Məhkəmə qərarları › İş №2(032)-1012/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1012/2023

21.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1012/2023 21.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinın 31 yanvar 2020-ci il tarixli 2(032)-66/2020 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2017-ci ildə anadan olmuş Əmirbəyova Mədinə Yüzbaşı qızı və Əmirbəyova Nərminə Yüzbaşı qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər birinə hər ay 100 manat, cəmi 200 manat sabit pul məbləğində alıment alınaraq iddiaçı X1 xeyrinə tutulması hissəsində dəyişdirilərək artırılması, Cavabdeh xx.xx.2017-ci ildə anadan olmuş Əmirbəyova Mədinə Yüzbaşı qızı və Əmirbəyova Nərminə Yüzbaşı qızının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər birinə 220 manat, cəmi 440 manat sabit pul sabit pul məbləğində alimentin və mediasiya xərci olaraq ödənilmiş 50 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2016-cı ildə Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2017-ci il tarixdə Əmirbəyova Mədinə Yüzbaşı qızı və Əmirbəyova Nərminə Yüzbaşı qızı adlı əkiz qızları anadan olmuşdur. Ailə münasibətləri kəskinləşdiyindən tərəflər arasında olan nikah Şirvan şəhər Məhkəməsinın 31 yanvar 2020-cı il tarixlı 2(032)-66/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Şırvan Şəhər Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli 2(032)-66/2020 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, iddiaçı X1 Cavabdeh ilə xx.xx.2016-cı ildə Şırvan şəhər Qeydiyyat şöbəsində 05 sentyabr 2016-cı ildə 387 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, birgə nikahdan xx.xx.2017-ci ildə anadan olmuş Əmirbəyova Mədibə Yüzbaşı qızı və Əmirbəyova Nərminə Yüzbaşı qızının iddiaçı X1 yanında qalmaları muəyyən edilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2017-ci ildə anadan olmuş Əmirbəyova Mədinə Yüzbaşı qızı və Əmirbəyova Nərminə Yüzbaşı qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər birinə hər ay 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləgində aliment alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Ayrı yaşadıqları müddət ərzində cavabdeh övladları ilə ümümiyyətlə maraqlanmamış və uşağın saxlanması üçün aliment məbləğindən kənar ona heç bir zəruri maddi yardım göstərməmişdir. Uşaqların butün qayğısını ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqların atasına qarşı ehtiyac və tələbatları artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı gostərmir. Uşaqların təlim-tərbiyyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Cavabdeh Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Şirvan şəhər Məhkəməsinin 31 yanvar 2020ci il tarixli 2(032)-66/2020 saylı qətnaməsi ilə təyin edilmiş alıment uşağın tələbatı üçün bu günkü həyat şəraiti, uşaqların saxlanılması, müalicə, qidalanması, geyim və ləvazımatlarının alınması və s. ilə uyğunlaşmır. Ona görə də, uşağın saxlanılmasında maddi çətinlik çəkir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehiin faktiki olduğu yer məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmişdir, lakin onun həmin ünvandan köçməsinə dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-66/2020 saylı qətnaməsi ilə X1 Cavabdeh ilə Şirvan şəhər qeydiyyat şöbəsində 05 sentyabr 2016-cı ildə 387 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan xx.xx.2017-ci ildə anadan olmuş Əmirbəyova Nərminə Yüzbaşı qızının və Əmirbəyova Mədinə Yüzbaşı qızının iddiaçı X1 yanında qalmaları müəyyən edilməsi, Cavabdeh 30 sentyabr 2019-cu il tarixdən başlayaraq xx.xx.2017-ci ildə anadan olmuş Əmirbəyova Nərminə Yüzbaşı qızının və Əmirbəyova Mədinə Yüzbaşı qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər birinə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Əmirbəyova Nərminə Yüzbaşı qızı və Əmirbəyova Mədinə Yüzbaşı qızı xx.xx.2017-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 418487 nömrəli xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikaha Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Lakin buna baxmayaraq göstərilən hal cavabdehin övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan ananın yanında saxlanılan uşaqların gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşaqların böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının da artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə Əmirbəyova Nərminə Yüzbaşı qızı və Əmirbəyova Mədinə Yüzbaşı qızının yetkinlik yaşınadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artıraraq hər ay hər bir uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şirvan şəhər Məhkəməsinin 2(032)-66/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı Əmirbəyova Nərminə Yüzbaşı qızı və Əmirbəyova Mədinə Yüzbaşı qızının yekinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşağa görə 170 manat, ümumilikdə 340 sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği ümumilikdə 140 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 4080 manat (340x12=4080) müəyyən edildilməklə iddianın qiyməti manatdan çox olduğundan cavabdehdən dövlət mədaxilinə 60.80 manat məbləğində dövlət rüsumu alınmalıdır. İddiaçının mediasiya xərci 50 manat pulun tutularaq ona ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, mediasiya ilə bağlı İddiaçı tərəfindən 50 (əlli) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi və mediasiya ilə bağlı olaraq ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 2(032)-66/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü Əmirbəyova Mədinə Yüzbaşı qızı və xx.xx.2017-ci il təvəllüdlü Əmirbəyova Nərminə Yüzbaşı qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində aliment tutulsun. Mediasiya ilə bağlı olaraq ödənilmiş 50 (əlli) manat rüsum Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 60.80 (altmış manat səksən qəpik) dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar