Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(032)-1050/2024 11.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi , Hüseynov Elvin Nizami oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək 550 manat kirayə haqqının, borcun və yaşadığı müddət ərzində fərdi yaşayış evinin kommunla xərclərindən borclu qaldığı işığa görə 47 manat, suya görə 149 manat, ümumlikdə 1046 manat məbləğində pulun alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı1, İddiaçı2 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq onlar, məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə baxışının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına təkrar gəlmədiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №2(032)-1050/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №2(032)-1050/2024
11.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver