Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-86/2023 26.01.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı Pul tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq 30000 (otuz min) AZN borc məbləğinin və 180 (yüz səksən) AZN dövlət rüsumunun, ümumilikdə 30180 (otuz min yüz səksən) AZN məbləğində pul vəsaitinin cavabdeh X1 tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 01 fevral 2020-ci il tarixli borc müqaviləsi imzalanmış və o-İddiaçı (Borc verən) Cavabdeh (Borc alan) 30 000 AZN məbləğində pul borc vermişdir. Cavabdeh də öz növbəsində 01 fevral 2021-ci il tarixinədək borcu qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən borcun qaytarılması ilə əlaqədar hər hansı bir ödəniş edilməmişdir. Hal-hazırda Cavabdeh ona 30 000 AZN borcu mövcuddur. Borcun ödənilməli olduğu tarixdən uzun müddət keçməsinə baxmayaraq, o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Xahiş edir, 30000 (otuz min) AZN borc məbləğinin və 180 (yüz səksən) AZN dövlət rüsumunun, ümumilikdə 30180 (otuz min yüz səksən) AZN məbləğində pul vəsaitinin cavabdeh X1 tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılsın. İddiaçı iddia ərizəsini müdafiə edərək əlavə olaraq göstərdi ki, o, Amidə verdiyi pulu başqalarından almışdır. Başqalarına söz vermişdir ki, tezliklə aldığı pulu geri qaytaracaqdır. Həmin pulu Amidə bir dost kimi etibar edib vermişdir. İnd idə münasibətləri pis deyil, lakin, müddət keçdiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Həm də, pulu verənlər ondan pullarını tələb edirlər. Bu səbəbdən də, iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, onunla cavabdeh İddiaçı arasında 01 fevral 2020-ci il tarixli borc müqaviləsi imzalanmış və İddiaçı ona 30000 AZN məbləğində pul borc vermişdir. O, həmin borc pulu 01 fevral 2021-ci il tarixdə qaytaracağını öz öhdəsinə götürmüşdür. Lakin xəstəliklər olduğu, bununla əlaqədar işləmədiyindən maddi imkanı olmadığına görə həmin borc pulu qaytara bilməmişdir. Ona təqdim olunan müqavilədəki imza ona məxsusdur. Xəbərdarlıq məktubunu da almışdır. O, iddianı qəbul edir, iddiaçıya olan borcunu hissə-hissə qaytarmağı öhdəsinə götürür. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2020-ci il tarixli borc müqaviləsinə əsasən İddiaçı (Borc verən) Cavabdeh (Borc alan) 30 000 AZN məbləğində pul borc vermişdir. İşə əlavə edilmiş 15 oktyabr 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 30 000 AZN borcun ödənilməsi barədə İddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1. maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhtəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə iş materiallarını tərəflərin izahatları araşdırıb belə nəticəyə gəlir ki, Cavabdeh 30000 (otuz min) AZN borc məbləği və 180 (yüz səksən) AZN dövlət rüsumu, ümumilikdə 30180 (otuz min yüz səksən) AZN məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməklə iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 30000 (otuz min) AZN borc məbləği və 180 (yüz səksən) AZN dövlət rüsumu, ümumilikdə 30180 (otuz min yüz səksən) AZN məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov
Məhkəmə qərarları › İş №2(031)-86/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-86/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver