Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-80/2025 20.02.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borclu olduğu 4350 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 63,50 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin iyul ayında Cavabdeh övladının ağır xəstə olduğunu bildirərək övladının müalicəsi üçün ona borca pul lazım olduğunu bildirmişdir. O, müxtəlif şəxslərdən borca pul taparaq Cavabdeh 27 iyul 2022-ci il tarixində 400 manat, 29 iyul 2022-ci il tarixində 250 manat, 19 avqust 2022-ci il tarixində 250 manat, 21 avqust 2022-ci il tarixində 200 manat, 24 avqust 2022-ci il tarixində 100 manat, 26 avqust 2022-ci il tarixində 200 manat, 28 avqust 2022-ci il tarixində 400 manat, 24 sentyabr 2022-ci il tarixində 200 manat, 27 sentyabr 2022-ci il tarixində 100 manat, 29 sentyabr 2022-ci il tarixində 300 manat, 30 sentyabr 2022-ci il tarixində 200 manat olmaqla cəmi 2600 manat məbləğində pulu borca vermişdir. Ona pul verən şəxslərə borca verdikləri pulların müqabilində əlavə olaraq 1820 manat pul ödənilməli idi ki, Cavabdeh ilə aralarında olan şifahi razılığa əsasən o, əsas borcla birlikdə 1820 manat pulu da tezliklə tam şəkildə ona qaytarmağı öhdəsinə götürmüşdür. Yəni cavabdeh ona cəmi 4420 manat məbləğində pulu geri qaytarmalı, o da həmin pulu cavabdehdən alıb sahiblərinə geri qaytarmalı idi. Lakin cavabdeh bu günə qədər borcundan cəmi 70 manat pul qaytarmış və cavabdehin ona ödənilməmiş 4350 manat borcu qalmışdır. Üzərindən xeyli müddət keçməsinə baxmayaraq cavabdeh ona olan borcunu qaytarmamışdır. O, dəfələrlə cavabdehdən borca götürdüyü pulları geri tələb etsə də, heç bir nəticəsi olmamışdır. O, məcbur olub vasitəçi kimi borca pul tapdığı şəxslərin pullarını bankdan kreditlə pul götürərək özü qaytarmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 63,50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübutların əsas xüsusiyyətlərindən biri onların mötəbərliyi olmaqla, həmin Məcəllənin 389-cu maddəsinə əsasən qeyri-mötəbər sübutlara istinad edilməsi məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut olunmaması kimi qiymətləndirilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İş materiallarında olan “WhatsApp” tətbiqində olan yazışmalara əsasən İddiaçı Cavabdeh məxsus olduğunu iddia etdiyi ***-***-**-** və ***-***-**-** mobil nömrələr “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində Cavabdeh məxsus nömrələr sırasında mövcud deyildir. Bundan əlavə İddiaçı Cavabdeh məxsus nömrə olduğunu iddia etdiyi digər nömrə olan +**********6 Rusiya Federasiyasına məxsus mobil nömrənin həqiqətən də Cavabdeh məxsus olmasını əsaslandıra bilməmişdir. Sadəcə “WhatsApp” tətbiqində qeyd olunan nömrəyə məxsus profil şəklində Cavabdeh şəkli yerləşdirilmişdir ki, bu sübuta Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən hərtərəfli baxsaq, qeyd olunan nömrənin cavabdehdən başqa şəxsə məxsus olması halını istisna etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti 2022-ci il tarixdə yarandığından bu münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dən əvvəl qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi iddiaçının iddia etdiyi məbəğ, yəni 4350 manat 3000 manatdan çox olduğuna görə borc müqaviləsi şifahi formada yox, yazılı formada bağlanmalı idi. Lakin iş materiallarında sözügedən borc müqaviləsinin yazılı formada bağlanmasına dair hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 63,50 manat məhkəmə xərci İddiaçı özünə aid edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 63 (altmış üç) manat 50 (əlli) qəpik dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şabran Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-80/2025
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-80/2025
20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver