Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-103/2023 03.03.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakıları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhəri, Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 86000 (səksən altı min) manat pulun və ödənilmiş 348 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən 86000 (səksən altı min) manat məbləğində qızıl-zinət əşyalarını aldadılaraq dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi Sərdar Rüstəmov tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə xx.xx.2021-ci il tarixdə ********* nömrəli cinayət işi başlanılmış və aidiyyatı üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X4 İdarəsinə göndərilmişdir. X4 İdarəsinin İstintaq İdarəsinin müstəntiqi polis kapitanı X1 10 fevral 2022-ci il tarixli qərarına əsasən cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərara əsasən Cavabdeh ona 86000 (səksən altı min) manat məbləğində borcunun olması tam sübuta yetirilmişdir. Belə ki, həmin qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Cavabdeh İddiaçı olan 86000 (səksən altı min) manat məbləğində olan borcun alınması məsələsinə mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil1 bildirdi ki, işin hallarından göründüyü kimi iddiaçı cavabdehin ona borcunun olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı Azərbaycan Respublikası MPMnin 82.4-cü maddəsinə isnad etsə də, cavabdehlə arasında olan hüquq münasibətlərində məhkəmənin hökmü xə va cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mövcud deyil, cinayət işinin icraatına xitam, verilməsi haqqında qərar mövcüddur. Ərizədə cavabdehin İddiaçı borc öhdəliyi olduğu iddia edilsə də, tərəflər arasında müqavilə, həmçinin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllə nəzərdə tutulmuş digər əsaslar yoxdur. Bununla belə, iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmiş cinayət işinin icraatına xitam verilməsi haqqında qərarla, cavabdehin iddiaçıya borcunun olduğunu müəyyən edən hal yoxdur. Mülki işin materiallarında olan Nəqliyyatda Baş Polis İdarəsinin İstintaq idarəsinin cinayət işinin icraatına xitam verilməsi haqqında ********* saylı xx.xx.2022-ci il tarixli qərarının 3-cü səhifəsinin 2-ci abzasında göstərilmişdir: “İstintaq zamanı müəyyən edilmişdir ki, ərizəçi tərəfindən göstərilən məbləği təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Cinayət işinin başlanmasına dair xx.xx.2021-ci il tarixli qərarda məbləğin müəyyən edilməsi ilə bağlı, “toplanmış materiallardan görünür ki” qeyd olunsa da, ərizəçi ilə barəsində şikayət olunan şəxsarasında olan borc məbləğinin 86.000 manat olması, yalnız ərizəsində və izahatlarında əksini tapmışdır. Cavabdeh, İddiaçı aldığı paltar və qızılzinət əşyaları üzrə sonuncuya ödənilməmiş qalmış borcun məbləğinin cəmi 10350 manat olduğunu ifadələrində göstərmişdir. İddiaçı icraatında olan cinayət işi üzrə ilkin verdiyi ifadələrdə Cavabdeh verdiyi qızıl əşyalarının Bakı şəhəri 20 Yanvar metrosunun yeraltı keçidində qızıl alveri ilə məşğul olan Əli adlı tanışından aldığını bildirdiyinə baxmayaraq, Əli Əliyev öz mağazasında aparılan uçot dəftərini istintaqa təqdim edərək, öz ifadəsində İddiaçı ümumilikdə cəmi 5000 manatlıq qızıl əşyalarını verdiyini göstərmişdir.” Qərardan həmçinin görünür ki, İddiaçı istintaqa verdiyi ifadəsində, ərizəsində göstərdiyi öz sözlərinə görə ümumi dəyəri 86000 min manat təşkil edən və Cavabdeh verdiyi qızıl əşyalarının 70000 manat dəyərində olan hissəsini tanışı X5 aldığı oğlundan aldığını bildirmişdir. X2 ifadəsində, İddiaçı ondan aldığı qızıl əşyalarının ümumi dəyərinin cəmi 5000 manat təşkil etdiyini bildirmişdir. Beləliklə, istintaqla müəyyən edilmişdir ki, qızıl əşyalarının dəyəri barədə iddiaçı qeyri-səmimi ifadələr vermişdir. Hal-hazırda da həmin ifadələrində göstərdiyi məbləğ həddində iddia tələbi irəli sürür. Məbləğin həqiqətə uyğun olmadığı istintaqla tam müəyyən edildiyi üçün, tələbin hüquqi əsası yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Hava NPİ-nin İB-də 10 fevral 2022-ci il tarixli “Cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlamış və ibtidai istintaq aparılan ********* nömrəli cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan NBPİ-nin İstintaq və təhqiqat bölməsində Cavabdeh verdiyi 25 may 2021-ci il tarixli yazılı izahatından görünür ki, hal-hazırda İddiaçı ümumilikdə 10600 (on min altı yüz) manat borcu olduğunu və həmin borcu Xəyalə qəbul edib razılaşacağı təqdirdə hissə-hissə ödəməyə hazır olduğunu bildirmişdir. İşin faktiki hallarından və İddiaçı müraciəti əsasında Hava NPİ-nin İB-də toplanmış materiala əlavə olunmuş izahatlardan da görünür ki, tərəflər arasında qızıl məmulatları və geyim əşyalarının nisyə alqı-satqı müqaviləsindən irəli gələn mübahisə mövcud olmuşdur. İddiaçı müraciəti əsasında Hava NPİ-nin İB-də toplanmış materiala əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh 2019 cü ilin oktyabr ayından başlayaraq 2020-ci ilin yanvar ayınadək qızıl-zinət əşyaları və geyim əşyaları Xəyalədən nisyə almasını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi maddi normanın mənasına görə əşyaların nisyə satışında əşyanın alıcıya verilməsi vəzifəsi satıcının üzərinə düşdüyü halda qəbul edilmiş əşyanın ödənilməsi vəzifəsi alıcının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 86000 manat məbləğində qızıl-zinət əşyalarının nisyə alqı-satqısına istinad etsə də, istinad etdiyi halı təsdiq edən sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məhkəmə Cavabdeh İddiaçı 10600 manat məbləğində borcun olmasını Hava NPİnin İB-də verdiyi izahatında yazılı qaydada etiraf etməsini, cavabdeh tərəfindən borcun qaytarılmasını təsdiq edən sübutun təqdim edilməməsini nəzərə alıb, hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 10600 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 348 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərclərinin 12 faizi cavabdehə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10600 (on min altı yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərclərinin 12 faizi cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 348 manat pulun 12 faizi-42 manat alınaraq iddiaçı alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(032)-103/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-103/2023
03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver