Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-92/2023 09.02.2023 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim İsgəndərov Çingiz Əmir oğlunun sədrliyi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə İDDİAÇİ: İddiaçı CAVABDEH: Cavabdeh qarşı Pul tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 13400 (on üç min dörd yüz) manat pulun və ödənilmiş 130 manat 20 qəpik dövlət rüsumunun 13530 (on üç min beş yüz otuz) manat 20 qəpik pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Xaçmaz rayonu, Fəcət stansiyasında işlədiyi vaxtdan tanışdır. Belə ki, o, özü də həmin stansiyada mal yükləyibboşaldan kimi fəhlə işləmişdir. İş prosesində aralarında dostluq münasibətləri yaranmış, dəfələrlə çörək kəsmişlər. 2021 - ci ilin noyabr ayında Rahib ona müraciət edərək xahiş etdi ki, işində problemlər yaranıb, təcili ona 08 min manat pul lazımdır, əks halda onu işdən çıxarıb tutacaqlar. Ona onun pulunun olmadığını desə də, təhkidlə və yalvarışlarla xahiş etdi ki, yaxınlardan, qohumlardan onun üçün pul tapır. Aralarında dostluq münasibətləri olduğuna görə 2021 -ci ilin noyabr ayının 14-də başqalarından alıb ona 07 min manat borca pul verdi. Özü öz xətti ilə qəbz yazaraq ondan 07 min manat borc pul almasını, pulu 01 il müddətinə qaytaracağını təsdiq edərək qəbzi mənə verdi. 2022-ci ilin yanvar ayında yenidən xahiş etdi ki, Nabranda “ilişib” ona təcili 05 min pul lazımdır. O, da heçnədən şübhələnmədən tanışından xahiş edib 05 min manat pul alıb Rahibə vermişdir. Rahib də ondan 05 min manat pul aldığını, pulu yanvarın axırma kimi qaytaracağı barədə qəbz yazıb ona verdi. Sonradan yenə aliment borclarının olduğunu, aliment borcunu təcili ödəməsə tutulacağını bildirib aliment pulu ödəmək adı ilə 4400 manat pul aldı. 4400 manat pulu həyat yoldaşı Həyatdan alıb ona verdi. Cavabdeh qəbz yazaraq pulu 2022-ci ilin may ayında tam bir yer də 15 min manat olmaqla qaytaracağı barədə qəbz verdi. Deməsinə görə bankdan kredit götürərək bütün borcunu bağlayacaqdı. Üstündən xeyli müddət keçsə də, cavabdeh ondan aldığı 16400 manat pulun cəmi 3000 manatını qaytarmışdır. Ona iki ədəd bank kartı verərək bildirdi ki, hər ay kartlardan 400 manat hesabı ilə borcu çıxa bilər. Kartları bankomata saldıqda məlum oldu ki, həmin kartlarda heç bir vəsait yoxdur. Dəfələrlə kartları yoxlasa da, kartlarda pul olmamışdır. Cavabdeh qalan 13400 manat pulu isə qaytarmamış, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınır. Son vaxtlar isə ümumiyyətlə telefon zənglərinə və mesajlarına cavab vermir. Başqa şəxslərdən pul alıb cavabdehə vermiş, həmin şəxslər hazırda öz pullarını geri tələb edirlər. Çox pis vəziyyətdə qalmışdır. Cavabdeh 01 aydan da çoxdur ki, işlədiyi Ləcət stansiyasına gəlmir. Cavabdeh onun hesabına əsassız olaraq varlanmışdır. Bu səbəbdən də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciətdən sonra cavabdeh borcundan 4000 manat qaytarmışdır. Xahiş edir, Cavabdeh 9500 (doqquz min beş yüz) manat pulun və ödənilmiş 130 manat 20 qəpik dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılsın. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, İddiaçı tanıyır. Mübarizdən 4-5 ildir ki, faizlə pul götürmüşdür. Onun əmək haqqı kartı da Mübarizdədir. Mübarizdən müxtəlif vaxtlarda 1700-500-300 manat pul faizlə götürmüşdür. Pulları götürərkən əlyazma da yazıb vermişdir. 15 min yazılan əlyazma ona məxsus deyil, lakin imza ona məxsusdur. İş məhkəmədə baxılarkən 22 yanvar 2022-ci il tarixdə borcdan 4000 manat qaytarmış, onun Mübarizə 9500 manat borcu qalmışdır, həmin borcunu iyul ayında ödəyəcəyinə söz verir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli əlyazmadan görünür ki, Həsənov X1 7000 manat borca pul aldığını, həmin pulu bir il müddətinə qaytaracağını öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş əlyazmadan görünür ki, Həsənov X1 5000 manat borca pul aldığını, həmin pulu yanvar ayının axırında qaytaracağını öhdəsinə götürmüşdür İşə əlavə edilmiş əlyazmadan görünür ki, Həsənov X2 yoldaşından 4400 manat borca pul aldığını, həmin pulu 2022-ci ilin may ayında qaytaracağını öhdəsinə götürmüşdür. 15000 mini gecikdirsə də qaytaracağını əlyazmada qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1. maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1. maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhtəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.10. maddəsinə əsasən borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1. maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə iş materiallarını tərəflərin izahatları araşdırıb belə nəticəyə gəlir ki, Cavabdeh 9500 (doqquz min beş yüz) manat pul alınaraq İddiaçı verilməklə iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9500 (doqquz min beş yüz) manat pul alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şabran rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Çingiz İsgəndərov.
Məhkəmə qərarları › İş №2(031)-92/2023
Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-92/2023
09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver