Məhkəmə qərarları › İş №2(031)-915/2023

Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-915/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-915/2023 18.10.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Mən, hakim X2 İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliklərinin yerinə yerinə yetirilməsi” tələbi barədə məhkəməyə təqdim etdiyi iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM : İddiaçı məhkəmədə Cavabdeh qarşı “müqavilə öhdəliklərinin yerinə yerinə yetirilməsi” tələbi barədə iddia qaldırmışdır. Ərizəni nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, işə əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən belə olan halda iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263 - 264 maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliklərinin yerinə yerinə yetirilməsi” tələbi barədə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC, Şabran filialı vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Şabran rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar