Azərbaycan Respublikası adından QƏRARDAD Şabran şəhəri İş № 2(031)-992/2024 10.10.2024 ŞABRAN RAYON MƏHKƏMƏSİ Şabran Rayon Məhkəməsinin hakimi Mirzəfərova Könül Murtuz qızının sədrliyi Məhkəmə iclas katibi Məhərrəmov Aydın Yarməmməd oğlunun katibliyi ilə, İddiaçı dövlət rüsumunun qaytarılması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı dövlət rüsumunun qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şabran Rayon Məhkəməsinə səhvən ödədiyi 65 manat dövlət rüsumunun ona qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməli, iddiaçının Şabran Rayon Məhkəməsinə səhvən ödədiyi dövlət rüsumu özünə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.2024-cü il tarixli (qəbz nömrəsi: **********) qəbz (Büdcə təsnifat kodu: 14221103, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ53CTRE********************) üzrə dövlət rüsumu kimi ödənilmiş 65 (altımış beş) manat məbləğində pul Şabran Rayon Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Sədrlik edən: Könül Mirzəfərova
Məhkəmə qərarları › İş №2(031)-992/2024
Şabran Rayon Məhkəməsi Qərardad — İş №2(031)-992/2024
10.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver