Məhkəmə qərarları › İş №2(031)-957/2024

Şabran Rayon Məhkəməsi Qətnamə — İş №2(031)-957/2024

19.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şabran şəhəri İş № 2(031)-957/2024 19.11.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi və vəkili Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən Vəkil, Cavabdeh Ağamalı oğlunun, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran rayon İcra və Probasiya Şöbəsinin icra üzrə böyük icra məmuru X3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Ağamalı oğluna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında X13 Xidmətinin X6 olmaqla “əsassız varlanma nəticəsində əldə edilənlərin dəyərinin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Şabran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Ağamalı oğluna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran rayon İcra və Probasiya Şöbəsi və Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında X13 Xidmətinin X6 olmaqla “əsassız varlanma nəticəsində əldə edilənlərin dəyərinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Ağamalı oğlundan əsassız varlanma nəticəsində əldə etdiklərinin dəyəri olaraq 4997,32 manat məbləğində vəsaitin alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(105)-662/2014 saylı qətnaməsi ilə İddiaçı ASC üzrə Cavabdeh Ağamalı oğlunun İddiaçı ASC-nin iqtisadçı vəzifəsindən azad edilməsi barədə xx.xx.2013-cü il tarixli, 01 saylı əmrinin ləğv edilməsi, iddiaçı Cavabdeh Ağamalı oğlunun İddiaçı ASC-yə iqtisadçı vəzifəsinə işinə bərpa edilməsi, ona məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya hesablanaraq verilməsi qət edilmişdir. Şabran rayon İcra və Probasiya şöbəsinin hesablama metodunu əsas götürsələr məcburi iş buraxmaya görə əmək haqqı və istifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiya aşağıdakı qaydada hesablanmalıdır: Cavabdeh Ağamalı oğlunun məcburi iş buraxma dövrü olaraq icra məmurunun götürdüyü xx.xx.2013-xx.xx.2015-ci illər üçün orta aylıq əmək haqqını 350 (üç yüz əlli) manatdan hesablasalar, həmin 25 (iyirmi beş) ay işləmədiyi aylara görə əmək haqqısı cəmi 8750 (səkkiz min yeddi yüz əlli) manat təşkil edir (350 x 25 = 8750). Həmin vəsaitin 14 (on dörd) faizi vergi olaraq ödəmə mənbəyində onun məcburi iş buraxmaya görə hesablanmış əmək haqqısından çıxılmalı idi. 8750 (səkkiz min yeddi yüz əlli) manatın 14 (on dörd) faizi 1225 (bir min iki yüz iyirmi beş) manat eləyir. Həmçinin 8750 (səkkiz min yeddi yüz əlli) manatın Dövlət Sosial Müdafiə Fonduna köçürüləcək 03 (üç) faiz hissəsi şirkət tərəfindən sığorta olunanın məcburi iş buraxmaya görə hesablanmış əmək haqqısından tutulmalı idi. 8750 (səkkiz min yeddi yüz əlli) manatın 03 (üç) faizi 262 (iki yüz altmış iki) manat 50 (əlli) qəpik eləyir. Deməli Cavabdeh Ağamalı oğlunun məcburi iş buraxma dövrü üçün hesablanmış 8750 (səkkiz min yeddi yüz əlli) manat əmək haqqısından vergini və məcburi dövlət sosial sığorta haqqını çıxsaq (1225+262.50=1487.50) ona məcburi iş buraxmaya görə əmək haqqısı olaraq 7262 (yeddi min iki yüz altmış iki) manat 50 (əlli) qəpik məbləğində pul ödənilməli idi. İİ. İstifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanması - ilk növbədə bildirir ki, məhkəmənin qətnaməsində hansı illər üçün əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanması barədə heç bir göstəriş yoxdur. Belə ki, həmin müddəti icra məmurunun götürdüyü 2002-2006-cı illər və xx.xx.2013-xx.xx.2015-ci illər üçün 07 (yeddi) il müddəti üçün hesablasalar belə bir nəticə alınır. Belə ki, Cavabdeh Ağamalı oğlunun 2002-2006-cı illər üçün aylıq əmək haqqısını 85 (səksən beş) manatdan, xx.xx.2013xx.xx.2015-ci illər üçün isə aylıq əmək haqqısını 350 (üç yüz əlli) manatdan hesablasalar belə bir nəticəyə gəlirlər, həmin vəsaitin 14 (on dörd) faizi vergi olaraq əmək məzuniyyətlərinə görə hesablar kompensasiyadan tutulmalı idi. 1365 (bir min üç yüz altmış beş) manat 45 (qırx beş) qəpiyin 14 (on dörd) faizi 191 (bir yüz doxsan bir) manat 16 (on altı) qəpik eləyir. Həmçinin 136 (bir yüz otuz altı) manatın Dövlət Sosial Müdafiə Fonduna köçürüləcək 03 (üç) faiz hissəsi şirkət tərəfindən sığorta olunanın və məzuniyyətlərinə görə hesablanmış kompensasiyasından tutulmalı idi. 1365 (bir min üç yüz altmış beş) manat 45 (qırx beş) qəpiyin 03 (üç) faiz hissəsi 40 (qırx) manat 96 (doxsan altı) qəpik eləyir. Deməli Cavabdeh Ağamalı oğluna əmək məzuniyyətlərinə görə hesablanmış 1365 (bir min üç yüz altmış beş) manat 45 (qırx beş) qəpik kompensasiyadan vergini və məcburi dövlət sosial sığorta haqqını çıxsalar (191.16+40.96=232.12) ona əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiya olaraq 1133 (bir min yüz otuz üç) manat 33 (otuz üç) qəpik məbləğində pul vəsaiti ödənilməli idi. Beləliklə, qeyd olunan qətnamə üzrə Cavabdeh Ağamalı oğluna məcbur iş buraxmaya görə əmək haqqı və istifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiya olaraq 8395.83 (səkkiz min üç yüz doxsan beş) manat 83 (səksən üç) qəpik (7262.50+1133.33=8395.83) pul ödənilməli idi. Məhkəməyə ekspert tərəfindən təqdim edilmiş 03 may 2023-cü il tarixli, 9/2527 nömrəli rəydə qeyd olunmuşdur ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)-662/2014 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkar Cavabdeh Ağamalı oğluna istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqı məbləği ümumilikdə 8695 (səkkiz min altı yüz doxsan beş) manat 89 (səksən doqquz) qəpik müəyyən olunur o, cümlədən məzuniyyət üzrə 1433 (bir min dörd yüz otuz üç) manat 39 (otuz doqquz) qəpik, məcburi iş buraxma üzrə 7262 (yeddi min iki yüz altmış iki) manat 50 (əlli) qəpik. Bir daha qeyd edirlər ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)-662/2014 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkarın xeyrinə xx.xx.2015-ci il tarixinə kimi İddiaçı ASC tərəfindən poçt vasitəsilə 1362 (bir min üç yüz altmış iki) manat 03 (üç) qəpik, İddiaçı ASC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şabran filialında olan hesabına qoyulmuş inkasso sərəncamı ilə əlaqədar xx.xx.2017ci il tarixdə 1200 (bir min iki yüz) manat, 2017-ci ilin oktyabr ayında 2003 (iki min üç) manat 98 (doxsan səkkiz) qəpik, xx.xx.2017-ci il tarixdə 998 (doqquz yüz doxsan səkkiz) manat, xx.xx.2017-ci il tarixdə 1996 (bir min doqquz yüz doxsan altı) manat, xx.xx.2018-ci il tarixdə 1611 (bir min altı yüz on bir) manat 99 (doxsan doqquz) qəpik olmaqla, cəmi 9172 (doqquz min yüz yetmiş iki) manat ödətdirilmiş, icra sənədi üzrə borc tam olaraq ödənildiyi üçün Şabran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə icraata xitam verilmişdir. Şabran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarından şikayət verilmiş, Şabran Rayon Məhkəməsinin 8(031)- 69/2018 saylı, xx.xx.2018 tarixli qərardadına əsasən icra məmurunun xitam qərarı ləğv olunaraq qeyd olunan icra sənədi yenidən icraya yönəldilmişdir. Yenidən icra məmuru tərəfindən əsassız olaraq əlavə 4521 (dörd min beş yüz iyirmi bir) manat 21 (iyirmi bir) qəpik İddiaçı ASC-yə borc hesablanmışdır. İddiaçı ASC-dən məcburi icra tədbirləri nəticəsində, inkasso sərəncamı və əmlakların hesabına (Şabran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(031)-1/2016 saylı qərardadı ilə üzərilərinə həbs qoyulmuş 400 (dörd yüz) manat dəyərində su çəni və 1000 (bir min) manat dəyərində 02 (iki) ədəd böyük ölçülü kukl) həmin borc da ödətdirilmişdir. xx.xx.2020-ci ildə yenidən həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi həmin icra sənədi üzrə Cavabdeh Ağamalı oğluna Şabran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 5297,38 manat artıq pul və əmlak ödənilmişdir. (9172+4521,21=13693,21. 13693,21-8395,83=5297,38). Belə ki, Şabran rayon İcra və Probasiya Şöbəsi icra sənədi əsasında apardığı hesablamalar zamanı səhvlərə yol vermişdir. Şabran rayon İcra və Probasiya Şöbəsi icra sənədi üzrə hesablamalar zamanı 14 faiz vergini əmək haqqından çıxmır, gəlir vergisini və məcburi dövlət sosial sığorta haqlarım da Cavabdeh ödənilməli məbləğ kimi nəzərə alaraq ona ödənilməli borc məbləğinin üzərinə gəlir, hansı ki, məcburi dövlət sosial sığorta haqlarını və vergini əmək haqqını ödəyən təşkilat ödəmə mənbəyində tutaraq ödəməlidir. Həmin məbləğlər vətəndaşa ödənilməməlidir. Cavabdeh görə hesablanmış vergi və sosial sığorta haqlarını neçə illərdir ASC ödəyir, hətta ASC-nin bununla bağlı borcu da vardır. Həmçinin qətnamədə Cavabdeh Ağamalı oğluna ödənilməli məbləğin miqdarı göstərilməmiş, hansı dövrləri əhatə etməsi belə göstərilməmişdir. Həmin məbləğin hesablanması barədə inzibati akt yoxdur. Beləliklə icra vərəqəsi üzrə Şabran rayon İcra və Probasiya şöbəsi qeyriqanuni şəkildə ASC-yə məxsus 400 manat dəyərində su çənini və 1000 manat dəyərində 2 ədəd böyük ölçülü kuklu Cavabdeh Ağamalı oğluna təhvil vermiş və 3897.38 manat ASC-dən artıq pul tutmuş, bununla da, "Dəvəçi-Sərnişin” ASC həmin əmlaklardan məhrum olmuş və ASC-yə 5297.38 manat ziyan vurulmuşdur. Ona görə də Şabran rayon İcra və Probasiya şöbəsinin “Dəvəçi-Sərnişin" ASC-yə vurduğu 5297.38 manat məbləğində ziyana görə kompensasiya “Dəvəçi-Sərnişin "xxxx" Dəvəçi-Sərnişin’’ ASC-yə vurduğu 5297,38 manat məbləğində ziyana görə kompensasiyanın "xxxx" ASC-yə ödənilməsi üçün xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh quruma müraciət edilsə də, Şabran rayon İcra və Probasiya şöbəsi xx.xx.2021-ci il tarixli, 208590/17 saylı cavab məktubu ilə kompensasiyanın ödənilməsini qeyri-mümkün hesab etmişdir". Sonradan İddiaçı ASC Şabran Rayon Məhkəməsinə “dəqiqləşmə barədə ərizə verərək, Şabran rayon İcra və Probasiya Şöbəsinin İddiaçı ASC - yə vurduğu 6670 (altı min altı yüz yetmiş) manat 71 (yetmiş bir) qəpik məbləğində ziyana görə kompensasiyanın cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC yenidən Şabran Rayon Məhkəməsinə “dəqiqləşmə barədə ərizə verərək, Şabran rayon İcra və Probasiya Şöbəsinin İddiaçı ASC - yə vurduğu 6370 (altı min üç yüz yetmiş) manat 65 (altmış beş) qəpik məbləğində ziyana görə kompensasiyanın cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)-285/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2527 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-662/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnaməyə əsasən verilmiş icra vərəqəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh Ağamalı oğluna məzuniyyət üzrə 1433 (bir min dörd yüz otuz üz) manat 39 (otuz doqquz) qəpik, məcburi iş buraxmaya görə 7262 (yeddi min iki yüz altmış iki) manat 50 (əlli) qəpik olmaqla, ümumilikdə 8695 (səkkiz min altı yüz doxsan beş) manat 89 (səksən doqquz) qəpik müəyyən edilmiş və qeyd edilmişdir ki, Şabran rayon İcra və Probasiya şöbəsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh Ağamalı oğluna istifadə etmədiyi məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqı hesablanarkən həmin məbləğlərdən hesablanmış gəlir vergisi (14 faiz) tələbkarım əmək haqqında və məcburi sosial sığorta haqları (22 faiz) isə əmək haqqını ödəyən təşkilat tərəfindən tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Belə ki, ekspert rəyində hesablama metodu bu qaydada aparılmışdır: Məzuniyyət üzrə 350/30.4x30x5=1726.97, 1726.97x17% (gəlir vergisi və sosial ayırma)=293.58 1726.97-293.58=1433.39. Məcburi iş buraxma 25 aydan (işdən azad olunduğu tarixdən yenidən işə bərpa olunduğu tarixədək olan dövr) x 350.00 əmək haqqı=8750.00 8750.00xl7%=1487.50 87xx.xx- 1487.50=7262.50, 7262.50+1439.39=8695.89. Nəticədə Şabran Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Şabran Rayon İcra və Probasiya Şöbəsindən vurduğu zərərə görə kompensasiya - 4997 (dörd min doqquz yüz doxsan yeddi) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim İlqar Cabbarov). Uzun sürən araşdırmalardan sonra işə baxan hakim İlqar Cabbarov belə bir nəticəyə gəlmiş və qətnamədə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2527 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-662/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnaməyə əsasən verilmiş icra vərəqəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh Ağamalı oğluna məzuniyyət üzrə 1433 (bir min dörd yüz otuz üz) manat 39 (otuz doqquz) qəpik, məcburi iş buraxmaya görə 7262 (yeddi min iki yüz altmış iki) manat 50 (əlli) qəpik olmaqla, ümumilikdə 8695 (səkkiz min altı yüz doxsan beş) manat 89 (səksən doqquz) qəpik məbləğində pul vəsaiti cavabdeh Şabran rayon İcra və Probasiya şöbəsi tərəfindən İddiaçı ASC-dən alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh Ağamalı oğluna ödənilməli olsa da, cavabdeh Şabran rayon İcra və Probasiya şöbəsi 208590/17- 29 nömrəli icra işi üzrə xx.xx.2023-cü il tarixli məktubunda da qeyd etdiyi kimi, ümumilikdə 13693 (on üç min altı yüz doxsan üç) manat 21 (iyirmi bir) qəpik məbləğində pul vəsaitini (xx.xx.2018-ci il tarixə kimi 9172 (doqquz min yetmiş iki) manat + 4521 (dörd min beş yüz iyirmi bir) manat 21 (iyirmi bir) qəpik) "xxxx" ASC-dən alaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh Ağamalı oğluna ödəmişdir, Bu səbəbdən də İddiaçı ASC-nin cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsinə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, cavabdeh Şabran rayon İcra və Probasiya şöbəsindən vurulmuş zərərə görə kompensasiya - 4997 (dörd min doqquz yüz doxsan yeddi) manat 32 (otuz iki) qəpik məbləğində (13693,21-8695,89=4997,32) pul vəsaiti tutularaq olaraq İddiaçı ASC-yə ödənilməlidir. İddiaçı ASC-nin cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsinə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsindən üçüncü şəxs Cavabdeh Ağamalı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən baxılaraq xx.xx.2024- cü il tarixli, 2(105)-825/2024 saylı qərardad qəbul olunmuş, həmin qərardadla apellyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı ASC-nin cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsinə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-825/2024 saylı qərardadında məhkəmə göstərmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr qətnamənin səmərəli icrasım təmin etmək məqsədini daşıyır, eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Bu baxımdan baxılan iş üzrə irəli sürülmüş tələbin mahiyyətinə diqqət yetirdikdə aydın olur ki, iddiaçının tələbi faktiki olaraq qətnamənin icrası gedən müddət ərzində icra məmurunun səhv hesablamaların apan iması ilə bağlı hərəkətləridir. Bu tələbə isə ümumi iddia icraatı qaydasında baxılaraq işi mahiyyəti üzrə həll edən qətnamə qəbul edilməsi yolverilən hesab edilə bilməz. Çünki mülki prosessual qanunvericilik qətnamənin icrasına nəzarət edilməsi ilə bağlı ayrıca icraat növü və prosessual qaydalar müəyyən etmişdir. Belə qaydanın müəyyən edilməsi isə qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə xidmət edir. Qanunvericiliyin şərtləşdirdiyi qaydada icra qaydasının müəyyən edilməsi, habelə onun ləğvi və dəyişdirilməsi ilə bağlı müraciətlərə yuxarıda göstərilən qaydada baxılması prosessual qənaət prinsipi baxımından da əlverişli olmaqla, məsələlərin daha çevik və qısa müddətlərdə həllinə imkan vermiş olur. Bu baxımdan, qüvvədə olan məhkəmə qətnaməsi ilə bağlı icra məmurun hərəkətlərinə dair müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Hər iki halda, iddiaçıya icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından, icra məmurunun hərəkətlərindən şikayət ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə icraata xitam verilməli, iddiaçıya icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından, icra məmurunun hərəkətlərindən şikayət ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ona görə də Şabran rayon İcra və Probasiya Şöbəsinin hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət etmişlər və Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2527 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyini, həmçinin 30 yanvar 2020-cü il tarixli, 29323 nömrəli ekspert rəyini, həmin rəylərin bir-birini tamamlamasını əsas tutaraq vurulmuş ziyana görə 4997 (dörd min doqquz yüz doxsan yeddi) manat 32 (otuz iki) qəpik pul tələb etmişik. Nəticədə, Şabran rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(031) 45/2024 nömrəli qərardadı (hakim Könül Mirzəfərova) ilə şikayətləri təmin edilmiş və Şabran rayon icra və probasiya şöbəsindən Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(105)- 662/2014 saylı qətnaməsinin icrası ilə bağlı İddiaçı ASC-yə vurduğu 4997,32 manat məbləğində ziyanın alınaraq, İddiaçı ASC-yə ödənilməsi qərara alınmışdır. Şabran Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 8(031)-45/2024 nömrəli qərardadından Cavabdeh Ağamalı oğlu tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-95/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Şabran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(031)-45/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli, 8(031)-45/2024 nömrəli qərardad ləğv edilmiş, "xxxx" ASCnin Şabran rayon İcra və Probasiya Şöbəsinin hərəkətlərindən (hərəkətsizliyindən) verdiyi şikayət təmin edilməmişdir Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-95/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı belə əsaslandırılır ki, İddiaçı ASC Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-453/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-825/2024 saylı qanuni qüvvəsini almış qərardadlarını nəzərə almaqla, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 662/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icrası zamanı ondan artıq məbləğdə pulun tutularaq, tələbkar Cavabdeh Ağamalı oğluna ödənildiyini iddia etdiyi halda, əsassız varlanma qaydalarına müvafiq olaraq, Şabran rayon İcra və Probasiya Şöbəsini müstəqil tələb sürməyən üçüncü şəxs qismində cəlb etməklə, cavabdeh qismində Cavabdeh Ağamalı oğluna qarşı iddia icraatı qaydasında aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə müraciət etməkdə haqlı hesab oluna bilərdi. İddiaçı ASC-nin nümayəndəsi və vəkili Şabran rayonunun ərazisi üzrə fərdi qaydada fəaliyyət göstərən Vəkil məhkəmə iclasında İddiaçı ASC-nin iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etmiş və məhkəmədən Cavabdeh Ağamalı oğlundan əsassız varlanma nəticəsində əldə etdiklərinin dəyəri olaraq 4997,32 manat məbləğində vəsaitin alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Ağamalı oğlu iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu göstərmiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı ASC ona qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Şabran rayon İcra və Pörobasiya Şöbəsinin İddiaçı ASC-yə vurduğu 5297 (beş min iki yüz doxsan yeddi) manat 38 (otuz səkkiz) qəpik məbləğində ziyana görə kompensasiyanın cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(031 )-285/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-1589/2023 saylı qətnaməsindən iddaçı İddiaçı ASC-nin sədri Qəhrəmanov Nurayət cavabdehlər ona və Şabran rayon icra və propasiya şöbəsinə qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” dair apellyasiya şikayəti təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin hazırda baxılan işlə əlaqədar 11 avqust 2023-cü il tarixli 8(105)-88/2023 saylı qərardadının 6/7 vərəqinin 3cü abzasında qeyd olunmuşdur ki, məhkəmə kolleqiyası hesab etmişdir ki, ona əmək məzuniyyətlərinə görə kompensasiyanın və məcburi iş buraxmaya görə əmək haqqının məbləği və üzərinə həbs qoyulmuş əmlakın dəyərinin müəyyən edilməsi ilə əlaqədar "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli QR2250 nömrəli rəyi qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 8(105)-226/2019 saylı qərarı ilə təsdiq edildiyindən hazırkı iddia tələbi təmin edilə bilməz. Həmin qərardada əsasən Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli 2(031)-906/2017 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə Şabran rayon icra və X8 Sərnişin” ASC-yə hesabladığı 12101.60 manat borcun əmək haqqından tutulmalar nəzərə alınmadan hesablanması ilə bağlı borclu "xxxx" ASC-nin sədri N.Qəhrəmanov tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Şabran Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-662/2014 saylı 03 dekabr 2014-cü il tarixli icra sənədlərinə əsasən borclu "xxxx" ASC-dən onun istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə qalmış 13693.21 manat məbləğində və Şabran Rayon Məhkəməsinin 2(031)-906/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən borclu "xxxx" ASC-dən Cavabdeh Ağamalı oğlunun istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə yaranmış 18922.73 manat məbləğində borc, cəmi 32615.94 manat məbləğində pul ona ödənilməlidir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1938/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Şabran Rayon Məhkəməsinin 2(031 )-175/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, İddiaçı ASC-nin cavabdehləri Şabran rayon İcra və Propasiya Şöbəsinə və "xxxx" MMC-yə qarşı əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş ouraxmaya görə əmək haqqının yenidən hesablanması vəzifəsinin və əmlakın yenidən qiymətləndirilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə iddiası təmin edilməmişdir. Həmin qətnamənin hüquqi məsələlər hissəsinin 2-ci vərəqəsinin 6-cı abzasında rəsmi surətdə qeyd olunmuşdur ki, belə ki, işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 8(105)- 226/2019 saylı qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-662/2014 saylı, 03 dekabr 2014- cü il tarixli icra sənədinə əsasən borclu İddiaçı ASC-dən onun istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi ş buraxmaya görə qalmış 13693.21 manat məbləğində və Şabran Rayon Məhkəməsinin 2(031)-906/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən borclu "Dəvəçi- Sərnişin” ASC-dən onun istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə yaranmış 18922.73 manat məbləğində borc, cəmi 32615.94 manat məbləğində pul ona ödənilməlidir. Qətnamə qanuni qüvvəyə minmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-2237/2020 saylı qətnaməsinin 02 iyun 2014- cü il tarixli 2(105)-662/2014 saylı icra vərəqəsindən İddiaçı ASCnin sədri cavabdeh Şabran rayon İcra və Propasiya Şöbəsinə qarşı 7794.97 manat pul tələbi, rədd edilmiş məhkəmə məsrəfinə təşkil edən ekspertiza tədqiqatının dəyəri 145 manat İddiaçı ASC sədrinə, 30 manat Dövlət rüsumu özünə aid edilməsi qət edildi. Qətnamə qanuni qüvvəyə minmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 08 sentyabr 2021 -ci il tarixli iş 8(105)-143/2021 saylı qərardadınan iddiaçı "xxxx" ASC-nin sədri Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli 2(031)-906/2017 saylı qətnaməsinin icraatına xitam verilməsi barədə verdiyi 12170 manat pulun 4530 manatı Şabran rayon İcra və Propasiya Şöbəsi artıq hesablanması barədə şikayəti təmin edilməmişdir, qərardan çıxarıldığı andan qanuni qüvvəyə minmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 08 aprel 2022-ci il tarixli iş 8-(105)-17/2022 saylı qərardadınan İddiaçı ASC-nin sədrinin əmlakların üzərindən həbsin götürülməsi barədə iddiası əsassız olduğundan təmin edilməmişdir. N.Qəhrəmanov iddiasının əsas səbəbi kimi ona Şabran Rayon Məhkəməsinin 2(031)- 906/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 12101.60 manat borcun 8366.04 manat hissəsi əsassızdır. Ali Məhkəmənin MK-nın xx.xx.2022-ci il tarixli iş 2(102)- 1592/2022 saylı Qərarınan 8780 manat icarə haqlarının yığılıb mənimsənilməsi, 9348 manat vergi borcunun cəmi: 18128 manat onun tərəfindən zərər, mənimsəmə faktı şikayəti İddiaçı ASC-nin sədrinin şikayətinin təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(105)- 77/2021 saylı qərarındadınan tələbkar onun şikayəti təmin olunması, borclu "Dəvəçi- Sərnişin” ASC-nin 12170 manat borcuna görə İddiaçı ASC-yə məxsus 1 ədəd anbara, 1 ədəd köməkçi binaya (sexə) həbs qoyulması qərara alınmışdır. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. Şabran Rayon Məhkəməsinin. xx.xx.2018-ci il tarixli iş 8(031 )-69/2018 saylı qərardadınan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2014-ci il tarixli icra sənədi üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert vəsatət qaldıraraq İddiaçı ASC-nin qarşısında suallar qoymuş ancaq cavab ala bilməmişdir. İş üzrə materiallar təkrarən icrasız geri qaytarılmışdır. 2-ci dəfə, xx.xx.2020-ci il tarixli 29323 saylı Mərkəzi ekspertiziyanın rəyini Siyəzən Rayon Məhkəməsi, apellyasiya şikayətində Sumqayıt Apellyasiya məhkəməsi iddia əsassız olduğundan təmin edilməmişdir. 3-cü dəfə, Şabran Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 8(031 )-2/2022 saylı qərardadından ekspertiziya təyin olunmuş, ekspert onun işlə əlaqədar lazım olan sənədlərin zəruriliyi ilə əlaqədar məhkəməyə xx.xx.2022-ci il tarixli vəsatət göndərmiş, lakin vəsatət təmin edilməmişdir. Ekspertizanın aparılması mümkün olmamışdır. 4-cü dəfə, Şabran Rayon Məhkəməsində 09 mart 2023-cü il tarixində 2(031)- 285/2023 saylı qərardadla 4-cü dəfə bu iş üzrə ekspertiza təyin olunmuşdur. "xxxx" ASC-nin sədri saxta sənədlər düzəldərək məhkəməyə təqdim etmişdir. O, həmin məhkəmə prosesinə dəvət olunmamış, prosesdə iştirak etməmişdir. Lazım olan sənədləri 1-ci, 2-ci, 3-cü keçirilən ekspertə verməyiblər, necə olur ki, onun iştirakı olmadan 4-cü ekspertiza təyin olunduqda verdilər? Verilən sənədlər saxtadır. Onun əmək haqqısı və istifadə etmədiyi əmək məzuniyyətlərinin yenidən hesablanması 12 saylı region üzrə Əmək Müşəttişliyinin üzərinə qoyulmuşdur. Xahiş edir, iddia tələbi əsassız olduğundan təmin edilməsin. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran rayon İcra və Probasiya Şöbəsinin icra üzrə böyük icra məmuru X7 məhkəmə iclasında göstərmişdir ki, Əmək Müfəttişliyi onlara necə izah vermişdirsə, onlar da hesablamışlar. Şabran rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq məhkəmə qətnamələri icra edilərkən icra və Probasiya Şöbəsi tərəfindən mütəxəsis dəvət olunmadan özləri hesablayaraq ödəniş edilmişdir. İddiaçı ASC-nin Cavabdeh Ağamalı oğluna qarşı “əsassız varlanma nəticəsində əldə edilənlərin dəyərinin geri qaytarılması” tələbinə dair iddiasını məhkəmənin mülahazəsinə buraxdığını bildirdi. Əvvəlki məhkəmə iclasında dindirilən Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında X14 Xidmətinin X2 nümayəndəsi Nümayəndə bildirmişdir ki, Cavabdeh müraciəti əsasında Müfəttişliydə hesablama aparılmamışdır. Belə müraciətlərlə bağlı onlarda hesablamalar aparılmır, ancaq göstəriş verilir ki, hansı qaydada hesablama aparılsın. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh Ağamalı oğluna qarşı “əsassız varlanma nəticəsində əldə edilənlərin dəyərinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İddiaçı ASC-nin səhmdarlarının növbədən kənar ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarına əsasən X1 İddiaçı ASC-nin sədri seçilmişdir. - Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-662/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnaməyə əsasən İddiaçı ASC üzrə Cavabdeh Ağamalı oğlunun İddiaçı ASC-nin iqtisadçı vəzifəsindən azad edilməsi barədə xx.xx.2013-cü il tarixli, 01 saylı əmri ləğv edilməsi, iddiaçı Cavabdeh Ağamalı oğlunun İddiaçı ASC-yə iqtisadçı vəzifəsinə işinə bərpa edilməsi, ona məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya hesablanaraq verilməsi qət edilmişdir. - Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 2(105)- 662/2014 saylı icra vərəqəsindən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-662/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnaməsi xx.xx.2014-cü il tarixdə qanuni qüvvəsini almışdır və icraya yönəldilmişdir. - Şabran Rayon Məhkəməsinin 8(031)-1/2016 nömrəli məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında işi üzrə xx.xx.2016-cı il tarixdə qəbul edilmiş qərardadına əsasən Şabran rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilmiş və İddiaçı ASC-yə məxsus 02 (iki) koridordan ibarət 01 (bir) inzibati bina, 04 (dörd) ədəd maşın təmiri sexi, 01 (bir) ədəd dəmir materiallardan olan 04 (dörd) tonluq su çəni, 02 (iki) ədəd böyük ölçülü kukl və 03 (üç) ədəd “GREE” markalı kondisionerlərin üzərinə həbs qoyulmuşdur. - Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-14/2016 nömrəli işi üzrə xx.xx.2016-cı il tarixdə qəbul edilmiş qərardadına əsasən Şabran Rayon Məhkəməsinin xx.xx.2016cı il və xx.xx.2016-ci il tarixli qərardadları ləğv edilmişdir. - xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Şabran rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən 400 (dörd) yüz manat dəyərində 01 (bir) ədəd dəmir materiallardan olan 04 (dörd) tonluq su çəni və 1000 (bir min) manat dəyərində olan 02 (iki) ədəd böyük ölçülü kukl İddiaçı ASC-dən alınaraq Cavabdeh Ağamalı oğluna verilmişdir. - Şabran rayon İcra və Probasiya Şöbəsinin icra üzrə böyük icra məmuru X7 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli “icraata xitam verilməsi” haqqında qərara əsasən Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən 03 dekabr 2014-cü il tarixdə verilmiş 2(105)-662/2014 saylı icra vərəqəsi üzrə icraata xitam verilmişdir. - Şabran rayon İcra və Probasiya şöbəsinin 08 fevral 2018-ci il tarixli icraata xitam verilməsi barədə qərardan görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 662/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnaməyə əsasən verilmiş icra sənədi üzrə tələbkarın xeyrinə xx.xx.2015-ci il tarixə kimi "xxxx" ASC-nin sədri X9 tərəfindəe poçt vasitəsi ilə 1362,03 manat, "xxxx" ASC-nin X18 filialında olan hesabına qoyulmuş inkasso sərəncamı ilə əlaqədar xx.xx.2017-ci il tarixdə 1200 manat, 2017-ci ilin oktyabr ayında 2003,98 manat, xx.xx.2017-ci il tarixdə 998 manat, xx.xx.2017-ci il tarixdə 1996 manat və xx.xx.2018-ci il tarixdə 1611,99 manat olmaqla, cəmi 9172 manat ödətdirilmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 175 (bir yüz yetmiş beş) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 75 (yetmiş beş) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 100 (bir yüz) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 300 (üç yüz yüz) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 100 (bir yüz) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 300 (üç yüz) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 300 (üç yüz) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 150 (bir yüz əlli) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 05 (beş) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 50 (əlli) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 295 (iki yüz doxsan beş) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 510 (beş yüz on) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 237 (iki yüz otuz yeddi) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 140 (bir yüz qırx) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 40 (qırx) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 07 (yeddi) manat məbləğində ödəniş etmişdir. - ********* nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh Ağamalı oğluna 13 (on üç) manat məbləğində ödəniş etmişdir. - Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-746/2022 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarı ilə İddiaçı ASC-nin cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsinə qarşı “Şabran rayon İcra və Probasiya Şöbəsinin İddiaçı ASC – yə vurduğu 5297 (beş min iki yüz doxsan yeddi) manat 38 (otuz səkkiz) qəpik məbləğində ziyana görə kompensasiyanın İddiaçı ASC-yə ödənilməsi öhdəliyinin cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsinin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. - Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-453/2022 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərardadına əsasən İddiaçı ASC-nin cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsinə qarşı “Şabran rayon İcra və Probasiya Şöbəsinin İddiaçı ASC – yə vurduğu 5297 (beş min iki yüz doxsan yeddi) manat 38 (otuz səkkiz) qəpik məbləğində ziyana görə kompensasiyanın İddiaçı ASC-yə ödənilməsi öhdəliyinin cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsinin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-746/2022 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. - 29323 nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən mübahisə predmeti barəsində Cavabdeh Ağamalı oğluna məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya məbləği 8695 (səkkiz min altı yüz doxsan beş) manat 89 (səksən doqquz) qəpik (7262,5 (əmək haqqı) +1439,39 (məzuniyyət ilə bağlı kompensasiya)) müəyyən edilmişdir. - Şabran Rayon Məhkəməsinin 2(031)-285/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. - Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2527 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-662/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnaməyə əsasən verilmiş icra vərəqəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh Ağamalı oğluna məzuniyyət üzrə 1433 (bir min dörd yüz otuz üz) manat 39 (otuz doqquz) qəpik, məcburi iş buraxmaya görə 7262 (yeddi min iki yüz altmış iki) manat 50 (əlli) qəpik olmaqla, ümumilikdə 8695 (səkkiz min altı yüz doxsan beş) manat 89 (səksən doqquz) qəpik müəyyən edilmiş və qeyd edilmişdir ki, Şabran rayon İcra və Probasiya şöbəsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh Ağamalı oğluna istifadə etmədiyi məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqı hesablanarkən həmin məbləğlərdən hesablanmış gəlir vergisi (14 (on dörd) faiz) tələbkarım əmək haqqında və məcburi sosial sığorta haqları (22 (iyirmi iki) faiz) isə əmək haqqını ödəyən təşkilat tərəfindən tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. - Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-226/2019 nömrəli işi üzrə xx.xx.2019-cu il tarixdə qəbul edilmiş qərardadına əsasən Şabran Rayon Məhkəməsinin 8(031)- 7/2019 nömrəli məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında işi üzrə xx.xx.2019-cu il tarixdə qəbul edilmiş qərardadından verilmiş şikayət təmin edilməmiş və həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. - Siyəzən Rayon Məhkəməsinin 2(059)-9/2020 nömrəli mülki işi üzrə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh Şabran rayon İcra və Probasiya şöbəsinə qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. - Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1938/2020 nömrəli işi üzrə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qətnamədən görünür ki, üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh Ağamalı oğlunun apelyasiya şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 2(031)-175/2020 nömrəli mülki işi üzrə xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qətnaməsi ləğv edilmiş və İddiaçı ASC-nin cavabdehlər Şabran rayon İcra və Probasiya şöbəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı” əmək məzuniyyətinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqının yenidən hesablanması vəzifəsinin və əmlakın yenidən qiymətləndirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. - Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-143/2021 nömrəli işi üzrə xx.xx.2021-cü il tarixdə qəbul edilmiş qərardadına əsasən Şabran Rayon Məhkəməsinin 8(031)- 32/2021 nömrəli məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında işi üzrə xx.xx.2021-cı il tarixdə qəbul edilmiş qərardadından verilmiş şikayət təmin edilməmiş və həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. - Şabran rayon İcra və Probasiya şöbəsinin 13998/2019 nömrəli icra işi üzrə xx.xx.2021-ci il tarixdə verilmiş arayışa əsasən İddiaçı ASC Şabran Rayon Məhkəməsinin 2(031)-906/2017 nömrəli mülki işi üzrə xx.xx.2017-ci il tarixdə qəbul edilmiş qətnaməsi əsasında verilmiş icra sənədi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh Ağamalı oğluna 12170 (on iki min bir yüz yetmiş) manat məbləğində ödənilməmiş borcu qalmışdır. - Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(105)-88/2023 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardadına əsasən Şabran Rayon Məhkəməsinin 8(031)- 1/2023 nömrəli məhkəmə qətnamələrinin (qərarlarının) icrası haqqında işi üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardadı ləğv edilmiş və İddiaçı ASC-nin sədri X1 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Şabran Rayon Məhkəməsinə qaytarılmışdır. -Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)-285/2023 saylı qətnaməsinə əsasən cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsindən vurduğu zərərə görə kompensasiya – 4997 (dörd min doqquz yüz doxsan yeddi) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2024-cü il tarixli 2(105)-825/2024 saylı qərardadına əsasən Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)-285/2023 nömrəli qətnaməsi qəğvedilmiş, İddiaçı ASC-nin cavabdeh Şabran rayon İcra və Probasiya Şöbəsinə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2- ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1- ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2-ci maddəsinə əsasən əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mülki qanunvericiliyə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/2527 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-662/2014 saylı mülki işi üzrə xx.xx.2014-cü il tarixdə qəbul edilmiş qətnaməyə əsasən verilmiş icra vərəqəsi üzrə Cavabdeh Ağamalı oğluna məzuniyyət üzrə 1433 (bir min dörd yüz otuz üz) manat 39 (otuz doqquz) qəpik, məcburi iş buraxmaya görə 7262 (yeddi min iki yüz altmış iki) manat 50 (əlli) qəpik olmaqla, ümumilikdə 8695 (səkkiz min altı yüz doxsan beş) manat 89 (səksən doqquz) qəpik məbləğində pul vəsaiti Şabran rayon İcra və Probasiya şöbəsi tərəfindən İddiaçı ASC-dən alınaraq Cavabdeh Ağamalı oğluna ödənilməli olsa da, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şabran rayon İcra və Probasiya şöbəsi, ümumilikdə 13693 (on üç min altı yüz doxsan üç) manat 21 (iyirmi bir) qəpik məbləğində pul vəsaitini (xx.xx.2018-ci il tarixə kimi 9172 (doqquz min yetmiş iki) manat + 4521 (dörd min beş yüz iyirmi bir) manat 21 (iyirmi bir) qəpik) İddiaçı ASC-dən alaraq Cavabdeh Ağamalı oğluna ödəmişdir. Mülki qanunvericiliyə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Cavabdeh Ağamalı oğlu əsassız olaraq varlanmışdır. Bu səbəbdən də, iddia təmin edilməli, Cavabdeh Ağamalı oğlundan əsassız varlanma nəticəsində əldə etdiklərinin dəyəri olaraq 4997,32 manat məbləğində vəsait və 70,40 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 357-360 maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Ağamalı oğlundan əsassız varlanma nəticəsində əldə etdiklərinin dəyəri olaraq 4997,32 (dörd min doqquz yüz doxsan yeddi manat otuz iki qəpik) manat məbləğində vəsait və 70,40 (yetmiş manat qırx qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şabran Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar