Məhkəmə qərarları › İş №2(031)-836/2025

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-836/2025

14.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-836/2025 14.10.2025 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin reqres qaydasında ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şabran Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin reqres qaydasında ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş maddi zərərin əvəzi olaraq 3937 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 59,37 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Turan Bank ASC ilə Cavabdeh arasında bağlanmış 08 iyun 2012-ci il tarixli, İKK № 498/f-12 saylı kredit müqaviləsinə əsasən ona 1-ci ayı faizsiz, 2-ci aydan etibarəm illik 28 faiz olmaqla 24 ay müddətinə 1900 ABŞ dolları məbləğində istehlak kredit kartı verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Turan Bank ASC ilə onun və Cavabdeh arasında 08 iyun 2012-ci il tarixli, 498/f-z-12 saylı zaminlik müqaviləsi bağlanmışdır. Belə ki, kredit müqaviləsi üzrə əsas borclu Cavabdeh nə əsas borc, nədəki faiz borcu üzrə heç bir ödəniş etmədiyindən Turan Bank ASC Şabran rayon məhkəməsində ona və Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun tutulması" tələbi barədə iddia qaldırmış, Şabran rayon məhkəməsinin 19 iyun 2013-cü il tarixli, 2/031/-352,2013 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh və ondan 1898,72 ABŞ dollar əsas, 596,62 ABŞ dollar faiz borcu, 150 ABŞ dollar dəbbə pulu, cəmi 2645,34 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumunun birgə qaydada millli manat ekvivalentində tutularaq Turan Bank ASC- yə ödənilməsi qət edilmişdir. Şabran rayon məhkəməsinin qətnaməsi icraya yönəldiləndən sonra da, Cavabdeh banka olan borcundan heç bir ödəniş etmədiyindən tələb 2016-cı ildə onun əmək haqqına yönəldilmişdir. Belə ki, tələb onun əmək haqqına yönəldilən dövrdə o Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi, 2017-ci ildə Bakı Lokomotiv Deposunda maşinist köməkçisi və 2018-ci ildən Bakı Lokomotiv Deposunda maşinist vəzifələrində işləmişdir. Manatın ABŞ dollar qarşısında məzənnələri nəzərə alınmaqla 2016-2022-ci illər ərzində onun əmək haqqından 4017 manat pul tutularaq Turan Bank ASC-yə ödənilmişdir. 2022də ödəniş tam şəkildə başa çatmışdır. X1 rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 25 noyabr 2022-ci il tarixli məktubda Şabran rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(031)-352/2013 saylı icra sənədinə əsasən başlanmış icra işi üzrə borclular Cavabdeh və İddiaçı tərəfindən ödənilməli olan borcun tam şəkildə bağlandığı, göstərilənlərlə əlaqədar olaraq xx.xx.2013-cü il tarixli, 2(031)-352/2013 saylı icra vərəqəsi üzrə başlanmış icra işinə "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsi xahiş edilmiş, həmin məktub əsasında xx.xx.2013-cü il tarixli, 2(031)- 352/2013 saylı icra vərəqəsi üzrə icraata xitam verilmişdir. Əmək haqqından bankın xeyrinə ödəmişlər tutulduğu dövlərdə, yəni 5 il bundan əvvəl Cavabdeh borcundan ona bir dəfə 50 manat, bir dəfə də 30 manat olmaqla ödənişlər etmişdir. O, dəfələrlə Cavabdeh banka olan borcunu qaytarmasını, o bank kreditini tam şəkildə bağlayandan sonra isə əmək haqqından tutulan 4017 manat pulun ona ödəməsini cavabdehdən tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də Cavabdeh ona vurduğu zərərə görə 3937 manat pul alınıb mənə ödənilməlidir. 4017-80=3937. Ona görə də o, dəymiş zərərin əvəzinin reqres qaydasında ödənilməsi iddiası ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh onun kredit borcuna görə İddiaçı əmək haqqından tutulan pulu geri qaytarmağa etiraz etmədiyini, həmin məbləği hər ay 40 manat ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şabran Rayon Məhkəməsinin 2(031)-352/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh və İddiaçı 1898,72 ABŞ dollar əsas, 596,62 ABŞ dollar faiz borcu, 150 ABŞ dollar dəbbə pulu, cəmi 2645,34 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumu birgə qaydada millli manat ekvivalentində tutularaq Turan Bank ASC- yə ödənilməlidir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 2(031)-352/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Turan Bank ASC ilə İddiaçı və Cavabdeh arasında 08 iyun 2012-ci il tarixli, 498/f-z-12 saylı zaminlik müqaviləsi bağlanmış, Cavabdeh təşkilat qarşısında öz öhdəliklərini yerinə yetirənədək İddiaçı birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Şabran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)- 852/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu İddiaçı tələbkar Turan Bank ASC-nin xeyrinə 3004,16 manat məbləğində kredit ödəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 59,37 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yarancaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə Turan Bank ASC arasında 08 iyun 2012-ci il tarixli, İKK № 498/f-12 saylı kredit müqaviləsi, həmçinin kredit vəsaitinin banka qaytarılmasının təminatı kimi İddiaçı ilə bank arasında 08 iyun 2012-ci il tarixdə, 498/f-z-12 saylı zaminlik müqaviləsi imzalanmışdır. Sonradan banka pul ödənilmədiyinə görə məhkəmə qətnaməsi çıxarılmış, icraya yönəldilmiş və icra mərhələsində iddiaçının əmək haqqına yönəldilmişdir. Şabran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)- 852/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu İddiaçı tələbkar Turan Bank ASC-nin xeyrinə 3004,16 manat məbləğində kredit ödəmişdir. Beləliklə, müqavilə üzrə zamin olan İddiaçı bank qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirsə də, əsas borclu Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə kreditorun əsas borcluya qarşı kredit müqaviləsi üzrə hüquqları təmin edilmiş pul öhdəliyinə münasibətdə zaminə keçmiş və əsas borclunun zamin qarşısında məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Qeyd olunan qanunvericilik normasından da göründüyü kimi bank qarşısında öhdəliyi icra etmiş zamin həmin öhdəlik çərçivəsində ona dəymiş olan ziyanı əsas borcludan tələb etməkdə haqlıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iş materiallarında olan Şabran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən İddiaçı əmək haqqından 3004,16 manat məbləğində pul tutulduğundan Cavabdeh 3004,16 manat pul vəsaiti və 59,37 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3004,16 (üç min dörd manat on altı qəpik) manat pul vəsaiti və 59,37 (əlli doqquz manat otuz yeddi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar