Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-789/2023 02.11.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ X9 Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sabit məbləğində alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 220 manat sabit pul məbləği olmaqla cəmi 440 manat Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü Firəngiz və xx.xx.2009-cu il təvəllüdlü Aqşin adlı övladları dünyaya gəlmişdir. Xasiyyətləri düz gəlmədiyi üçün Cavabdeh Şabran rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən rəsmi olaraq boşanmışlar və hər iki uşaq onun himayəsində saxlanılmışdır. Şabran rayon məhkəməsinin 2(031 )-1010/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması məqsədi ilə hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Bildirmək istəyir ki, qızının hazırda 15, oğlunun isə 14 yaşı var və Şabran rayon məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə çıxarılmış qətnamədə qeyd olunmuş 100 manat aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə bir uşaq üçün 220 manat müəyyən edilmişdir. Cavabdeh "xxxx" QSC-də işləyir. Onu da qeyd etmək istəyir ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır və uşağın bütün qayğısını, ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim- tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək də tək qadın olaraq ona çox çətindir. Hazırda övladı ilə birlikdə valideyinlərinin himayəsində yaşayır. Buna görə də, o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Xahiş edir, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 220 manat sabit pul məbləği olmaqla cəmi 440 manat Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılsın. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək əlavə olaraq bildirdi ki, iki uşağa 200 manat aliment müəyyən edilmişdir, uşaqlar böyüyüblər, təlabatları artmışdır, onun aylıq qazancı 400 manatdır, əldə etdiyi gəlirlə uşaqları saxlamaqda çətinlik çəkir, iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, o, 476 manat əmək haqqı alır, aldığı əmək haqqından hər ay aliment məbləği tutulur. İddiaçının tələb etdiyi aliment məbləğini ödəmək imkanı yoxdur. İmkanı çatdığı miqdarda hər uşaq üçün 130 manat aliment ödəməyi öhdəsinə götürür. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1988-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş AZ-İ seriyalı 262859 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış rəsmi nikah 07 sentyabr 2017-ci ildə ləğv edilmişdir. İşə əlavə edilmiş AZ-İİ seriyalı 368215 saylı, AZ-İİ seriyalı 086278 saylı doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrin surətindən görünür ki, tərflərin birgə nikahlarından 29 avqust 2009-cu ildə Aqşin, 01 mart 2008-ci ildə Firəngiz adlı uşaqları olmuşdur. İşə əlavə edilmiş Şabran rayonu İHB-nın Şabran şəhəri üzrə nümayəndəsi tərəfindən verilmiş 09 avqust 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İşə əlavə edilmiş Şabran Rayon Məhkəməsinin 13 iyul 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 04 dekabr 2006-cı ildə Dəvəçi (Şabran) rayon Qeydiyyat Şöbəsində bağlanmış 316 saylı nikahları pozulmuş, boşanmadan sonra uşaqlar ananın yanında qalmış, Cavabdeh hər uşağa görə ayda 100 manat aliment alınaraq 01 mart 2008-ci il təvəllüdlü X3, 29 avqust 2009-cu ildə doğulmuş X2 üçün İddiaçı verilməsi qət edilmişdir. İşə əlavə edilmiş "xxxx" QSC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh həqiqətən X8 vaqon baxıcısı-təmirçisi işləyir. 2022-2023-cü illər ərzində hər ay 466 manat əmək haqqı almış, əmək haqqı maaşından hər ay 200 manat tutmalar aparılmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh əmək haqqının hesablama vərəqəsindən görünür ki, onun vəzifə maaşı 466.00 manatdır, 707.13 manat hesablanır, 200 manat aliment ilə birlikdə 324.03 manat tutulur, alınacaq məbləğ 383.10 manatdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin bigə nikahından xx.xx.2008-ci ildə Firəngiz və xx.xx.2009-cu ildə Aqşin adlı övladları doğulmuşdur. Eyni zamanda, Şabran Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 13 iyul 2017-ci il tarixli, 2(031)-1010/2017 saylı qətnaməsi ilə xx.xx.2008-ci ii təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşaq üçün ayda 100 (bir yüz) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. İddiaçı hazırda cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşaqların artan tələbatını qarşılaya bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən "Uşaq hüquqları" haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmçinin, həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bu Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında 09 dekabr 2022-ci il tarixli Qanuna əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikasında uşağa münasibətdə 2023-cü il üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş və uşaqların saxlanılmasına kömək və qayğı göstərmək onun valideynlik borcudur. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikasında 2023-cü il üçün uşağa münasibətdə yaşayış minimumunun 220 manat müəyyən edilməsinə baxmayaraq, cavabdehin aylıq əldə etdiyi 466 manat qazancı olması zərurəti nəzərə alınsa, sosial ədalət nöqteyi-nəzərdən qeyd olunan yaşayış minimumunun tutulması məqsədəmüvafiq deyildir. Belə ki, tərəflərin ümumi nikahından doğulmuş uşaqlarının yetkinlik yaşına çatanadək saxlaması nəinki atanın, həmçinin ananın da üzərinə düşür və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması məhz onların valideynlərinin borcudur. Bu hal isə onu qeyd etməyə kifayət edir ki, uşaqların maddi və mənəvi cəhətdən təminatını həm ata, həm də ana eyni qaydada təmin etməlidir. Lakin, bu zaman sosial ədalət prinsipi əsas götürülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 82/2016 saylı Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəflərin maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, uşaqların əvvəlki vəziyyətdə saxlanılması vacibliyini, həmçinin uşaqların minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Şabran Rayon Məhkəməsinin 2(031)-1010/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixdə qəbul edilmiş qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh hazırki mülki iş üzrə qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqəsədi ilə hər uşaq üçün ayda 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 2(031)-1010/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixdə qəbul edilmiş qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh hazırki mülki iş üzrə qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqəsədi ilə hər uşaq üçün ayda 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Cabbarov.
Məhkəmə qərarları › İş №2(031)-789/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-789/2023
02.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver