Məhkəmə qərarları › İş №2(031)-830/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-830/2025

05.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-830/2025 05.11.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "dəymiş ziyan” tələbinə dair mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "dəymiş ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 1600 manat ziyanın və ödədiyi 37 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2024-cü ilin avqust ayında o, Taleh adında şəxs vasitəsi ilə cavabdeh ilə tanış olmuşdur. Tanış olmağının səbəbi Cavabdeh heyvan alqı-satqısı ilə məşğul olmasıdır. Ona da süd verən heyvan lazım idi. 2024-cü ilin avqust ayının axırı o, Cavabdeh 1600 manat pul müqabilində yanında balası ilə iribuynuzlu mal(inək) almışdır. Heyvan gətirdikdən sonra onun otlamadığını görüb, Cavabdeh ilə əlaqə saxlamış və bildirmişdir ki, heyvan qidalanmır. Cavabdeh ona bildirdiki, ola bilər yerini dəyişib. O, heyvan üçün yem almış, heyvan yemə də toxunmadı. O, özü, oğlu Mərdanov Famil cavbdeh ilə telefon əlaqəsi saxlayıb, ona satdığı heyvanın qidalanmamasını bildirib, heyvanını geri qaytarılmasını və ödədiyi pulu ona qaytarılmasını xahiş etmişdir. İribuynuzlu malı balası ilə birlikdə cavabdehə aldığı gündən təxminən 12-13 gün sonra geri qaytardı və ondan pulunu istədi. Cavabdeh ona bildirdi ki, heyvanı satıb pulunu verəcək. O, heyvanı cavabdehə qaytardıqdan təxminən bir neçə aydan sonra eşitmişdir ki, Cavabdeh heyvanları satıb. O, ona zəng vurub pulunu istəsə də, o, ona bildirmişdir heyvanı satıb və onun pulunu verəcək. Lakin onu aldadaraq pulunu vermədi. O, da məcbur olub bu barədə Şabran rayon Polis Şöbəsinə müraciət etmişdir .Şabran rayon Polis Şöbəsində araşdırma aparıldıqdan sonra xx.xx.2025-ci il tarixli məktubu ilə ona bildirildi ki, müraciəti mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququ var. Onun dediklərini onun ailə üzvləri təsdiq edə bilərlər, eləcə də o, bildiyinə görə, Rzayev X1 rayon Polis şöbəsində verdiyi izahatda ona 1600 manat pulun borclu olduğunu bildirmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, malı alandan 3 gün sonra cavabdehə zəng etmişdir ki, mal süd vermir. Cavabdeh də ona demişdir ki, yeri dəyişdiyi üçün elə olub. 10 gündən sonra inəyi və yanında olan balasını cavabdehə qaytarmışdır. Malı alarkən verdiyi 1550 manat məbləğində pulu cavabdeh malı satdıqdan sonra verəcəyini demişdir. 50 manat da malı cavabdehə qaytararkən maşina vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134, 135, 138 və 139-cu maddələrində nəzərdə tutulmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir. Buna baxmayaraq Cavabdehməhkəmə iclasına gəlməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "dəymiş ziyan” tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şabran Rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 04 iyul 2025-ci il tarixli məktubdan görünür ki, müraciətinizdə heç bir cinayət və inzibati xəta tərkibi olmadığından toplanmış material arayışla işə alınmış və müraciətiniz mülki xarakterli olduğundan aidiyyəti ilə məhkəmə orqanına müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Rzayev X1 Rayon Polis Şöbəsinə verdiyi izahatında qeyd edilmişdir ki, Mərdan 2024-cü ilin avqust ayında onun yaşadığı ünvana gəlmiş və aralarında razılığa gələrək yanı balalı bir baş inəyi 1550 manat pul verərək almışdır. Təxminən üstündən 20 gün keçdikdən sonra Mərdan inəyi balası ilə birlikdə Şabran şəhəri, Nizami küçəsində yerləşən yaşadığı evin həyətinə gətirib qoymuş və demişdir ki, inəy süd vermir. O, da inəyə baxmış və demişdir ki, sən inəyi aparıb xəstələndirmisən, inəy də balası da qızdırmadan ölmüşlər. O, Mərdana salamat inək və buzov vermişdir. Ölmüş inəyi liman tərəfdə çöllük sahəyə atmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Şabran Rayon Məhkəməsində baxılması üçün 37 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, 2024-cü ilin avqust ayında İddiaçı Cavabdeh 1550 manat dəyərində yanı balalı bir ədəd iribuynuzlu mal almışdır. İnək süd vermədiyi və yemdən kəsildiyi üçün iddiaçı heyvanı aldığı gündən üç gün sonra cavabdehə bu barədə məlumat vermiş, cavabdeh də qarşılığında inəyin yeri dəyişdiyi üçün belə olduğunu demişdir. İddiaçı da, aldığı yanı balalı inəyin vəziyyətinin yaxşı olmadığını görüb cavabdehin də razılığı ilə inəyi və balasını geri qaytarmışdır. Lakin, cavabdeh bu vaxta kimi iddiaçıdan aldığı 1550 manat məbləğində pulu geri qaytarmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 609.1-ci maddəsinə əsasən heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. Həmin Məcəllənin 609.2-ci maddəsinə əsasən faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: Həmin Məcəllənin 609.2.2-ci maddəsinə əsasən qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə. Həmin Məcəllənin 609.5-ci maddəsinə əsasən qarantiya müddəti riskin alıcıya keçdiyi günün sonundan başlanır. Həmin Məcəllənin 610-cu maddəsinə əsasən yazılı müqavilədə tərəflər bu Məcəllənin 609-cu maddəsində nəzərdə tutulan məsuliyyətin məhdudlaşdırılmasının xüsusi şərtləri barəsində razılığa gələ bilərlər. Həmin şərtlərə əsasən başlıca qüsurların olmamasına və ya müəyyən xassələrin olmasına təminat verilə bilər, qarantiya müddətləri uzadıla və ya qısaldıla bilər. Həmin Məcəllənin 611-ci maddəsinə əsasən qarantiya müddəti ərzində hər hansı başlıca qüsur aşkar edildikdə ehtimal olunur ki, həmin qüsur riskin alıcıya keçdiyi ana qədər mövcud idi. Həmin Məcəllənin 612.3-cü maddəsinə əsasən əgər satıcı heyvanın, quşun və ya balığın hər hansı başlıca qüsurlarının olmadığına və ya hər hansı konkret xassələrinin olduğuna xüsusi qarantiya verirsə və onlar bu qarantiyaya uyğun gəlmirsə, alıcı müqavilənin ləğvini və ya icra edilməmə nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə, alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Rzayev X1 Rayon Polis Şöbəsinə verdiyi izahatında qeyd edilmişdir ki, Mərdan 2024-cü ilin avqust ayında onun yaşadığı ünvana gəlmiş və aralarında şifahi razılığa gələrək yanı balalı bir baş inəyi 1550 manat pul verərək almışdır. Təxminən üstündən 20 gün keçdikdən sonra Mərdan inəyi balası ilə birlikdə Şabran şəhəri, Nizami küçəsində yerləşən yaşadığı evin həyətinə gətirib qoymuş və demişdir ki, inəy süd vermir. O, da inəyə baxmış və demişdir ki, sən inəyi aparıb xəstələndirmisən, inəyin də balası da qızdırmadan ölmüşlər. O, Mərdana salamat inək və buzov vermişdir. Ölmüş inəyi liman tərəfdə çöllük sahəyə atmışdır. Məhkəmə tərəfindən cavabdehə məhkəmə iclasında iştirak etməsi ilə əlaqədar bildirişlər göndərilmiş, cavabdeh həmin bildirişləri almış, məhkəmə iclasından məlumatlı olmuş, lakin həmin iddia ilə əlaqədar sübutlarını, etirazını, həkim arayışını məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında şifahi razılığa gələrək yanı balalı bir baş inəyi 1550 manat pul verərək almışdır. Cavabdeh tərəfində iddiaçıya qüsurli yanı balalı bir baş inəyi vermişdir. İddiaçı haqlı olaraq almış olduğu qüsurli yanı balalı bir baş inəyi cavabdehə geri qaytarmış cavabdeh isə almış olduğu 1550 manat məbləğində pulu iddiaçıya geri verməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq vermiş olduğu 1550 manatı geri qaytarılmasını istəyir.Ona görədə iddia qismən təmin edilməli, Cavabdeh 1550 manat məbləğində pul və ödənilmiş 35 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360 maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1550 (min beş yüz əlli) manat məbləğində pul və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar