Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-826/2020 24.11.2020 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: «İddiaçı» İstehsalat Birliyinin CAVABDEH: Cavabdeh qarşı Dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: «İddiaçı» İstehsalat Birliyi məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 561.60 manat məbləğində dəymiş ziyanın tutularaq **********00200 saylı abonent koduna və 30 (otuz) manat dövlət rüsumunun «İddiaçı» İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «İddiaçı» İstehsalat Birliyi iddiasını onunla əsaslandırmışdır ki, «İddiaçı» İB-i Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana «İddiaçı» İB-yi tərəfindən **********00200 nömrəli abonent kodu verilmiş, mənzilində Elster tipli, ******* saylı qaz sayğacı quraşdırılmışdır. Xaçmaz RQİİ-nin Şabran XS-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə abonentin sayğacına baxış keçirilmiş, sayğacdan kənar boru vasitəsi ilə təbii qazdan istifadə halı aşkar edilmişdir. Buna görə də abonent barəsində «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə qanunsuz istifadə olunması nəticəsində «İddiaçı» İB-yə 561,60 manat məbləğində ziyan dəymişdir.Tərəflərindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin məbləğdən heç bir ödəniş həyata keçirməmiş, buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Xahiş edir, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 561.60 manat məbləğində dəymiş ziyanın tutularaq **********00200 saylı abonent koduna və 30 (otuz) manat dövlət rüsumunun «İddiaçı» İBnin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılsın. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, «İddiaçı» İB-i ona məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Onun ünvanına «İddiaçı» İB-yi tərəfindən **********00200 nömrəli abonent kodu verilmiş, mənzilində Elster tipli, ******* saylı qaz sayğacı quraşdırılmışdır. Xaçmaz RQİİ-nin Şabran XS-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə onun sayğacına baxış keçirilmiş, sayğacdan kənar boru vasitəsi ilə təbii qazdan istifadə halı aşkar edilmişdir. Bu barədə akt tərtib lunmuşdur. Təbii qazdan qanunsuz olaraq kənar xəss vasitəsi ilə istifadə etdiyinə görə 561,60 manat məbləğində ziyan hesablanmışdır. Həmin ziyandan 50 manat ödəniş etmişdir. Qalan borcu da hissə-hissə ödəməyə etiraz etmir. Məhkəmə cavabdehi dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «İddiaçı» İB-yi tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxx 2020-ci il tarixli ******* saylı akta əsasən 5616 kub metr itirilmiş qazın bərpa edilməli olması qeyd olunmuşdur. İşə əlavə edilmiş Təbii qazandan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktdan görünür ki, Cavabdeh məxsus Elster G-4 markalı, ******* nömrəli qaz sayğacından sonra 10 metr aralıda yerləşən dikborudan rezin boru vasitəsi ilə təbii qazdan qeyri təbii qanunsuz istifadə olunduğu aşkarlanmışdır. Dəymiş ziyan hesablansın və qazın dəyəri ödənilsin. İşə əlavə edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx xxxxx 2020-ci il tarixli 5886 saylı müqavilədən görünür ki, Xaçmaz RQİİ ilə Cavabdeh arasında müqavilə bağlanmış və müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasın ödəyir. İşə əlavə edilmiş Abonentin saldosundan görünür ki, Cavabdeh qazdan istifadəyə görə 561.60 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ona görə də, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 561.60 manat məbləğində dəymiş ziyan tutularaq **********00200 saylı abonent koduna və 30 (otuz) manat dövlət rüsumu «İddiaçı» İB-nin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 561.60 manat məbləğində dəymiş ziyan tutularaq **********00200 saylı abonent koduna və 30 (otuz) manat dövlət rüsumu «İddiaçı» İB-nin bank hesabına ödənilsin. Məhkəmə qətnaməsi şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-826/2020
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-826/2020
24.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver