda olmaqla, ümumilikdə 580 manat aliment tutularaq iddiaçı X6 verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(031)-50/2022 saylı qətnaməsi əsasında Cavabdeh iddiaçı X4 xeyrinə 06 iyul 2008-ci il təvəllüdlü X5, 05 fevral 2012-ci il təvəllüdlü X2, 09 fevral 2013-cü il təvəllüdlü X7 və 24 fevral 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün ayda sabit pul məbləğində tutulan 100 manat miqdarda alimentin məbləği artırılsın. 06 iyul 2008-ci il təvəllüdlü X5, 05 fevral 2012-ci il təvəllüdlü X2, 09 fevral 2013-cü il təvəllüdlü X7 və 24 fevral 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər uşaq üçün ayda sabit pul məbləğində 145 (yüz qırx beş) manat miqdarda olmaqla, ümumilikdə 580 (beş yüz səksən) manat aliment tutularaq iddiaçı X6 verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-777/2024
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-777/2024
31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver